Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev Yeni Ağdağ gips zavodunun açılışında iştirak edib VİDEO

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında iştirak edib.

Əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakıətrafı qəsəbələr üzrə ödənilən güzəştli kreditlər barədə məlumat verdi. Qeyd edildi ki, indiyədək Fondun vasitəsilə Bakıətrafı qəsəbələr üzrə 2220-dək sahibkara 430 milyon manat güzəştli kredit verilib. Bu məbləğin 286 milyon manatı yeni texnologiyalara əsaslanan 86 müəssisənin yaradılmasına ayrılıb. Bu müəssisələrin arasında transformator, elektrotexniki avadanlıqlar, qida sənayesi, tikinti materialları, neft-kimya sənayesi avadanlıqları, çörək zavodları, tikiş fabriki, logistik mərkəzlər və digər istehsal sahələri var. Bakıətrafı qəsəbələr üzrə verilmiş kreditlər hesabına 26 mindən çox yeni iş yeri yaradılıb. Qaradağ rayonu üzrə isə 100 sahibkara 78 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 3700-dən çox yeni iş yeri açılıb.

“Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov şirkət barədə məlumat verib. Bildirilib ki, bu şirkətin tərkibinə 5 zavod - quru inşaat qarışıqları zavodu (illik istehsal gücü 100 min ton), boya zavodu (5 min ton), beton qatqıları zavodu (5 min ton), gips hörgü bloku zavodu (250 min kvadratmetr) və Ağdağ gips zavodu (250 min ton) daxildir. Bu zavodlarda 800-dən çox iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 600 manatdır.

Prezident İlham Əliyevə şirkətin perspektiv layihələri barədə məlumat verilib. Şirkət tərəfindən 4 zavodun - Qaradağda illik istehsal gücü 8 milyon kvadratmetr olan gips karton-alçipan və 35 min ton olan mineral yun, Qazaxda 50 min ton olan əhəng və Balaxanıda 300 min ton zənginləşdirilmiş kvars qumu zavodlarının tikilməsi nəzərdə tutulur. Bu zavodların yaradılmasına ümumilikdə 105 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1500 daimi və 500 mövsümi iş yeri açılacaq. Yeni zavodların işə başlaması Lerik, Abşeron, Qaradağ, Qobustan, Daşkəsən, Goranboy və Qazax rayonlarında yardımçı istehsal sahələrinin də yaradılmasına imkan verəcək.

Şirkətin 6-cı müəssisəsi olan Yeni Ağdağ gips zavodu 4,4 hektar sahədə yaradılıb. Burada gips əsaslı tikinti materialları istehsal ediləcək. Müəssisədə yüksək keyfiyyətli məhsul əldə etmək üçün bütün şərait yaradılıb. Zavodda müasir və qabaqcıl texnologiyaların tətbiqi məhsulun maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətin əldə edilməsinə və idxalın əvəz olunmasına imkan yaradır. Zavodun Goranboyda gips və Daşkəsəndə kalsid karxanaları var. Bu karxanalarda 100 nəfər çalışır. Müəssisənin illik istehsal gücü 400 min ton təşkil edir. Bu zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,5 milyon manat güzəştli kredit verilib. Ümumilikdə isə “Mətanət-A” şirkətinə Fond tərəfindən 2,5 milyon manat güzəştli kredit ayrılıb.

Dövlətimizin başçısı Yeni Ağdağ gips zavodunda istehsal ediləcək məhsullara baxdı. Bu məhsullar müasir standartlara cavab verməklə yanaşı, həm də Azərbaycan brendi kimi ölkəmizin iqtisadi potensialını dünyaya nümayiş etdirəcək. Müəssisədə quraşdırılan müasir avadanlıq hesabına məhsullar yüksək keyfiyyəti ilə seçiləcək. Zavodda əsasən yerli xammaldan istifadə olunacaq. Hazırlanan məhsulların daxili tələbatın ödənilməsi ilə yanaşı, 50 faizinin Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və Ukraynaya ixrac olunması nəzərdə tutulur.

Prezident İlham Əliyev “Mətanət-A” şirkətinin digər zavodlarında istehsal edilən məhsullarla da tanış oldu. Bildirildi ki, şirkətin zavodlarında 1000-dən artıq çeşiddə məhsul buraxılır. Bu məhsullar satışa 200-dən artıq ticarət markası ilə çıxarılır. Şirkət bir neçə patentləşdirilmiş ixtiranın müəllifidir. 2000-ci ildə yaradılan bu şirkət fəaliyyətində “daha aşağı qiymətə, daha keyfiyyətli məhsul əldə etmək” devizini əsas meyar seçib. Şirkət məhsullarını İran və MDB ölkələrinə ixrac edir. Zavodlarda nano və smart texnologiyalar tətbiq edilir ki, bu da məhsulun yüksək keyfiyyətli olmasında mühüm rol oynayır. Ekoloji təmizliyi ilə də seçilən məhsullar arasında dünyanın əksər ölkələrində patentləşdirilmiş fasadda aqlay daşını yaradan quru qarışıq - FASNATURAL məhsulu da var. Su hopmayan bu məhsulun özəlliyi fasadın yükünü 11 dəfəyədək azaltması və şaxtaya tam davamlı olmasıdır.

Dövlətimizin başçısı Yeni Ağdağ gips zavodunu işə saldı.

Sonra Prezident İlham Əliyev zavodun kollektivinin üzvləri ilə görüşüb söhbət etdi.

Prezident İlham Əliyev: Maaş da yaxşı verirsiniz?

Elxan Bəşirov: Orta aylıq əməkhaqqı 600 manatdır.

Prezident İlham Əliyev: Siz necə, razısınız?

İşçilər: Bəli, çox razıyıq.

Prezident İlham Əliyev: Bu gözəl şəraitdə işləmək insanlara zövq verir. Təbrik edirəm. Fəaliyyətinizi daha da genişləndirin. Həm şirkət, həm ölkə iqtisadiyyatı, sənaye istehsalı inkişaf etsin.

Şirkətin vitse-prezidenti Fuad Bəşirov: Sizin uğurlu siyasətinizə yeni nailiyyətlərimizlə dəstək veririk.

Prezident İlham Əliyev: Şadam ki, 2016-cı ildə də belə gözəl müəssisələr açılır. İli yaxşı başlamışıq. “Mətanət-A” şirkətinin rəhbəri regional konfransda da çıxış etmiş, nailiyyətlər haqqında danışmışdı. Şadam ki, bu şirkət ölkəmizin sənaye inkişafına çox yaxşı töhfə verir. Dövlət də sizi dəstəkləyir. İqtisadiyyat Nazirliyinə göstəriş verilmişdir ki, bundan sonra da lazımi dəstəyi versin. Təki, siz daha da yaxşı işləyəsiniz, insanlar daha da yaxşı maaş alsınlar, xalqımız daha da yaxşı yaşasın. Təbrik edirəm sizi.

İşçilər: Çox sağ olun, Allah sizi qorusun.

Dövlətimizin başçısı zavodun fəaliyyəti ilə tanış oldu. Məlumat verildi ki, burada gips əsaslı suvaq, astar və üzlük yaxı materialları, inşaat və dekorativ məmulatların hazırlanması üçün gips, aralıq doldurucuları, gips blok yapışdırıcıları, gips hörgü blokları və digər məhsullar istehsal olunacaq. Burada 300 yeni iş yeri yaradılacaq. Müəssisənin istehsal prosesində ekoloji təmiz məhsul əldə etməyə və enerjiyə qənaətə xüsusi diqqət yetirilir. Bu isə öz növbəsində məhsulun maya dəyərini aşağı salır. Nəticədə istehlakçılara daha münasib qiymətlərlə onların tələbatına uyğun yüksək keyfiyyətli gips əsaslı məhsullar təqdim ediləcək. Bunun sayəsində ölkəmizin ixrac potensialının daha da artırılması mümkün olacaq. Zavod dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları əsasında qurulub.

Dövlətimizin başçısının müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun olaraq, həyata keçirilən tədbirlər nəticəsində son illər yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkəmizin sənayesində ənənəvi sahələr genişlənməklə yanaşı, digər yeni sənaye sahələri yaradılıb. Hazırda ölkədə fəaliyyət göstərən sənaye müəssisələrində müxtəlif tikinti materialları istehsal olunur və bu da Azərbaycanın ixrac potensialını artırır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, güzəştli kreditlər hesabına tikinti materiallarının istehsalının ən müasir texnologiya və avadanlıqlar əsasında yaradılması məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər ümumi dəyəri 208,5 milyon manat olan 22 tikinti materialları istehsalı müəssisəsinin yaradılmasına 73 milyon manat güzəştli kredit ödənilib. Artıq 19 müasir müəssisə fəaliyyət göstərir.

Zavodla tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Yeni Ağdağ gips zavodunun açılışında iştirak edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib 

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib