Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİ QARŞISINDA HESABATI

Hörmətli Sədr!

Hörmətli millət vəkilləri!

Bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq Konstitusiya Qanununa uyğun olaraq, öz fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatla çıxış edir.

Belə dövlətdaxili reqlamentin yaradılması təşəbbüsü ölkəmizdə demokratikləşmə prosesini və icra strukturlarında məsuliyyətin daha da artırılması siyasətini ardıcıl həyata keçirən möhtərəm Prezidentimiz Heydər Əliyevə məxsusdur. Dövlətimizin başçısı Nazirlər Kabinetinin fəaliyyətini daim istiqamətləndirir və Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı konkret tapşırıqlar verir.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin titanik zəhməti və müdrik rəhbərliyi ilə respublikada ictimai-siyasi sabitlik yaranmış, bir sıra geniş miqyaslı proqramlar həyata keçirilmiş, nəticədə iqtisadiyyatın sürətli inkişafını, əhalinin maddi rifahının yüksəldilməsini, ölkənin müdafiə qabiliyyətinin artırılmasını və beynəlxalq aləmdə layiqli yer tutmasını təmin etmək mümkün olmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Nazirlər Kabinetinin tərkibi 1998-ci ildə keçirilmiş prezident seçkilərindən sonra dövlət başçısı tərəfindən yaradılmışdır.

Hörmətli Milli Məclis!

İcazə verin, Sizi son 5 ildə gördüyümüz işlərin əsas istiqamətləri ilə tanış edək.

1. Makroiqtisadi siyasət

Azərbaycanda makroiqtisadi sabitliyin və struktur dəyişikliklərinin təmin olunmasına yönəldilmiş genişmiqyaslı iqtisadi islahatlar prosesi real olaraq 1 995-ci ildən başlanmışdır.

Beynəlxalq maliyyə təsisatları ilə birlikdə üç proqram işlənib hazırlanmış və uğurla həyata keçirilmişdir. Həmin proqramlarda makroiqtisadi sabitləşdirmə, struktur dəyişiklikləri, iqtisadiyyatın artımı və əhalinin maddi rifahının yüksəldilməsini təmin edən tədbirlər nəzərdə tutulmuşdu.

1998-ci ilin əvvəlinə iqtisadi islahatların artıq nəzərəçarpan müsbət nəticələrinə nail olunmuşdu və bu, Azərbaycanın dərin iqtisadi böhrandan çıxdığını bildirirdi. Belə ki, inflyasiya prosesi demək olar dayandırılmış, büdcə kəsiri ümumi daxili məhsulun 2,4 faizi həddinə düşmüşdü. İqtisadiyyatın real sektorunun maliyyə sabitləşməsinə və struktur dəyişikliklərinə reaksiyası özünü onda göstərdi ki, artıq 1996-cı ildən başlayaraq iqtisadi artım bərpa olunmuş, əhalinin real gəlirləri 2,3 dəfə, işləyənlərin orta aylıq əmək haqqı isə 6,4 dəfə artmışdı.

Xarici iqtisadi fəaliyyət və valyuta bazarı tam sərbəstləşdirilmiş, ölkənin valyuta ehtiyatları 34 dəfə artaraq, 550 milyon ABŞ dollarına çatmışdı

Struktur dəyişiklikləri, əsasən, özəlləşdirmə prosesinin və torpaq islahatı aparılmasının başlanması ilə bağlı idi.

Beləliklə, 1998-ci ilin əvvəlinə Azərbaycanda iqtisadi islahatlar dərinləşdirmək və sosial-iqtisadi inkişafın daha yüksək sürətini təmin etmək üçün kifayət qədər möhkəm zəmin yaradılmışdı.

1998-2002-ci illərdə Nazirlər Kabineti qarşıdakı hər il üçün büdcə layihəsini, habelə ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasını müəyyən olunmuş qaydada hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir.

Bu sənədlərin Nazirlər Kabinetində müzakirəsində Milli Məclisin müvafiq komissiyalarının sədrləri də fəal iştirak etmişlər və imkandan istifadə edib onlara öz minnətdarlığımızı bildiririk.

Dövlətimizin başçısı möhtərəm Heydər Əliyev Azərbaycanın iqtisadi və sosial inkişafına müstəsna əhəmiyyət verərək, hər il təqdim olunmuş sənədlərin Nazirlər Kabineti üzvlərinin iştirakı ilə geniş müzakirəsini keçirmiş, bir qayda olaraq, istifadə edilməmiş ehtiyatların iqtisadi dövriyyəyə cəlb olunmasına, Nazirlər Kabinetinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair dəyərli göstərişlər vermişdir.

Fürsətdən istifadə edərək, möhtərəm Prezident tərəfindən təqdim olunrnuş büdcə və onunla bağlı sənədlərin yeni maliyyə ilinədək hərtərəfli müzakirə olunmasına və qəbul edilməsinə görə Milli Məclisin rəhbərliyinə və millət vəkillərinə dərin təşəkkürümüzü bildiririk.

Hər il dövlət büdcəsi Milli Məclis tərəfindən qəbul olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti müvafiq Fərmanlar verir. Bu Fərmanlar büdcənin icrası və Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağIı icra hakimiyyəti orqanlarının qarşısında duran konkret vəzifələrin yerinə yetirilməsində əvəzsiz rol oynayır.

Nazirlər Kabineti büdcənin icrasını təmin etməkdən ötrü yeni vergi ödəyicilərinin aşkar edilməsi və vergiyə cəlb olunması, hüquqi və fiziki şəxslərin real gəlirlərinin daha dəqiq müəyyən edilməsi hesabına vergi bazasının genişləndirilməsi üçün və digər lazımi tədbirlər hazırlayaraq həyata kecirir.

Müəssisələri maliyyə cəhətdən sağlamlaşdırmaq, kiçik və orta sahibkarlığın, bölgələrin, ayrı-ayrı fəaliyyət növlərinin inkişafını təşviq etmək məqsədi ilə ötən dövrdə mənfəətdən tutulan verginin dərəcəsi 32 faizdən 25 faizə, əlavə dəyər vergisi 20-dən 18-ə, sosial sığorta üzrə ayırmalar 35-dən 27 faizə endirilmiş, habelə fiziki şəxslərin gəlirindən vergi tutulmayan məbləğin həddi 60 min manatdan 100 min manata qədər artırılmışdır.

1997-ci ildəkinə nisbətən büdcəyə daxilolmalar təxminən 2 trilyon manat və ya 1,8 dəfə artmışdır.

Respublikada gedən iqtisadi proseslər büdcənin gəlir hissəsinin strukturunda da öz əksini tapmışdır. Be!ə ki, büdcəyə daxilolmalarda qeyri-dövlət bölməsinin payı 26,5 faizdən 2002-ci ildə 49 faizə çatmışdır.

Vergiqoymanm ağırlığının tədricən istehsalçılardan

istehlakçıların üzərinə keçirilməsi siyasətinin aparılması nəticəsində

birbaşa vergilərin payı 1997-ci ildəki 31,4 faizdən 2002-ci ildə 28,4 faizə enmiş və əksinə, dolayı vergilərin payı artaraq 42,7-dən 46,5 faizə çatmışdır.

Yaradılmış dövlət Xəzinədarlığı xərclərin idarə olunmasını mərkəzləşdirməyə, büdcə vəsaitlərindən məqsədli istifadə olunmasına nəzarəti gücləndirməyə imkan vermişdir.

Ümumən büdcənin xərclər hissəsi ənənəvi olaraq sosial yönümlü olmuşdur. Ötən dovrün müxtəlif illərində büdcə vəsaitlərinin 55 faizindən 65 faizə qədəri əhalinin maddi və sosial ehtiyaclarının ödənilməsinə yönəldilmişdir.

Bu zaman büdcənin sosial müdafiə maddələri üzrə (əmək haqqı, pensiyalar, müavinətlər, ərzaq, dava-dərman və s.) xərclər 1,6 trilyon manat və ya 2,1 dəfə artmış və 2002-ci ildə büdcənin xərclər hissəsinin 63 faizini təşkil etmişdir (1997-ci ildə isə bu, 47 faiz idi). «Əmək haqqı» maddəsi üzrə istifadə olunmuş vəsaitin məbləği beş ildə 2 dəfə, «Pensiya və müavinətlər» maddəsi üzrə isə 2,8 dəfə artmışdır.

Görülmüş tədbirlər nəticəsində hər il büdcə kəsirləri onların ödənilməsinə yönəldilmiş real qeyri-inflyasiya resursları səviyyəsinə qədər azalmışdır. Belə ki, beş il ərzində büdcə kəsiri ümumi daxili məhsulun 2,6 faizi səviyyəsində nəzərdə tutulmuş, faktiki olaraq 1,1 faizini təşkil etmişdir. Belə büdcə siyasəti bütün maliyyə sistemində və pul dövriyyəsində tarazlığı təmin etməyə, habelə dövlətin daxili borclarının artmasının qarşısını almağa imkan vermişdir.

Pul-kredit və valyuta siyasəti real sosial-iqtisadi vəziyyəti təhlil etmək yolu ilə, hökumətin və Milli Bankın beynəlxalq maliyyə-kredit təşkilatları ilə birgə işləyib hazırladığı sənədlər əsasında həyata keçirilmişdir.

Nəticədə milli valyutanın - manatın ödəmə qabüliyyətini sabitləşdirməyə və inflyasiyanı iqtisadi baxımdan normal sayılan səviyyədə (1-3 faiz) saxlamağa imkan yaranmışdır.

Bank sistemində pul kütləsi 2,5 dəfədən çox artmışdır ki, bu da hüquqi və fiziki şəxslərin banklara etibarının xeyli artdığını göstərir.

1997-ci illə müqayisədə bank kreditlərinin ümumi məbləği 28 faiz artmış və ən əsası, uzun müddətli kreditlərin xüsusi çəkisi bütün kreditlərin həcmində 7,2 faizdən 28 faizə çatmışdır.

Ötən dövrdə bank sistemində ciddi islahatlar aparılmış, bankların ümumi nizamnamə fondu 52 faiz artmış, sayı isə 2 dəfə azalmışdır. (99 bankdan indi 47-si qalmışdır).

Ölkənin iqtisadi imkanlarının ən mühüm gostəricilərindən biri onun valyuta ehtiyatlarının səviyyəsidir.

Yuxarıda qeyd edildiyi kimi, 1998-ci ilin əvvəlinə Azərbaycanın valyuta ehtiyatları 550 milyon dollar təşkil edirdi. 2003-cü ilin əvvəlinə ümumilikdə ölkənin valyuta ehtiyatları 2,5 dəfə artaraq 1 milyard 374 milyon dollar olmuşdur ki, bu da Azərbaycanın illik idxalının 1 0 aylıq həcminə bərabərdir.

Xarici borclar məsələsində bizim siyasətimiz həmişə sərt və seçimli olmuşdur. Yəni maliyyə sabitliyinin, struktur dəyişikliklərinin, ölkənin infrastrukturunun inkişafının təmin olunması ilə bağlı ən öncül layihələr üzrə xarici kreditlər almmasına üstünlük verilmişdir.

2003-cü il yanvarın 1-nə Azərbaycanın xarici borcları 1 milyard 356 milyon dollar və ya ümumi daxili məhsulun 22 faizini təşkil edir. Bu, MDB ölkələri arasında ən aşağı göstəricidir. Yeri gəlmişkən xatırladaq kt, ölkənin ümumi valyuta ehtiyatları onun xarici borclarının səviyyəsindən çoxdur.

Belə bir cəhəti də xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın xarici borclarının təxminən 70 faizi uzunmüddətlidir - yəni 7 - 10 il güzəştlə və illik 0,75 faizlə 35 - 40 il müddətinə alınmışdır.

Sığorta sistemində görülmüş işlər nəticəsində 29 şirkətin ümumi nizamnamə kapitalı 4 dəfə, onların hesabına daxil olan sığorta haqları 3,8 dəfə artmışdır.

2. Struktur dəyişiklikləri

Hörmətli millət vəkilləri!

Bazar iqtisadiyyatının formalaşmasının tələblərinə uyğun olaraq və islahatları daha da dərinləşdirmək məqsədi ilə aparılan struktur dəyişiklikləri nəticəsində son illərdə 5 nazirlik, 12 komitə, 11 dövlət şirkəti, 8 dövlət konserni və 10 dövlət birliyi, idarə, müfəttişlik - cəmi 45 mərkəzi və dövlət idarəetmə orqanı ləğv olunmuşdur.

Dövlətin tənzimedici rolunu gücləndirmək üçün eyni zamanda yeni 5 nazirlik, 4 dövlət komitəsi və 2 agentlik yaradılmışdır.

2000-ci ildə Dövlət əmlakının özəlləşdirilməsinin II Proqramı təsdiq olunmuşdur.

Ümumiyyətlə, özəlləşdirmə başlayandan 37 minədək kiçik, orta müəssisə və obyekt özəlləşdirilmiş, dövlət müəssisələrinin bazasında 1 500-ə qədər səhmdar cəmiyyəti yaradılmışdır. 2003-cü ilin əvvəlinə təxminən 60 min qeyri-dövlət hüquqi şəxsi və 125 min fiziki şəxs dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir.

Hesabat dövründə büdcəyə özəlləşdirmədən 495 milyard manat, dövlət əmlakının icarəyə verilməsindən isə 68 milyard manat vəsait daxil olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 2002-ci ilin avqustunda yerli və xarici sahibkarlarla keçirdiyi görüşlər kiçik və orta sahibkarlığın inkişafına böyük təkan vermişdir.

Onların nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin 5 Fərmanı imzalanmışdır. Həmin Fərmanlarda və Nazirlər Kabinetinin onların icrası ilə bağlı qəbul etdiyi normativ-hüquqi sənədlərdə kiçik və orta sahibkarlığın inkişafının təşviq edilməsi sahəsində dövlət siyasəti əsaslı şəkildə təkmilləşdirilmişdir,

Belə ki, 2003-2005-ci illər üçün 250 milyard manat ayrılması nəzərdə tutulmuş, lisenziya verilən fəaliyyət növlərinin sayı 250-dən 30-a endirilmiş, vergi və başqa orqanların nəzarət-yoxlama funksiyaları və işçilərinin sayı azaldılmışdır.

Ölkə Prezidenti möhtərəm Heydər Əliyevin kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı həmin Fərmanlarını həyata keçirmək məqsədi ilə Nazirlər Kabineti sahibkarlar üçün daha əlverişli şərait yaradılmasına yönəldilmiş 10-dək qərar və sərəncam qəbul etmişdir.

Beynəlxalq maliyyə təşkilatlarının və şirkətlərinin iştirakı ilə Azərbaycan Mikromaliyyələşdirmə Bankı yaradılmışdır.

3. İqtisadiyyatın real sektorunun inkişafı

Hörmətli millət vəkilləri!

Azərbaycan Respublikasının Prezidenti, Milli Məclis və Nazirlər Kabineti tərəfindən iqtisadiyyatın real sektorunun inkişafının həvəsləndirilməsinə, maddi istehsalın idarə olunmasının təkmilləşdirilməsinə, sahibkarlığın, regionların, fəaliyyət növlərinin inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, iqtisadiyyatın ayrı-ayrı seqmentlərinin xarici və yerli sərmayəçilərə idarəetməyə verilməsinə yönəldilmiş 120-dən çox qanunvericilik aktı və digər normativ sənədlər qəbul edilmişdir. Onların icrasının təmin olunmasına yönəldilmiş 10-dan çox məqsədli proqram qəbul edilmiş və həyata keçirilir.

Məlum olduğu kimi, iqtisadiyyatın bütünlükdə inkişafını xarakterizə edən göstərici ümumi daxili məhsuldur (ÜDM).

Nəzərdən keçirilən dövrdə ümumi daxili məhsulun həcminin real artımı 59,5 faiz təşkil etmiş və 2002-ci ildə 29,6 trilyon manata (6,1 milyard dollar) çatmışdır. 1997-ci ildə ölkədə adambaşına ümumi daxili məhsul istehsalı 2 milyon manat idisə, 2002-ci ildə 3,4 milyon manat təşkil etmiş və ya 48 faiz artmışdır.

Ümumi daxili məhsulun formalaşması prosesində qeyri-dövlət sektorunun payı 1997-ci ildəki 46 faizdən 73 faizə çatmış və onun artım sürəti dövlət sektoruna nisbətən hər il 3-6 faiz bəndi olmuşdur.

Sənaye istehsalının sabit artımı ilə yanaşı, onun strukturunu da keyfiyyətcə yeni səviyyəyə qaldırmaq mümkün olmuşdur. Bütünlükdə sənaye istehsalının həcmi 23,2 faiz artmış və ötən il 19,7 trilyon manat təşkil etmiş, qeyri-dövlət sektorunun payı 3 dəfə artaraq 2002-ci ildə 53,7 faizə çatmışdır.

Neft-qaz sektoru tarixən Azərbaycanda təkcə sənayedə deyil, həm də bütün iqtisadiyyatda çox mühüm rol oynamışdır və indi də belədir. 1994-cü ildə müəllifi möhtərəm Prezidentimiz Heydər Əliyev olan uzunmüddətli Neft Strategiyası qəbul edilmiş və uğurla həyata keçirilir. Neftin satışından daxil olan valyutanın və digər gəlirlərin toplanması və səmərəli şəkildə idarə edilməsi, onları daha vacib sosial-iqtisadi layihələrin, xalqın maddi rifah halının yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yönəltmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanları ilə Dövlət Neft Fondu yaradılmış və onun Əsasnaməsi təsdiq olunmuşdur.

Bundan əlavə, Neft Fondunun fəaliyyətinə ümumi nəzarəti və şəffaflığı təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Dövlət Neft Fondunun Müşahidə Şurası yaradılmışdır. Şuraya icra və qanunvericilik hakimiyyətlərinin, habelə ictimai təşkilatların nümayəndələri daxildir. Neft Fondunun büdcəsinin icrası barədə məlumatlar mətbuatda dərc edilir.

Azərbaycan Dövlət Neft Şirkəti neft hasilatının həcmini sabit saxlamış və müəyyən olunmuş proqnoz tapşırıqlarının yerinə yetirilməsini təmin etmişdir. Bu, respublikanın neft məhsullarına tələbatını ödəməklə yanaşı, 6,5 milyon ton xam neft və 12 milyon tonadək neft məhsulları ixrac etməyə imkan vermişdir.

Bu müddətdə 27,9 milyard kubmetrdən çox qaz çıxarılmışdır. Respublikanın mavi yanacağa olan tələbatını daha çox təmin etmək üçün 2000-ci ildən etibarən 7,7 milyard kubmetr qaz idxal olunmuşdur. Bunun nəticəsində qaz verilən rayonların sayı 18-dən 52-yə çatmışdır.

Danılmaz bir faktdır ki, ölkənin müstəqil energetika sistemi Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılmışdır.

Yeni energetika gücləri yaratmaq və elektrik şəbəkəsi təsərrüfatını genişləndirmək məqsədi ilə son illərdə güzəştli şərtlərlə böyük həcmdə xarici sərmayələr cəlb olunmuşdur. «Şimal» elektrik stansiyasında gücü 400 meqavat, 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzində gücü 106 meqavat olan buxar-qaz enerji blokları tikilmiş, Yenikənd su elektrik stansiyasının 3 enerji bloku istifadəyə verilmiş və bu yaxınlarda isə dördüncü blok da işə salınacaqdır. Mingəçevir su elektrik stansiyasının yenidən qurulması, bir sıra yüksək gərginlikli xətlərin və yardımçı stansiyaların texniki baxımdan xeyli dərəcədə yeniləşdirilməsi işləri başa çatdırılmışdır. Nəticədə ölkənin enerji sisteminin gücü 700 meqavat və ya 20 faiz artmışdır. Avropa Komissiyasının qrantları hesabına, işğaldan azad olunmuş ərazilərdə elektrik xətləri və yardımçı stansiyalar bərpa olunmuşdur. Bu işlər indi də davam etdirilir.

İrandan Naxçıvana verilən elektrik enerjisini kompensasiya etmək üçün İmişli-Parsabad xəttinin çəkilməsi ilə Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi ilə təchizatı problemi xeyli dərəcədə həll edilmişdir.

Rayon və şəhər elektrik şəbəkələrinin bazasında Bakı, Sumqayıt, Gəncə və Əli Bayramlı regional şəbəkə səhmdar cəmiyyətləri yaradılmış, bunlar xarici və yerli səhmdarlara uzunüddətli idarəetməyə verilmişdir.

Ötən beş il ərzində respublikada təxminən 92 milyard kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur. 1997-ci illə müqayisədə 2002-ci ildə enerji istehsalı 1 1,2 faiz artmış və idxal nəzərə alınmaqla, elektrik enerjisi istehlakını 14,8 faiz artırmağa imkan vermişdir.

Qeyd etmək lazımdır ki, elektrik enerjisinin hər kilovat-saatı əhaliyə 96 manata (1,96 sentə satılır. Bu, bir çox ölkələrdəki tarifdən xeyli ucuzdur.

Struktur dəyişiklikləri kimya və neft kimyası sənayesini də əhatə etmişdir. «Azərikimya» Dövlət Şirkətinə daxil olan 23 müəssisə və təşkilatdan 17-si özəlləşdirilmək üçün səhmdar cərniyyətinə çevrilmişdir.

2001-ci ildə Sumqayıtdakı etilen-polietilen zavodunda işə salınmış müasir buxar-generator qurğusu məhsulun maya dəyərini xeyli azaltmağa və keyfiyyətini yüksəltməyə imkan vermişdir.

Kimya və neft kimyası sənayesində istehsalın ümumi həcmi 41 faiz, sahənin əsas məhsulu olan polietilen istehsalı isə 2,2 dəfədən çox artmışdır.

Azərbaycanda, xüsusilə yetmişinci illərdə, şəxsən möhtərəm Heydər Əliyevin rəhbərliyi ilə maşınqayırma və metallurgiyanın nəhəng müəssisələri yaradılmışdı.

Hamıya məlum obyektiv səbəblərə görə son illərdə bu kompleksə daxil olan bəzi müəssisələr təəssüf ki, öz fəaliyyətini dayandırdı, qalanları isə istehsal gücünün cəmi 15-20 faizi həddində işləyirdi. Təbii ki, belə vəziyyət Azərbaycan hökumətini narahat etməyə bilməzdi.

Maşınqayırmada ilk növbədə struktur dəyişikliklərinə xüsusi diqqət yetirilmişdir. 2001-ci ildə «Azneftkimyamaş» Elm-İstehsalat Birliyinin bazasında açıq tipli səhmdar cəmiyyəti yaradılmış, habelə 35 maşınqayırma müəssisəsi özəlləşdirmə üçün açıq elan olunmuşdur.

Nazirlər Kabineti 2002-2005-ci illər üçün maşınqayırmanın inkişafının məqsədli proqramını təsdiq etmiş və bir sıra səmərəli layihələrin həyata keçirilməsinə başlanılmışdır. Məsələn, «Azneftkimyamaş» Səhmdar Cəmiyyətinin müəssisələrində Yaponiya İnsan Ehtiyatları Fondunun köməyi ilə ixtisaslaşdırılmış təcrübə-eksperimental mərkəzinin yaradılması, peşəkar kadrların hazırlanması, müvafiq avadanlığın quraşdırılması, habelə beynəlxalq standartların tələblərinə cavab verən neft - mədən avadanlığı istehsalının təşkili ilə bağlı işlər görülür.

«Çinar», «Sumqayıt kompressor zavodu», «Bakı kondisioner» səhmdar cəmiyyətləri müasir standartlara cavab verən və rəqabətə daha davamlı məhsul istehsalına başlamışlar.

Bütünlükdə maşınqayırma kompleksi üzrə görülmüş tədbirlər məhsul istehsalının həcmini 32 faiz artırmağa imkan verdi.

Metallurgiya kompleksində də islahatlar və struktur dəyişiklikləri aparılmışdır.

Əlvan metallurgiya müəssisələrinin vahid texnoloji rejimdə işləməsini təmin etmək üçün Gəncə «Gil-torpaq», «Sumqayıtəlvanmetal» istehsalat birliklərinin və Zəylik alunit yatağı idarəsinin bazasında «Azəralüminium» Səhmdar Cəmiyyəti yaradılmış və 25 il müddətinə xarici şirkətə idarəetməyə verilmişdir. Cəncədəki zavodda alüminium oksidi istehsalı 2 dəfə artmış, Sumqayıt alüminium zavodu isə uzun fasilədən şonra fəaliyyətə başlamışdır.

Sumqayıt boru yayma zavodunun işini bərpa etmək üçün müəssisə özəlləşdirilmiş və boru İstehsalına başlamaqdan ötrü hazırlıq işləri görülür. Buna 50 milyon dollara qədər xarici sərmayə yönəltmək nəzərdə tutulur.

2000-ci ildə «Azərelektrikqaynaq» zavodunun bazasında «Baku steel» müasir poladtökmə kompleksi istifadəyə verilmişdir, İllik ümumi istehsal gücü 300 min ton olan müəssisə tikinti armaturu, habelə respublikanın digər metal emalı müəssisələri üçün polad məhsulu buraxır.

Bütünlükdə metallurgiya sənayesində istehsalın həcmi təxminən 2 dəfə artaraq, 2002-ci ildə 225 milyard manata çatmış və 7 mindən çox yeni iş yerləri yaradılmışdır.

Yeyinti sənayesi ötən dövrdə əslində qeyri-dövlət sektorunda cəmləşmişdir. Sahə, əsasən, yeni müasir istehsal güclərinin yaradılması, habelə iri yeyinti və emal müəssisələrinin əksəriyyətinin özəlləşdirilməsi hesabına dinamik inkişaf etmişdir. Bunun nəticəsində ət istehsalı təxminən 10 dəfə, süd və süd məhsulları - 2,7, kərə yağı -3,2, bitki yağı və marqarin - 2,2, pivə - 5, alkoqollu içkilər - 2,2, çay - 5, tütün tnəmulati - 7,9 dəfə artmışdır.

Ümumilikdə yeyinti sənayesində istehsalın həcmi 4,5 dəfə artmış, nəticədə idxalın strukturunda ərzaq məhsullarının payı 1997-ci ildəki 23 faizdən 2002-ci ildə 14 faizə düşmüşdür.

Təbii ki, yüngül sənayedəki vəziyyət hələ də bizi qane etmir. Sərmayəçilər bu sahənin müəssisələrinə hələlik cox da maraq göstərmirlər. Şəki ipək kombinatına edilən maliyyə yardımı və Mingəçevir toxuculuq kombinatına göstərilən texniki yardım nəticəsində müəssisələrin fəaliyyəti bərpa olunmuş, 1000 nəfərdən çox insan işlə təmin olunmuşdur. Lakin ümumilikdə bu sahədə vəziyyət mürəkkəb olaraq qalır.

Hazırda bu sahənin dirçəldilməsinə dair yaxın beş il üçun xüsusi proqram işlənib hazırlanır.

Iqtisadiyyatın əsas sahələrindən biri olan kənd təsərrüfatında da

gözəçarpan nailiyyətlər əldə olunmuşdur.

Kənd təsərrüfatı ilə bağlı 17 qanun, Azərbaycan Respublikası Prezidentinin 21 Fərman və Sərəncamı, Nazirlər Kabinetinin 200-dən çox qərar və sərəncamları qəbuh edilmişdir.

Həmin normativ aktlar əsasında keçirilən torpaq islahatı, əslində, başa çatdırılmışdır. Pulsuz torpaq payı almaq hüququ olan 858 min ailə və ya 3 milyon 500 min vətəndaşımız torpaq mülkiyyətçisi hüququ verən dövlət aktı almışdır.

İslahatların aparıldığı illər ərzində bazar iqtisadiyyatı formalarına uyğun 5 minə yaxın təsərrüfat yaranmışdır.

1999-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, 5 il müddətinə bütün vergilərdən azad edilmişdir.

Ləğv olunmuş kolxoz və sovxozların, özəlləşdirilmiş dövlət müəssisələrinin və təsərrüfat subyektlərinin ümumi məbləği 100 milyard manatdan çox olan bütün borcları silinmişdir.

Yerlərdə döviət siyasətinin aparılmasını təmin etmək məqsədi ilə

9 ərazi kənd təsərrüfatı idarəsi yaradılmışdır. Kənd təsərrüfatı

istehsalının artımının təmin edilməsində meliorasiya-irriqasiya

sisteminin böyük rolunu nəzərə alaraq, hər il büdcədən bu sahəyə

150-160 milyard manat ayrılır.

Keçmiş kolxoz və sovxozların bütün təsərrüfatdaxili hidrotexniki qurğuları, kollektor-drenaj şəbəkələri, suvarma kanalları, subartezian quyuları Meliorasiya və Su Təsərrüfatı Komitəsinin balansına verilmiş, beləliklə, son dərəcə vacib olan bu infrastrukturu qoruyub saxlamaq mümkün olmuşdur.

Bu dövrdə həm də kənd təsərrüfatının və meliorasiya-irriqasiya sisteminin inkişafına xarici sərmayələr cəlb olunmasına dair tədbirlər görülmüşdür.

İndiyədək 6 nümunəvi təsərrüfatın yaradıimasına, fermerlərə kredit verilməsinə, respublikanın dağlıq ərazilərinin inkişaf etdirilməsinə, ərzaq təhlükəsizliyinə, aqrar-sənaye kompleksində struktur dəyişiklikləri aparılmasına, müxtəlif kənd təsərrüfatı texnikasının alınıb gətirilməsinə və digər işlərə təxminən 300 milyon dollara yaxın xarici sərmayə cəlb olunmuşdur.

Son 5 ildə kənd təsərrüfatı istehsalının real artımı 51 faiz olmuşdur. Pambıq, tütün və üzüm istisna olmaqla, bütün digər bitkiçilik məhsulları istehsalında mühüm artım müşahidə edilir. Taxıl istehsalı 1997-ci ildəki 1 milyon tondan 2002-ci ildə 2,2 milyon tona, kartof 214 min tondan 700 min tona, tərəvəz-bostan məhsulları 620 min tondan 1 milyon 300 min tona çatmışdır. Mal-qaranın və quşların sayının artması ilə yanaşı, diri çəkidə ət istehsalı 53 faiz, süd - 32 faiz və yumurta - 18 faiz artmışdır.

4. Sərmayələr və xidmət sahələrinin inkişafı

Hörmətli millət vəkilləri!

Ölkədə aparılan investisiya siyasəti iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Bu siyasət xarici və yerli sərmayələrin cəlb olunması üçün ən əlverişli hüquqi və təşkilati şərait yaradılmasını nəzərdə tutur.

1998-2002-ci illərdə Azərbaycan iqtisadiyyatına bütün malıyyə mənbələri üzrə 39,1 trilyon manat və ya 8,9 milyard dollar həcmində sərmayə yönəldilmişdir. Hər il orta hesabla 7,8 trilyon manat (1,8 milyard dollar) və ya adambaşına 224 dollara qədər sərmayə qoyulmuşdur. Azərbaycan bu göstəriciyə görə nəinki MDB olkələrini, həm də Şərqi Avropanın bəzi ölkələrini geridə qoymuşdur.

Daxili maliyyə mənbələri hesabına sərmayələr 2002-ci ildə 1997-ci ildəkindən 1,6 dəfə, o cumlədən dövlət kapital qoyuluşu hesabına - 2,2 dəfə, müəssisələrin maliyyə vəsaiti hesabına - 1,6 dəfə, yerli şəxsi sərmayəçilərin hesabına isə - 1,5 dəfə artmışdır.

Xarici investisiyalarin ümumi həcmi 6,5 milyard dollar təşkil etmiş və əsasən mühüm istehsal sahələrinin inkişafına yönəldilmişdir.

Qeyri-neft sektorunda 30-dək iri mühüm istehsal təyinatlı və infrastruktur obyekti, habelə çoxlu sayda yaşayış, təhsil, səhiyyə, mədəniyyət və idman obyekti istifadəyə verilmişdir.

1998-ci ildə işğaldan azad olunmuş və hərbı əməliyyatlar nəticəsində zərər çəkmiş 15 rayonun ərazilərinin bərpası və yenidən qurulmasının strateji prinsiplərini əks etdirən "Bərpa Proqramı " qəbul edilmişdir.

Hazırda Avropa Birliyi, BMT, Dünya Bankı, İslam İnkişaf Bankı, donor ölkələr və Azərbaycan hökuməti tərəfindən "Bərpa Proqramı " çərçivəsində 55,7 mln. dollar məbləğində bərpa İşləri yerinə yetirilmiş, o cümlədən 3845 yaşayış evi, 72 məktəb, 8 xəstəxana, 32 tibb məntəqəsi, bir sıra enerji təchizatı, irriqasiya və içməli su obyektləri bərpa edilərək istifadəyə verilmişdir.

1999-2000-ci illərdə Füzuli, Goranboy və Xanlar rayonlarının 2 milyon kvadratmetrdən çox ərazisi minalardan təmizlənmişdir.

Nəqliyyat kompleksində də əsaslı dəyişikliklər baş vermişdir. Bu prosesin başlanğıcı Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmiş və tarixi Böyük İpək yolunun bərpasına həsr edilmiş beynəlxalq konfransla qoyulmuşdur. Konfransın işinin yekunlarına əsasən, çoxtərəfli saziş imzalanmış və Bakıda Hökumətlərarası Daimi Katiblik fəaliyyətə başlamışdır.

Görülmüş tədbirlər nəticəsində 1998-2002-ci illərdə tranzit və yerli yükdaşımalarının həcmi təxminən 2 dəfə artaraq, 2002-ci ildə 98 milyon ton olmuş, o cümlədən Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi ilə 33 milyon ton yük daşınmışdır.

Dəmir yolu nəqliyyatında TRASEKA proqramı çərçivəsində Poylu-Salahlı və Tovuz-Qovlar körpüləri və Biləcəri buxarla yuma stansiyası bərpa olunmuşdur.

2002-ci ildə illik istehsal gücü 350 min ədəd olan dəmir-beton şpallar zavodu istifadəyə verilmişdir.

Dəmir yolu ilə təkcə 2002-ci ildə 17,5 milyon ton yük daşınmışdır ki, bu da 1997-ci ildəkindən 5,5 milyon ton çoxdur.

Avtomobil nəqliyyatında qeyri-dövlət sektorunun yükdaşımalarda payı 55 faizə, sərnişin daşınmasında isə təxminən 90 faizə çatmışdır.

2000-ci ildə ümumi dəyəri 36,5 milyon dollar olan layihə üzrə Ə!ət-Qazıməmməd avtomobil yolunun yenidən qurulmasına başlanmışdır və obyekt yaxın aylarda təhvil veriləcəkdir. Büdcə vəsaitləri hesabına son beş ildə 780 kilometr uzunluğunda avtomobil yolu, 14 körpü əsaslı təmir edilmişdir.

Hava nəqliyyatında da müsbət dəyişikliklər baş vermişdir.

Bakı aerovağzal kompleksinin tikintisinin başa çatdırılması ilə yanaşı, müasir naviqasiya sistemi və meteoroloji xidmət üçün avadanlıq alınıb quraşdırılmış, uçuşları idarəetmə sistemi yenidən qurulmuş, təyyarə parkı genişləndirilmişdir.

Yüksək ixtisaslı kadrlar hazırlamaq üçün Milli Aviasiya Akademiyası yaradılmışdır.

"Azərbaycan Hava Yolları" Dövlət Konserni Beynəlxalq Mülki Aviasiya Təşkilatının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tam hüquqlu üzvü olmuşdur.

Dəniz nəqliyyatı ilə 46 milyon ton, o cümlədən, 1997-ci ildəki 7,5 milyon tona qarşı, 2002-ci ildə 11,4 milyon ton yük daşınmışdır.

Bakı metropoliteni sərnişin daşınmasında mühüm sosial rol oynayır. Görülmüş tədbirlər nəticəsində metronun yeni "Həzi Aslanov" stansiyası istifadəyə verilmiş, 35 ədəd təzə vaqon alınmışdır. Metropolitenin inkişafı və yeni vaqonlarla təchizatı ilə bağlı işlər bu il də, gələcəkdə də davam etdiriləcəkdir.

Yeri gəlmişkən bu müddətdə metroda gediş haqqı dəyişməyib və indi də 250 manatdır. Bu maya dəyərindən 4,5 dəfə aşağı olduğuna görə dövlət əhalinin metrodan istifadəsi üçün hər il 14-15 milyard manat subsidiya ayırır.

Ötən beşillikdə rabitə və telekommunikasiya sistemi xeyli inkişaf etmişdir. Sahənin inkişafına 217 milyon dollardan çox xarici və büdcədənkənar sərmayə yönəldilmişdir.

Bakı şəhərlərarası yerli və beynəlxalq telefon stansiyalarının tutumu artırılmış və ölkənin müxtəlif bölgələrində 67 min nömrəlik avtomat telefon stansiyaları istifadəyə verilmişdir. Elektron ATS-lərin xüsusi çəkisi 1997-ci ildəki 7 faizdən 2002-ci ildə 41 faizə çatmışdır.

Bakı ilə Naxçıvan Muxtar Respublikası arasında peyk telefon rabitəsi yaradılmış, bölgənin şəhər və kənd telefon rabitəsi yenidən qurulmuşdur.

1999-cu ildə Azərbaycanın ərazisindən 1000 kilometrdən çox beynəlxalq fiber-optik kabel çəkilmişdir. Bu, əlavə olaraq 2290 daxili və 210 beynəlxalq kanal açmağa imkan vermişdir.

1996-cı ildə hər 100 ailədən 40-nın, indi isə 57-sinin mənzilində telefon vardır, mobil telefon abonentlərinin sayı 800 mini ötmüşdür.

2002-ci ildə rabitə, telekommunikasiya və poçt vasitələri tərəfindən əhaliyə 933 milyard manat məbləğində müxtəlif xidmətlər göstərilmişdir ki, bu da 1997-cü ilə nisbətən 2,4 dəfə çoxdur.

Əhalinin ödəmə qabiliyyətinin artırılmasını təmin etmək sahəsində görülmüş tədbirlər nəticəsində daxili mal dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1,7 dəfə artmış və 2002-ci ildə 16 trilyon manatdan çox olmuşdur.

Pul məsrəflərinin strukturu göstərir ki, gündəlik tələbatın təmin edilməsi və məcburi ödənişlərin verilməsi ilə yanaşı, əhalinin əmanətlərə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və mədəni tədbirlərə daha çox vəsait yönəltmək imkanı yaranmışdır.

Mal dövriyyəsinin strukturunda qeyri-ərzaq mallarının payının 1997-ci ildəki 29 faizdən hazırda 33 faizə çatması müsbət hal kimi qiymətləndirilməlidir.

5. Sosial siyasət

Hörmətli millət vəkilləri!

Makroiqtisadi sabitləşdirmə və iqtisadiyyatın dinamik inkişafı sahəsində yuxarıda göstərilən uğurlar ölkə vətəndaşlarının yaşayış səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsini təmin etməyə imkan vermişdir. Bu işdə dövlətimizin başçısı möhtərəm Heydər Əliyevin məqsədyönlü əməyini xüsusi qeyd etmək lazımdır. Onun bütün Fərmanları, Sərəncamları və tapşırıqları son nəticədə Azərbaycan vətəndaşlarının maddi vəziyyətinin durmadan yaxşılaşdırılmasına yönəlmişdir.

Bütünlükdə respublika üzrə əhalinin real pul gəlirləri 1,8 dəfə artaraq, 2002-ci ildə 20,3 trilyon manat və ya orta hesabla adambaşına 2,6 milyon manat təşkil etmişdir. Yəni, əhalinin aylıq pul gəlirləri 1997-ci ildəki 136 min manatdan 2002-ci ildə 217 min manata çatmışdır.

Respublika üzrə orta aylıq əmək haqqı 1 997-ci ildəki 146 min manatdan 2002-ci ildə 315 min manata çatmış və ya 2,2 artmışdır. Ötən il qeyri-dövlət sektorunda orta əmək haqqı 650 min manat olmuşdur ki, bu da dövlət sektoruna nisbətən 3,2 dəfə çoxdur. İqtisadiyyatda işləyənlərin 68 faizinin qeyri-dövlət sektorunda çalışdığını nəzərə alsaq, bu şübhəsiz ki, müsbət hal sayılmalıdır.

Pensiya və müavinətlərin orta aylıq səviyyəsi 2,1 dəfə artaraq, 2002-ci ilin sonunda 93,2 min manat təşkil etmişdir, onların vaxtında verilməsi təmin olunur.

Pensiya təminatı sistemini yenidən qurmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2001-ci ildə Pensiya islahatı konsepsiyası təsdiq olunmuşdur. Bu konsepsiya pensiyaların minimal həddinin təmin edilməsini, sosial sığortanın səviyyəsinin pensiya ödənişlərinə yaxınlaşdırılmasını, işləyənlərin fərdi uçotu sisteminin yaradılmasını və pensiyaların təyin edilməsində avtomatlaşdırılmış sistemin tətbiqini nəzərdə tutur.

Bu ilin əvvəlində “2003-2005-ci illər üçün yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur. Həmin proqram məşğulluq probleminin həllinin təmin olunmasına, minimum əmək haqqının yaşayış minimumu səviyyəsinə çatdırılmasına, əhalinin sosial və kommunal-məişət xidmətlərindən istifadə imkanın yaxşılaşdırılmasına, yoxsulluğu doğuran səbəblərin aradan qaldırılmasına yönəldilmiş 225-dən çox məqsədli tədbirin həyata keçirilməsini nəzərdə tutur.

Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri də bu Dövlət Proqramının uğurla həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Hörmətli millət vəkilləri!

Bizim sosial siyasətimizdə Ermənistanın təcavüzü nəticəsində yaranmış qaçqınların və məcburi köçkünlərin problemləri xüsusi yer tutur.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev bu problemlərin həlli ilə gündəlik məşğul olmaqla yanaşı qaçqın və məcburi köçkünlərin güzəranına da daim diqqət və qayğı göstərir.

Qaçqınların və məcburi köçkünlərin maddi vəziyyətini və yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə 7 qanun, Azərbaycan Respublikası Prezidentinin 18 Fərman və Sərəncamı, Nazirlər Kabinetinin 49 qərar və sərəncamı qəbul olunmuşdur.

1998-ci ildə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Komissiyası, 1 999-cu ildə isə Məcburi köçkünlərin sosial inkişaf Fondu yaradılmışdır. Bu Fonda Dünya Bankı tərəfindən 10 milyon dollar kredit ayrılmışdır.

Qaçqınların və məcburi köçkünlərin ehtiyacları üçün büdcədən 692 milyard manat, o cümlədən təkcə 2002-ci ildə təxminən 200 milyard manat ayrılmışdır ki, bu da 1997-ci ilə nisbətən 3 dəfə çoxdur.

Məcburi köçkünlərə göstərilən kommunal və digər xidmətlərin bütün xərclərini dövlət öz üzərinə götürmüşdür. Təkcə 2002-ci ildə bu xərclər 71 milyard manat təşkil etmişdir. İş yerlərini itirmiş 12 min nəfər məcburi köçkünə orta aylıq əmək haqqı ödənilir.

Azərbaycan Respublikası Prezidentinin üç Fərmanı ilə Goranboy, Ağdam, Füzuli, Biləsuvar və respublikanın 28 digər şəhər və rayonlarının ərazisində 6741 qaçqın və məcburi köçkün ailəsinin yerləşdirilməsi üçün yaşayış evlərinin, sosial obyektlərin tikilməsinə Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılmışdır. Həmin qəsəbələrin tikintisi bu ilin mart-aprel aylarında başa çatacaqdır. Bununla bağlı Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi tamamilə ləğv ediləcəkdir. Artıq 900-ə qədər ailə Goranboy və Ağdam rayonlarındakı yeni qəsəbələrə köçürülmüşdür və bu iş indi də davam etdirilir. Yeni qəsəbələrə köçən məcburi köçkün ailəsinə həyətyanı, həm də kənd təsərrüfatı işləri ilə məşğul olmaq üçün 1 hektar torpaq sahəsi verilir.

Hesabat dövründə təhsil sisteminin idarə olunmasının təkmilləşdirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə 4,2 trilyon manat ayrılmışdır ki, bu da bütün büdcə xərclərinin 23 faizini təşkil edir.

Ölkənin müxtəlif bölgələrində 50 yeni ümumtəhsil məktəbi tikilmiş, 34 məktəbəqədər müəssisə yaradılmış və 100-dən çox məktəbdə təmir-bərpa işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 2003-2007-ci illəri əhatə edən məqsədli Proqram təsdiq edilmişdir,

Dünya Bankının ekspertləri ilə birlikdə ümumtəhsil sistemində "İslahatlar proqramı" hazırlanmışdır. Həmin layihə çərçivəsində hazırda 20 nümunəvi ümumtəhsil məktəbində, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi nəzərə alınmaqla, eksperiment aparılır.

Ümumtəhsil məktəbləri şagirdlərinin müasir dərsliklərlə təmin olunması üçün dövlət büdcəsindən 20 milyard manatdan çox vəsait ayrılmışdır.

Ötən dövr ərzində elmin inkişafı və onun idarəetmə sisteminin

təkmilləşdirilməsi istiqamətində müvafiq işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə respublikada elmi-texniki siyasəti həyata keçirmək, elmi tədqiqatları əlaqələndirmək səlahiyyətləri Milli Elmlər Akademiyasına həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikasında Milli Elmlər Akademiyasının bölməsi yaradılmışdır.

Elmi-texniki araşdırmaların səmərəsini artırmaq və ölkə üçün aktual olan müasir prioritettəri müəyyənləşdirmək məqsədilə elmi istiqamətlərə yenidən baxılaraq bir sıra qurumlar ləğv edilmiş, yeni tələblərə uyğun elmi-tədqiqat institutları yaradılmışdır.

Ölkənin elmi potensialını qoruyub saxlamaq, elmin maddi-texniki bazasını yaxşılaşdırmaq üçün son beş ildə elmin inkişafına büdcədən ayrılan vəsait 1,6 dəfə artaraq, 223 milyard manat təşkil etmişdir.

1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə səhiyyə sistemində islahatlar üzrə Dövlət Komissiyası yaradılmışdır. Ölkə əhalisinin kompleks şəkildə sağlamlaşdırılmasına dair proqramlar hazırlanmış və həyata keçirilir.

Nəzərdən keçirilən dövrdə dövlət büdcəsinin, büdcədənkənar fondların, Dünya Bankının və Yaponiya hökumətinin vəsaitləri hesabına Respublİka kliniki xəstəxanası tikilib istifadəyə verilmiş, "Respublika artroloji mərkəzi"nin, Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun, 2 nömrəli Uşaq klinik xəstəxanasının, "Ailə sağlamlıq mərkəzi"nin, 5 nömrəli doğum evinin və digər tibb müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. 300-dən çox tibb müəssisəsində cari və əsaslı təmir işləri aparılmışdır.

Beş il ərzində mədəniyyət sahəsinə büdcədən ayrılan vəsait 1,7 dəfə artmışdır. Hökumət mədəniyyət obyektlərinin yenidən qurulmasına, bərpasına, əsaslı və cari təmirinə 40 milyard manatdan çox vəsait yönəltmişdir. Bunların sırasında Bakıda filarmoniya, musiqili komediya, dram və opera teatrları, Naxçıvanda filarmoniya, Gəncədə dram teatrı və digərləri vardır.

Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış sazişə uyğun olaraq, Bakıda Şirvanşahlar sarayı kompleksində, Naxçıvan Muxtar Respublikasında Mömünə xatın və Qarabağlar türbələrində, habelə Şəki xanlarının sarayında bərpa işlərinə 8,9 milyon dollar kredit ayrılmışdır.

Xarici ölkələrlə və müvafiq beynəlxalq təşkilatlarla mədəni əlaqələr əhəmiyyətli dərəcədə inkişaf etmişdir. 2002-ci ildə respublikamız Abidələrin Bərpası, Konservasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinin üzvü olmuşdur.

Azərbaycanın tarixində ilk dəfə olaraq, Şirvanşahlar sarayı kompleksi və Qız qalası da daxil olmaqla, İçərişəhər Dövlət tarix-memarlıq kornpleksi YUNESKO-nun «Dünya mədəni irsi» siyahısına daxil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin «Dövlət gənclər siyasəti haqqında” Fərmanının icrasını təmin etmək üçün Nazirlər Kabineti dörd məqsədli proqram təsdiq etmiş və onlar həyata keçirilir.

Son illərdə millət vəkili, Yeni Azərbaycan Partiyası Sədrinin 1-ci müavini, Milli Olimpiya Komitəsinin Prezidenti, qürur hissi və fəxrlə qeyd etmək istəyirəm ki, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü hörmətli İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə müasir olimpiya idman kompleksləri tikilib istifadəyə verilmiş və digər bölgələrdə də belə obyektlərin tikintisi davam edir. 1951-ci ildən istifadədə olan Tofiq Bəhramov adına Respublika stadionu yenidən qurulmuşdur.

Yaradılan şərait Azərbaycanda bədən tərbiyəsi və idmanın daha yüksək səviyyəyə qaldırılmasını, onun kütləvi xarakter almasını və gənclərin sağlam həyat tərzinə üstünlük verməsini təmin edir.

Hazırda 2002-2005-ci illər üçün Azərbaycanda turizm sahəsinin inkişafının Dövlət proqramına uyğun olaraq, bölgələrdə turizm zonalar və marşrutları müəyyən edilmiş, turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər aparılır.

2001-ci ildə Azərbaycan Dünya Turizm Təşkilatının tam hüquqlu üzvü olmuşdur.

Ekologiya sahəsində ətraf mühitin qorunmasının gücləndirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində də müəyyən işlər görülmüşdür.

1998-ci ildə ətraf mühitin qorunması sahəsində Milli fəaliyyət planı hazırlanmışdır. Həmin planda meşələrin, bioloji növlərin bərpası və səmərəli istifadə olunması, vəhşi və kökü kəsilməkdə olan canlıların qorunub saxlanılması və sayının artırılması sahəsində işlərin əsas istiqamətləri müəyyənləşdirilmişdir.

Ekzogen proseslərə məruz qalan zonaların öyrənilməsi davam etdirilir. Bu məqsədlə 2002-ci ildə Respublika Seysmoloji Xidmət Mərkəzinə 7,8 milyard manatlıq müasir avadanlıq və cihazlar alınmış, habelə ölkənin müxtəlif bölgələrində yeni 12 seysmik stansiya tikilmişdir.

Baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün ölkənin müxtəlif bölgələrində yaradılan ixtisaslaşdırılmış dəstələrin təchizatı üçün 9,3 milyard manatlıq zəruri avadanlıq və maşın-mexanizmlər alınmışdır.

6. Xarici iqtisadi əlaqələr

Hörmətli millət vəkilləri!

Ölkənin sürətli sosial-iqtisadi inkişafı Azərbaycanın nisbətən qısa müddətdə dünya iqtisadi sisteminə daxil olmasını təmin etməyə imkan vermişdir. Möhtərəm Heydər Əliyevin dünyanın aparıcı ölkələrinin rəhbərləri arasındakı yüksək nüfuzu, dünya birliyində müstəqil Azərbaycan Respublikasının imicinin daim artırılması yönündə səmərəli fəaliyyəti, bir çox dövlətlərin, beynəlxalq təşkilatların və iri xarici şirkətlərin Azərbaycanla sıx əməkdaşlığa maraq göstərməsinə səbəb olmuşdur.

Azərbaycan 1997-ci ildə dünyanın 84, indi isə 128 ölkəsi ilə ticarət münasibətləri qurmuşdur. Xarici ticarət dövriyyəsi son beş ildə 14 milyard 138 milyon dollar olmuşdur. O cümlədən, təkcə 2002-ci ildə 3 milyard 833 milyon dollar təşkil etmişdir ki, bu da 1997-ci ildəkindən 2,4 dəfə çoxdur. Xarici ticarət dövriyyəsinin müsbət saldosu təxminən 1 milyard 400 milyon dollar olmuşdur ki, bu da ölkəmizin xarici ticarət fəaliyyətinin səmərəli olduğunu göstərir.

Bu dövrdə beynəlxalq maliyyə-bank təşkilatları və donor ölkələrlə əməkdaşlıq da intensiv inkişaf etmişdir.

Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Avropa Yenidənqurma və İnkişaf Bankının, İslam İnkişaf Bankının, Küveyt İqtisadi İnkişaf Fondunun, Avropa Komissiyasının, Asiya İnkişaf Bankının, Yaponiya İqtisadi Əməkdaşlıq Bankının, habelə bir sıra hökumətlərin verdiyi kreditlər 50-dən çox layihə və proqramın maliyyələşdirilməsi üçün istifadə olunmuşdur. Bu layihə və proqramlar əsasən iqtisadiyyatın infrastrukturunun, kənd təsərrüfatının, bəzi sənaye müəssisələrinin və həyat əhəmiyyətli dıgər obyektlərin inkişaf etdirilməsi ilə bağlıdır.

Hazırda Azərbaycan Respublikası təxminən 40 beynəlxalq siyasi, iqtisadi, maliyyə-bank, mədəni, humanitar təşkilatın tam hüquqlu üzvüdür, dünyanın 15 aparıcı dövləti və beynəlxalq təşkilatları ilə əməkdaşlıq üzrə komissiyalar və işçi qrupları yaradılmışdır.

