AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏŞHUR MEMAR XANIM ZAHA HADİDİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Prezident sarayında məşhur memar xanım Zaha Hadidi qəbul etmişdir.
Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasiminin əhəmiyyətindən danışan dövlətimizin başçısı bunun Azərbaycan dövlətinin və xalqının həyatında əlamətdar hadisə olduğunu vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, yüksək beynəlxalq standartlar səviyyəsində inşa ediləcək bu Mərkəz təkcə Azərbaycan xalqı üçün deyil, eləcə də ölkəmizə gələn xeyli sayda xarici qonaqlara Azərbaycan haqqında daha ətraflı məlumat almaq işinə xidmət edəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev dünyanın bir sıra məşhur tikinti komplekslərinin arxitektura müəllifi olan xanım Zaha Hadidin layihəyə rəhbərliyini yüksək qiymətləndirdi.
Xanım Zaha Hadid Azərbaycana gəlişindən və Heydər Əliyev Mərkəzinin arxitektura layihəsinə rəhbərlik etməsindən məmnun olduğunu bildirdi. O, müəllifi olduğu kitabı Prezident İlham Əliyevə təqdim etdi.