AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 13-də Litva Prezidentinin sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Valdas Adamkusun təkbətək görüşü olmuşdur.
Dövlət başçıları Litva-Azərbaycan əlaqələrinin bütün sahələrdə uğurla inkişafını qeyd edərək, münasibətlərin genişlənməsində iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin mühüm rolunu vurğuladılar.
Azərbaycanla Litva arasında Avropa və Şimali Atlantika strukturlarına inteqrasiya sahəsində əlverişli əməkdaşlıq yarandığı, iqtisadi layihələrin reallaşdırılmasında qarşılıqlı marağın olduğu bildirildi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildi.