Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Hörmətli xanımlar və cənablar!

İlk növbədə, zirvə görüşünün gözəl təşkilinə görə Ukrayna tərəfinə bir daha təşəkkür etmək istərdim. Biz özümüzü çox rahat hiss edirdik, bizə böyük qonaqpərvərlik göstərilmişdir və zirvə görüşünün iştirakçılarına olan diqqətə görə Prezident Viktor Andreyeviç Yuşşenkoya çox minnətdarıq.

Bugünkü zirvə görüşü tarixi hadisədir, çünki təşkilatımız transformasiya olunur və onun fəaliyyətinin tamamilə yeni mərhələsi başlanır – Demokratiya və İqtisadi İnkişaf Uğrunda təşkilat – GUAM. Bu mərhələ ölkələrimizin gələcək inkişafını, regionumuzda inteqrasiya proseslərini, demokratik təsisatların möhkəmləndirilməsi proseslərini də, yəqin ki, xeyli dərəcədə irəlicədən müəyyənləşdirəcəkdir. Başqa sözlə, buraya hər bir ölkənin inkişafını öncədən müəyyən edən bütün istiqamətlər daxildir. Təşkilatın yaranmasından ötən 10 il ərzində ölkələrimiz ağır məqamlar yaşamışdır. Əlbəttə, bu ağır vəziyyətdən ləyaqətlə çıxmağımız bir daha göstərdi ki, ölkələrimiz yetkin, müstəqil dövlətlərdir və öz xalqlarının mənafelərinə əsaslanan müstəqil siyasət aparır, habelə əməkdaşlıq üçün açıqdır. GUAM-ın yeni təşkilata çevrilməsi, - əminəm ki, o, səmərəli beynəlxalq təşkilat olacaq, - əlbəttə ki, GUAM-ın üzvü olan ölkələrin rəhbərliyinin böyük xidmətidir. Əminəm ki, gələcəkdə təşkilatımızın müvəffəqiyyəti həm ikitərəfli əsasda, həm təşkilat çərçivəsində, həm də digər beynəlxalq təşkilatlarda sıx qarşılıqlı fəaliyyətdən asılı olacaqdır. Mən əminəm ki, indi, təşkilatımızın beynəlxalq təşkilata çevrildiyi vaxtda biz müxtəlif beynəlxalq qurumlarda da vahid mövqelərdən çıxış edəcək, bir-birimizə yardım göstərəcək, bir-birimizi dəstəkləyəcək və fəal əməkdaşlıq edəcəyik.

Bu gün ölkələrimizin həyatının bütün tərəfləri ilə bağlı məsələlərin çox geniş dairəsi müzakirə edildi. Demokratik inkişaf məsələləri də gündəliyin mərkəzində idi, çünki möhkəm demokratik təsisatlar, ictimai nəzarət və azadlıqlar olmasa, heç bir uğurlu iqtisadi nailiyyət uzunmüddətli və davamlı ola bilməz. Əlbəttə, iqtisadiyyat geri qalarsa, ölkələrin uğurlu inkişafı və demokratik proseslərin irəliləməsi də çətinləşəcəkdir. Odur ki, bu proseslərin paralel surətdə inkişafı müvəffəqiyyətin rəhnidir. Bu baxımdan həmin sahədə əlaqələri daha da genişləndirməyin, habelə diqqəti iqtisadiyyatın gələcək inkişafını öncədən müəyyənləşdirə biləcək konkret layihələr üzərində cəmləşdirməyin zəruriliyi məsələsində GUAM-ın bütün iştirakçıları arasında tam anlaşma var.

Ölkələrimizin ərazisi Asiya ilə Avropa arasında, Xəzər hövzəsi ilə Avropa arasında təbii dəhlizdir. Əlbəttə ki, fəal nəqliyyat infrastrukturu yaradılması uğurlu iqtisadi inkişafı, əslində, bir çox illər öncədən müəyyən edəcəkdir. Çünki qloballaşma proseslərinin baş verdiyi, regionda çox güclü iqtisadi fəaliyyət getdiyi, rəqabətin artdığı indiki vaxtda fəal, sabit, səmərəli nəqliyyat kommunikasiyalarının olması müvəffəqiyyətin rəhnidir. Bu baxımdan həmçinin kommunikasiya layihələri olan enerji layihələri GUAM çərçivəsində əməkdaşlığın ümumi fonunu əhəmiyyətli dərəcədə tamamlayır. Azərbaycana gəldikdə, ölkəmizdə həyata keçirilən dünya miqyaslı iri enerji layihələri artıq reallığa çevrilir və təşkilatımız çərçivəsində inteqrasiyanın daha da genişlənməsinə kömək edəcəkdir. İnteqrasiya proseslərini inkişaf etdirmək üçün siyasi iradə var, yaxşı iqtisadi baza var. Ölkələrimizin iqtisadiyyatının inkişaf dinamikasını izləsək, artımın, özü də ikirəqəmli ədədlə ifadə edilən sanballı artımın olduğunu görərik. Artım üçün potensialın olması da göz qabağındadır. Biz bütün mövcud imkanlardan istifadə etməli, inteqrasiya proseslərini təkcə hansısa ayrı-ayrı layihələr çərçivəsində deyil, həm də ümumiyyətlə, maksimum hərəkətə gətirməliyik. Beləliklə də, bütün sahələrdə maksimum səmərəli əməkdaşlığı təmin etməliyik.

Regionda təhlükəsizlik tədbirlərini möhkəmləndirmədən, sabitliyi möhkəmləndirmədən, terrorizmlə, təcavüzkar separatizmlə mübarizəni gücləndirmədən səylərimiz uğurlu olmayacaqdır. Ona görə ki, regionda təhlükə qalmaqdadır, vəziyyətin sabitliyinin pozulması riski qalmaqdadır. Təəssüf ki, ölkələrimiz ərazilərində dondurulmuş münaqişələrin mövcud olduğu dövlətlərdir, ərazilərimizdə heç bir beynəlxalq təşkilatın əsla nəzarət etmədiyi zonalar mövcuddur. Bunlar Avropanın bədənində “qara ləkələrdir”. Vəziyyətin sabitliyini pozan separatçı, kriminal rejimlər, əlbəttə ki, ölkələrimizin səmərəli əməkdaşlığı və inkişafı üçün başlıca maneədir.

Bu gün zirvə görüşündə təcavüzkar separatizm və dövlətlərimizin ərazi bütövlüyünün pozulması problemlərinə ölkələrimizin münasibətlərini çox dəqiq müəyyən edən olduqca mühüm sənədlər də imzalandı. Bunlar Kiyev Bəyannaməsi, məhz tənzimlənməmiş münaqişələr haqqında Birgə bəyannamədir. İşğalçı və separatizmi dəstəkləyən ölkələr istisna olmaqla, bütün dünya, bütün dövlətlər ölkələrimizin ərazi bütövlüyünü tanımışdır, Birləşmiş Millətlər Təşkilatı tanımışdır. Odur ki, ölkələrimizin ərazilərindəki münaqişələrin sülh yolu ilə hər hansı şəkildə həlli yalnız ərazi bütövlüyünün bərpa edilməsini nəzərdə tutan beynəlxalq hüquq prinsipləri əsasında mümkündür.

Gürcüstan, Moldova və Azərbaycan ərazilərində separatizmlə bağlı baş vermiş proseslərin mənşəyi, dinamikası və nəticəsi eynidir. Etnik təmizləmə siyasəti ilə müşayiət olunmuş təcavüzkar separatizm ölkələrimizin ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmışdır. Mənim heç bir şübhəm yoxdur ki, ölkələrimizin ərazi bütövlüyü bərpa ediləcəkdir. Əlbəttə, biz istəyirik ki, bu, sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində baş versin. Əminəm ki, biz buna nail olacağıq.

Biz fəal olmalıyıq, fəal surətdə birləşməliyik, əməkdaşlıq etməliyik və GUAM çərçivəsində bugünkü işbirliyi ruhu əminliklə deməyə imkan verir ki, təşkilatın gələcəyi uğurludur. Bu, ilk növbədə, bizdən, bizim fəallığımızdan, təşkilatın fəaliyyətinin səmərəliliyindən, konkret layihələrlə dolğunlaşdırılmasından asılı olacaqdır. Biz şüarlardan uzağıq və bu gün müzakirələrdə, GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının və qonaqların çıxışlarında konkretlik olduqca çox idi. Bu, nikbinlik doğurur, çünki indi real işlər, real qərarlar, real layihələr vaxtıdır. Bu layihələri irəlilətmək üçün iradəmiz var, artıq onları həyata keçirmək üçün maliyyə ehtiyatlarımız var, gələcəkdə artıq qlobal enerji layihələrindən danışmağa imkan verən çox güclü nəqliyyat-energetika infrastrukturu yaratmışıq. Hazırda regionda həyata keçirilən bütün layihələr bu və ya digər dərəcədə regional xarakter daşıyır, baxmayaraq ki, sərmayə qoyuluşunun həcminə görə onlar dünya miqyaslı iri enerji layihələridir. İndi isə artıq qlobal dünya enerji layihələrinin perspektivləri açılır. Ölkələrimiz bu layihələrdə fəal iştirak edir və bizim iştirakımız olmadan onlar gerçəkləşə bilməz.

Mən bugünkü müzakirələrin gedişindən, zirvə toplantısı çərçivəsində hökm sürən ab-havadan, mühüm sənədlərin qəbul olunmasından, habelə təşkilatın müstəqil həyata başlamasından məmnunam. Biz hamımız Demokratiya və İqtisadi İnkişaf Uğrunda təşkilata – GUAM-a gələcəkdə uğurlar arzulayırıq.

Diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir