Azərbaycan Prezidenti İlham Əliyev Uruqvayın keçmiş Prezidentini qəbul etmişdir VIDEO
Bakı, 6 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Uruqvayın keçmiş Prezidenti Luis Alberto Lakalleni qəbul etmişdir.
Görüşdə Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyətindən danışıldı, Azərbaycan ilə Uruqvay arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.