Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Hörmətli cənab Prezident!

Hörmətli mətbuat nümayəndələri!

İlk növbədə, mən Prezident Nursultan Nazarbayevə məni Qazaxıstana rəsmi səfərə dəvət etdiyinə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Bu, son üç ildə mənim Qazaxıstana ikinci rəsmi səfərimdir. Bu, özlüyündə onu göstərir ki, bizim aramızda mövcud olan münasibətlər çox yüksək səviyyədədir. Bunun üçün çox ciddi baza - ümumi tariximiz, xalqlarımızın birliyi və yaxınlığı vardır. Çox vacibdir ki, ölkələrimizin müstəqil dövlətlər kimi təşəkkülü dövründə bizi bağlayan cəhətləri nəinki itirmədik, əksinə, artırdıq. Həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə biz çox işgüzar şəraitdə əməkdaşlıq edirik və qarşımızda duran bütün vəzifələr öz həllini tapır.

Xüsusilə bu gün biz energetika, iqtisadiyyat, nəqliyyat məsələləri üzərində dayandıq, geniş fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, ikitərəfli siyasi əlaqələr, regional məsələlər müzakirə olundu. Bizim baxışlarımızda çox böyük oxşarlıq vardır. Biz çox istəyirik ki, iki dost, qardaş ölkə ikitərəfli münasibətləri tam şəkildə, böyük səmərə ilə daha da irəliyə aparsın və həm ölkələrimiz, həm də region üçün əhəmiyyətli olan layihələr tezliklə öz həllini tapsın.

Mən öz növbəmdə, Prezident Nursultan Nazarbayevi Azərbaycana rəsmi səfərə dəvət etmişəm və əminəm ki, o səfər çərçivəsində ikitərəfli münasibətlər daha yüksək pilləyə qalxacaqdır.

Hazırda Qazaxıstan və Azərbaycan regionun daha dinamik inkişaf edən iki dövlətidir, ölkələrimiz qarşısında duran vəzifələri uğurla həyata keçirir, habelə regional miqyasda öz aralarında aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Bu gün biz Nursultan Abişeviç ilə bir çox məsələlərə dair danışıqlar apardıq. Bütün məsələlər üzrə fikirlərimiz tam uyğun gəlir, qarşılıqlı surətdə faydalı iqtisadi, enerji və nəqliyyat layihələrini fəal irəlilətməyə hazırlıq vardır. Mən bu gün bildirdim ki, Azərbaycan Qazaxıstan tərəfinə öz nəqliyyat və enerji infrastrukturundan tam istifadə etmək imkanı verir və biz Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisi ilə Avropa və dünya bazarlarına nəqli sahəsində birgə işləməyə, habelə yüklərin daşınması baxımından əməkdaşlıq etməyə hazırıq. İndi ölkəmiz Azərbaycanın neftini və qazını Avropa və dünya bazarlarına çatdıran ən müasir nəqliyyat infrastrukturuna malikdir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolunun istifadəyə verilməsi yüklərimizin Avropaya daşınmasına imkan verəcəkdir. Əlbəttə, iqtisadiyyatı, sənayesi sürətlə inkişaf edən Qazaxıstan da bu nəqliyyat yolundan istifadə edə bilər. Başqa sözlə, biz bütün istiqamətlərdə çox səmərəli, məhsuldar əməkdaşlığa hazırıq.

Bu gün imzalanan sənədlər çox geniş sahəni, o cümlədən neft-qaz sahəsini əhatə edir. Nursultan Abişeviç ilə ötən il Almatıda keçirilən görüşümüz zamanı Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qoşulması barədə hökumətlərarası müqavilə imzalandı. İndi Qazaxıstanda da və Azərbaycanda da həmin tarixi müqavilənin həyata keçirilməsinə dair fəal əməli iş aparılır. Biz birgə fəaliyyətə qətiyyətlə hazırıq və əminik ki, bu səfərin nəticələri müzakirə olunan məsələlərin əməli tərəfində çox tezliklə özünü göstərəcəkdir. Gözəl ölkənizdə nümayəndə heyətimizə göstərilən qonaqpərvərliyə görə Prezidentə və bütün qazaxıstanlı qardaşlarımıza bir daha təşəkkürümü bildirmək istəyirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

X  X  X

Sonra Azərbaycan və Qazaxıstan prezidentləri jurnalistlərin suallarına cavab verdilər.

-Mənim sualım cənab Nazarbayevədir. Cənab Prezident, Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlarda çox fəal iştirak edirlər. Bu baxımdan səylərin əlaqələndirilməsinin perspektivi necədir?

NURSULTAN NAZARBAYEV: Bu, həm iqtisadi, həm də siyasi baxımdan çox mühüm məsələdir. Çünki regional və beynəlxalq siyasətə vahid baxışlarımız var, təbii ki, biz Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də fəal əməkdaşlıq edirik. Biz Qazaxıstanın təşəbbüsü ilə yaradılan Asiyada etimad tədbirlərinə dair müşavirəni dəstəklədiyinə görə Azərbaycana minnətdarıq. Düşünürəm ki, beynəlxalq baxımdan bizim xarici siyasət idarələrimiz həmişə vahid mövqedən çıxış edirlər. Əgər siz konkret nəyi isə nəzərdə tuturdunuzsa?..

JURNALİST: Xeyr, ümumiyyətlə.

NURSULTAN NAZARBAYEV: Bizim heç bir beynəlxalq məsələdə fikir ayrılığımız yoxdur. 2009-cu ildə ATƏT-in sədrliyinə namizədliyimizi dəstəklədiyinə görə Azərbaycana çox minnətdarıq. Biz də Azərbaycanın hər hansı məsələsinə və təşəbbüsünə heç vaxt mane olmamışıq. Zənnimcə, Bakıda Xəzəryanı dövlətlər üzrə komitənin yaradılması barədə təklif vardır. Biz bunu da dəstəkləyirik.

-Mənim sualım cənab Əliyevədir. Lütfən deyin, bu gün bildirildi ki, yaxın vaxtlarda siz iki dövlət arasında əmtəə dövriyyəsini 1 milyard dollara çatdıracaqsınız. İlk növbədə hansı sahələr hesabına? Yaxın vaxtlarda Qazaxıstan yüklərinin, nefti və qazının Azərbaycandan nəqlinin genişləndirilməsinə dair hansı razılaşmalar var?

İLHAM ƏLİYEV: Bu gün biz Nursultan Abişeviç ilə söhbətimiz zamanı bir tərəfdən məmnuniyyətlə vurğuladıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi iki dəfə artmışdır, lakin digər tərəfdən təəssüflə bildirdik ki, o, cəmi 300 milyon dollar civarındadır. Bu isə əlbəttə, ölkələrimizin potensialına cavab vermir. Həm Qazaxıstan, həm də Azərbaycan keçmiş sovet məkanında ən dinamik inkişaf edən iqtisadiyyata malikdir. Bu, həm makroiqtisadi göstəricilərdən, həm də zahirən görünür. Şəhərlərimizin simasına baxmaq kifayətdir. Əlbəttə, bizə toxunur ki, belə güclü iqtisadi potensialımız, prezidentlərin bir-birinə olduqca etibarlı şəxsi münasibəti, yüksək səviyyəli siyasi qarşılıqlı fəaliyyət olduğu halda, ölkələrimiz arasında əmtəə dövriyyəsi cəmi 300 milyon dollar təşkil edir. Buna görə də belə bir fikir ifadə olunmuşdur ki, bu göstəricini 1 milyard dollara çatdırmaq lazımdır. Mən Nursultan Abişeviçə təşəkkür edirəm ki, o, bu rəqəmi dedi. Adətən, biz sadəcə olaraq deyəndə ki, artırmaq lazımdır, işlər çox sürətlə getmir. Konkret məqsəd qoyulanda biz bu məqsədə doğru daha sürətlə gedəcəyik. Əlbəttə, burada çox şey bizim hələlik uğurla işləyən hökumətlərarası komissiyanın fəaliyyətindən asılıdır. O, yəqin ki, yeni fəaliyyət sahələri axtaracaqdır. Biznes qurumlarının fəallığından da çox şey asılıdır. Həm Qazaxıstanda, həm də Azərbaycanda iqtisadiyyatın böyük bir hissəsi, mütləq əksəriyyəti özəl sektorda formalaşır. Bizdə bu, 80 faizdən çoxdur. Buna görə də biz öz tərəfimizdən kömək edəcəyik ki, özəl qurumlar həm Qazaxıstanda, həm də Azərbaycanda daha fəal şəkildə və inamla sərmayə qoysunlar. Əlbəttə ki, Qazaxıstanın enerji ehtiyatlarının Azərbaycan ərazisi ilə nəqli, quru yüklərinin daşınması, habelə kənd təsərrüfatı sahəsində, informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair hökumətlər və dövlətlər səviyyəsində həyata keçirilən qlobal layihələr, - bildiyiniz kimi, Bakıda taxıl terminalı artıq uğurla fəaliyyət göstərir, Qazaxıstanın qərbində tərəvəz terminalı yaradılmasına dair işlər gedir, - başqa sözlə, bütün bunlar əmtəə dövriyyəsini bir milyard dollara çatdırmağa real əsas verir. Lakin düşünürəm ki, bu, son hədd deyildir, gələcəkdə biz onu artıracağıq.

Neft-qaz əməliyyatlarına gəldikdə isə, bir daha vurğulamaq istərdim ki, regional əməkdaşlığa, habelə, - bunun da əhəmiyyəti az deyil, - Xəzər dənizinin delimitasiyası prosesinin başa çatdırılmasının zəruriliyinə dair baxışlarımız tam uyğun gəlir. Qazaxıstan və Azərbaycan müvafiq sazişi bir neçə il əvvəl imzalamışlar. Ölkələrimiz Rusiya ilə də saziş bağlamışlar. Bu ikitərəfli sazişlər delimitasiya məsələlərinin beştərəfli həlli üçün yaxşı zəmin ola bilər. Bir daha təkrar edirəm ki, energetika sahəsində də biz tam açığıq. Biz bu gün bunu ətraflı müzakirə etdik. Çox əhəmiyyətlidir ki, biz həm xaricdə aktivlərin alınması, habelə mövcud terminallardan birgə istifadə ilə bağlı fəaliyyətimizi əlaqələndirəcək, gələcəkdə isə regionumuzda yeni istehsal obyektlərinin, neft-qaz sahəsində fəaliyyətin gücləndirilməsinə yönəldilən istehsal obyektlərinin yaradılması sahəsində əməkdaşlıq edəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb