Azərbaycanın 2 qadın güləşçisi Bakıdakı Avropa çempionatının yarımfinalında
Bakı, 23 may, AZƏRTAC
Azərbaycanın 2 qadın güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu gün mübarizəyə qoşulan idmançılardan Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) adlarını 1/2 finala yazdırıblar.
Nigar Mirzəzadə (65 kiloqram) təsnifatda, Mərziyyə Sadıqova (72 kiloqram) isə 1/4 finalda uduzublar.
Bundan başqa, təsəlliverici görüşlərdə qüvvəsini sınayan qadın güləşçilərimizdən Ruzanna Məmmədova (59 kiloqram) qalib gələrək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb, Şəhanə Nəzərova isə məğlub olaraq yarışı medalsız başa vurub.
Qeyd edək ki, Avropa çempionatının ilk 3 günündə Azərbaycan ümumilikdə 8 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medala yiyələniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]