AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ABŞ-IN VİTSE-PREZİDENTİ RİÇARD ÇEYNİ İLƏ GÖRÜŞÜ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtona səfəri çərçivəsində aprelin 28-də Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Riçard Çeyni ilə görüşmüşdür.
Cənab Çeyninin iqamətgahında keçirilən görüşdə hər iki ölkəni maraqlandıran çoxsaylı məsələlər, xüsusilə də beynəlxalq antiterror koalisiyasında Azərbaycanın fəal iştirakı, regional təhlükəsizlik, Bakı-Tbilisi-Ceyhan layihəsinin başa çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə fikir mübadiləsi aparıldı.