Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ VƏ BAŞ PROKURORLUĞUNDAN

Məlumat verildiyi kimi, Hacı Məmmədovun başçılıq etdiyi bandanın törətdiyi bütün cinayətlərin üzə çıxarılması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu tədbirlər nəticəsində banda tərəfindən törədilmiş və uzun illər bağlı qalmış digər ağır cinayət faktları da aşkarlanmış və üstü açılmışdır.

Hələ 1998-ci il oktyabrın 21-də saat 11:00 radələrində Bakı şəhərinin Süleyman Rüstəm küçəsindəki 52 nömrəli binanın qarşısında naməlum şəxslər tərəfindən “Baku İnternational” firmasına məxsus iki yüz bir min ABŞ dollarını ələ keçirmək məqsədi ilə Paşayev Şahin Müzəffər oğlunun idarə etdiyi “VAZ -21099” markalı avtomaşına və orada olan şəxslərə həyat və sağlamlıq üçün təhlükəli üsulla silahlı basqın edilmiş və polis əməkdaşı Əhmədov Arzu Bəşir oğluna güllə yarası yetirilmişdir. Lakin hadisə yerinə xeyli sayda vətəndaşların toplandığını görən basqınçılar öz cinayətkar qəsdlərini başa çatdıra bilməyərək oradan qaçmışlar.

İstintaqla bu cinayətin Hacı Məmmədovun başçılıq etdiyi banda tərəfindən törədildiyi müəyyən edilmişdir. Məlum olmuşdur ki, 1998-ci ilin oktyabr ayında Hacı Məmmədov “Baku İnternational” şirkətinə pul daşıyan “VAZ-21099” markalı Az 10 DS 472 dövlət nömrə nişanlı avtomaşına hücum edərək külli miqdarda pulu qarət etmək qərarına gəlmişdir. Hacı Məmmədov bandanın fəal üzvləri Nizami Abdullayev və Fərhad Məmmədbəyovun da iştirakı ilə hazırladığı qarət planının həyata keçirilməsi üçün Ukuşev Ruslan Xaydarbekoviç, Dabuyev Musa Baqayeviç və şəxsiyyətləri istintaqa məlum olmayan daha 4 nəfər çeçen milliyyətinə mənsub şəxslə razılığa gəlmişdir. O, hazırladığı plana uyğun olaraq, Ruslan Ukuşevə avtomaşının hərəkət marşrutları, basqının həyata keçiriləcəyi yer və hadisə yerindən uzaqlaşmaq yolları barədə məlumat vermişdir. Ruslan Ukuşev bu cinayətdə iştirakına və əsas rolu üzərinə götürdüyünə görə Musa Dabuyevə 10-1 5 min ABŞ dolları verəcəyini vəd etmişdir.

Planın həyata keçirilməsi üçün Ruslan Ukuşev, Musa Dabuyev və çeçen milliyətindən olan daha 4 nəfər bir neçə dəfə basqının planlaşdırıldığı yerə - Bakı şəhərinin Süleyman Rüstəm küçəsindəki 52 nömrəli binanın yaxınlığına gəlmişlər. Ruslan Ukuşev burada hər bir kəsin rolu və mövqeyini izah etmişdir. O, həmçinin cinayətin həyata keçirilməsində bort tipli “Moskviç”, “Jiquli” və “Volqa - QAZ-24” markalı avtomaşınlardan istifadə olunacağını da basqınçılara bildirmişdir. Plana əsasən, basqınçılardan biri “Moskviç” markalı maşınla hərəkət edib “VAZ-21099” markalı maşınla toqquşaraq avtoqəza görüntüsü yaratmalı, bu zaman baş verən çaşqınlıqdan istifadə edərək, “Jiquli” markalı maşınla kənarda pusquda duran və “Makarov” tipli tapançalarla silahlanmış Musa Dabuyev və digər 3 nəfər tərəfindən həmin avtomaşına silahlı basqın olunmalı, onlardan biri isə maşının yük yerini açıb oradan pulu götürməli idi.

1998-ci il oktyabrın 21-də təxminən saat 10:00 radələrində Musa Dabuyev başda olmaqla bandanın 5 üzvü Bakı şəhərinin Süleyman Rüstəm küçəsindəki 52 nömrəli binanın yaxınlığına gələrək əvvəlcədən seçdikləri mövqelərdə durub “VAZ 21099” markalı avtomaşını gözləmişlər. Saat 11:00 radələrində onlar vətəndaş Paşayev Şahin Müzəffər oğlunun idarə etdiyi avtomaşının gəldiyini görüb plan üzrə hərəkət edərək, hər iki tərəfdən yaxınlaşıb maşındakıları odlu silahla hədələmiş, qabaq oturacaqda əyləşmiş Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri Əhmədov Arzu Bəşir oğlunu güllə ilə yaralamışlar. Basqınçılardan biri əlindəki dəmir parçası ilə maşının yük yerini açmağa cəhd göstərmişdir. Lakin yük yerində qarət etmək istədikləri pulun olmadığını və hadisə yerinə xeyli sayda insanın toplaşdığını görən basqınçılar onları gözləyən “Jiquli” markalı maşına minib hadisə yerindən uzaqlaşmışlar. Bir neçə yüz metr getdikdən sonra onlar maşından düşərək müxtəlif istiqamətdə dağılışmışlar. Hacı Məmmədov, Nizami Abdullayev və Fərhad Məmmədbəyov bir qədər kənarda dayanıb əvvəldən axıra kimi basqınçıların bütün hərəkətlərini müşahidə etmişlər.

İstintaqla Hacı Məmmədovun başçılıq etdiyi bandanın daha bir ağır cinayətkar əməli aşkar olunmuşdur. Müəyyən edilmişdir ki, 2002-ci ilin sonlarında Hacı Məmmədov Azərbaycan Beynəlxalq Bankının Mərkəzi ofisinin müdiri vəzifəsində işləyən Sultanov Anar Hüseyn oğlunun tamah məqsədi ilə oğurlanmasını planlaşdırmışdır. Bu məqsədlə o, bandanın fəal üzvlərindən olan Musa Dabuyevi, Aslambek Çintamirovu, Nizami Abdullayevi və Eldar Rəhimovu Keşlə qəsəbəsində yerləşən Nailə Quliyevaya məxsus evə dəvət etmişdir. Cinayətin törədilməsi üçün hazırlanan planın müzakirəsində Nailə Quliyeva da iştirak etmişdir. Hacı Məmmədov Aslambek Çintamirova, Musa Dabuyevə və Eldar Rəhimova sonuncunun idarə etdiyi “VAZ 2106” markalı maşınla Anar Sultanovun izlənilməsini, hərəkət vaxtının və marşrutunun öyrənilməsini tapşırmışdır. O, bu cinayətdə iştirakına görə banda üzvlərinin hər birinə girovun azad olunması müqabilində onun qohumlarından alınacaq məbləğin 20 faizini verəcəyini vəd etmişdir. Bundan başqa, Hacı Məmmədov cinayət əməlinin həyata keçirilməsi məqsədi ilə Aslambek Çintamirova 2, Musa Dabuyevə isə 1 ədəd “Makarov” tipli tapança, girovun başına keçirmək üçün torba və əllərinin bağlanılması üçün qandal vermişdir. Anar Sultanovun oğurlanması zamanı ətrafdakı şəxslərin diqqətini cəlb etməmək və konspirasiya məqsədi ilə Hacı Məmmədovun tapşırığı ilə Nailə Quliyeva tərəfindən Musa Dabuyevə geyinmək üçün qara rəngli qadın plaşı və açıq rəngli parik verilmişdir.

Qabaqcadan hazırlanmış plana əsasən, Nizami Abdullayev Anar Sultanovu onun iş yerinin qarşısında gözləməli, sonuncu işdən çıxan kimi mobil telefon vasitəsilə Eldar Rəhimova xəbər verməli idi. O isə, öz növbəsində, idarə etdiyi “VAZ 2106” markalı avtomaşında Musa Dabuyev və Aslambek Çintamirovla birlikdə Anar Sultanovu yaşadığı evin həyətində gözləməli, oğurladıqdan sonra isə onu Nailə Quliyevanın Keşlə qəsəbəsindəki evinə gətirməli idi.

Əvvəlcədən müəyyən olunmuş gün saat təxminən 20:00 radələrində Musa Dabuyev və Aslambek Çintamirov Eldar Rəhimovun idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla “Olimp” mağazasının yaxınlığında yerləşən, əhali arasında “Kaspar xəstəxanası” kimi tanınan 6 nömrəli xəstəxananın yanına gəlmiş və burada Nizami Abdullayevin telefon zəngini gözləməyə başlamışlar. Hacı Məmmədov isə idarə etdiyi qara rəngli “Mercedes-E class” markalı avtomaşını təxminən 200-300 metr arxada saxlayaraq Nailə Quliyeva ilə birlikdə onları müşahidə etmişdir.

Burada banda üzvləri öz iradələrindən asılı olmayan səbəbdən cinayətkar niyyətlərini həyata keçirə bilməmişlər. Belə ki, Musa Dabuyev, Aslambek Çintamirov və Eldar Rəhimov maşında gözləyərkən ərazidə post-patrul xidməti aparan polis əməkdaşları onlara yaxınlaşıb sənədlərini tələb etmişlər. Eldar Rəhimov maşından düşərək üzərində olan polis vəsiqəsini onlara təqdim etsə də polis əməkdaşları maşının içərisini yoxlamaqda israrlı olmuşlar. Bu zaman vəziyyəti kənardan müşahidə edən Hacı Məmmədov həmin polis əməkdaşlarına yaxınlaşıb onlarla bir neçə dəqiqə söhbət etdikdən sonra Eldar Rəhimova Musa və Aslambeklə birlikdə geri qayıtmağı tapşırmışdır. Sonradan Hacı Məmmədov polis əməkdaşlarının Aslambek Çintamirovu, Musa Dabuyevi və Eldar Rəhimovu gördükləri üçün ifşa olunacağından ehtiyatlanaraq Anar Sultanovu oğurlamaq planından imtina etmişdir.

İşin bütün hallarının araşdırılması və digər cinayət faktlarının aşkarlanması üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr