SİYASƏT
AZƏRBAYCAN PREZİDENTİ SLOVENİYALI HƏMKARINI TƏBRİK ETMİŞDİR
Bakı, 24 iyun (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev Sloveniyanın milli bayramı münasibətilə Prezident Danilo Türkə təbrik məktubu göndərmişdir.
Məktubda deyilir: “Milli bayramınız - Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Sloveniya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sloveniya xalqına sülh və tərəqqi diləyirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2024 [14:12]
Azərbaycanın Müstəqillik Günü Tallində təntənəli mərasimlə qeyd olunub
- 23.05.2024 [13:42]
Emoməli Rəhmon: Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır
- 23.05.2024 [09:56]