AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MİNSK QRUPUNUN HƏMSƏDRİ OLAN DÖVLƏTLƏRİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Prezident sarayında Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin, ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavini Daniel Frid, Fransa Prezidentinin beynəlxalq məsələlərə dair müşaviri Pyer Morel, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsindən ibarət ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar aparılan danışıqlarla bağlı fikir mübadiləsi olmuşdur.