Müstəqil Dövlətlər Birliyinin üzvü kimi Azərbaycan 30 dövlətlərarası, 150-dən çox hökumətlərarası və idarələrarası saziş imzalamışdır.

Hörmətli millət vəkilləri!

Əldə edilmiş uğurlarla yanaşı, ölkəmizdə hələ də bir sıra problemlər mövcuddur.

Onlardan:

- qeyri-neft sektorunu və regionları hərtərəfli inkişaf etdirməklə işsizlik səviyyəsinin aşağı salınmasını,

- kommunal sahədə islahatların sürətləndirilməsini, ödəməmələr və dolayı subsidiyaların aradan qaldırılmasını,

- kənd təsərrüfatı istehsalında emal və servis xidməti şəbəkəsinin genişləndirilməsini,

- zəruri infrastruktur obyektlərinin inkişafının təmin edilməsini və sairəni göstərmək olar.

Bu problemlərin ardıcıl, sistemli şəkildə həlli istiqamətində işlər davam etdirilir.

Hörmətli Sədr!

Hörmətli millət vəkilləri!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatında son beş ildə ölkəmizin iqtisadiyyatının bütün istiqamətlərində, sosial, elm, mədəniyyət və xidmət sahələrində əldə edilmiş uğurlar haqqında Sizə konkret məlumatlar verildi.

Heç şübhəsiz ki, bütün bu nailiyyətlərimiz Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin adı ilə bağlıdır və bilavasitə onun rəhbərliyi ilə əldə edilmişdir.

Məlum olduğu kimi, 2003-cü il üçün dövlət büdcəsi vaxtında qəbul edilmiş, respublikanın sosial-iqtisadi inkişafının əsas parametrləri müəyyən olunmuş, lazımi qanunlar və digər normativ-hüquqi aktlar qəbul edilmişdir.

Bu ilin ilk aylarının yekunları belə deməyə əsas verir ki, möhtərəm Prezidentimiz Heydər Əliyevin müdrik rəhbərliyi altında əldə olunmuş inkişaf dinamikası 2003-cü ildə də davam edəcəkdir.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar

Zəngilan təkcə bölgənin deyil, böyük bir coğrafiyanın nəqliyyat mərkəzinə çevrilir - ŞƏRH

BNF-in Baş katibi: İnanıram ki, WUF13-də nəqliyyat və mənzil sektorlarına dair maraqlı müzakirələr aparılacaq

Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub

İsveç cinayətkarlıqla mübarizədə videonəzarəti gücləndirəcək

Makron Fransa və Britaniya hərbçilərinin Hörmüz boğazına yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir

Yunanıstan qədim Roma abidələrini bərpa edəcək

"Neftçi" İdman Klubu Türkiyə təmsilçisi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

Qazaxıstandakı Turqay geoglifləri dünyanın ən qədim abidələrindən biri hesab oluna bilər

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

Prezident İlham Əliyevin Şərqi Zəngəzurda müasir şəhərsalma və məskunlaşma siyasəti - ŞƏRH

Parisdə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsert keçirilib

İsveçdə saam maralçılığı ətrafında münaqişə kəskin hal alıb

Qazi Universitetinin tələbələrinə Heydər Əliyevin dövlətçilik irsi barədə danışılıb

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

Vyanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

İlyas Mirzəyev: Ümidvaram ki, əsərlərim azad olunmuş Qarabağda tezliklə ifa ediləcək

TASS Bakı taksi xidmətindən yazıb

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

Qazaxıstanlı velosipedçi: Ən çətin hissə üzü yoxuşa qalxmaq idi

Çin XİN: Si və Tramp ikitərəfli münasibətləri, dünya sülhünü və inkişafını müzakirə edəcəklər

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün Azərbaycan dövləti siyasi iradə nümayiş etdirir - ŞƏRH

Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru gələcəyin dayanıqlı inkişaf modeli əsasında qurur - ŞƏRH

"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb

Media: Yaxın Şərqdəki gərginlik fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti yaxın illərdə daha da artacaq

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsinin qalibi bəlli olub

Zərifə Əliyeva adına uşaq bağçasında Ulu Öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi - FOTOLAR

Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır

Türkiyə universitetlərində Azərbaycan filmləri nümayiş etdirilir

Tacikistanda buzlaqların əriməsi Mərkəzi Asiyanın su ehtiyatlarını azaldır

Sabah Bakıda 29 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

ÜST: Hantavirus epidemiyası riski çox azdır

La-Manş boğazında miqrantlara yardım edən ekipaj üzvləri irqçi davranışlarda ittiham olunur

Azərbaycan Kubokunda son 10 mövsümün rekordu qeydə alınıb

Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb

Aİ vətəndaşlar üçün vahid əmanət və investisiya hesabı təklif edir

BMT ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin riskləri barədə qənaətlərini bölüşüblər

Malayziyada Ulu Öndərin xatirəsinə həsr olunan ənənəvi şahmat turniri

Bu saata olan əsas xəbərlər

Ulu Öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda anılıb - FOTOREPORTAJ

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Qazaxıstan İndoneziyanın Avropa bazarlarına çıxış platformasına çevrilə bilər

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb

Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO

Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq

Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

FHN: Ötən həftə 32 nəfər xilas edilib

Oğuzda ADA Universitetinin layihə qalibləri mükafatlandırılıb

® bp Qarabağ layihəsi üzrə ƏMSSTQ sənədini ictimaiyyətlə müzakirə etmək üçün görüş keçirəcək

Brüsseldə vandalizm nəticəsində ictimai nəqliyyat şirkətinə 4 milyon avrodan çox ziyan dəyib

Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar VİDEO

FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar VİDEO

WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi konsert proqramı ilə yad edilib

Bu gün "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının ikinci mərhələsi başlayır

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib VİDEO

Çin “Tiencou-10” yük gəmisini orbitə göndərib VİDEO

Donald Trampın Çinə səfərinin tarixləri açıqlanıb

“İthaf”: Ümummilli Liderə musiqi ilə ehtiram

Bu gündən Rusiya vətəndaşları Səudiyyə Ərəbistanına vizasız səfər edə biləcəklər

Azərbaycan Könüllü Təşkilatları İttifaqı Heydər Əliyevin 103-cü ildönümünə silsilə tədbirlər həsr edib

Texasda yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edib

Prezident İlham Əliyevin Zəngilandakı çıxışı həm tarixi yaddaşın, həm də müasir siyasi kursun bir manifestidir- ŞƏRH

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqın qəlbində daim yaşayır

Qarabağ Azərbaycan iqtisadiyyatının inkişaf drayverlərindən birinə çevrilməkdədir - ŞƏRH

Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır

Sosial sorğu: Emmanuel Makronun reytinqi aşağı düşür, Milli Birlik Partiyası önə çıxır

Anar Eminov: Müasir universitetlərin gələcəyi yaşıl düşüncə, sağlam həyat tərzi və sosial məsuliyyət fəlsəfəsi üzərində formalaşır

Premyer Liqa: "Arsenal"dan vacib qələbə

“El Klasiko”: “Barselona” “Real Madrid”ə qalib gələrək çempion olub

Zəngilanın strateji mövqeyi onun mühüm nəqliyyat-logistika mərkəzinə çevriləcəyini göstərir - ŞƏRH

Əlcəzair Prezidenti Fransada müstəmləkəçiliyi müdafiə edənləri sərt tənqid edib

Tramp İranın sülh sazişi layihəsinə cavabını bəyənmədiyini açıqlayıb

Tarixin canlı yaddaşı: Heydər Əliyev və Azərbaycanın arxeoloji intibahı

Bakıda Heydər Əliyevin 103-cü ildönümü tatar diasporunun iştirakı ilə qeyd olunub

Rustavidə məktəblilər Ulu Öndərin abidəsini ziyarət ediblər

Qətərdə Heydər Əliyevin 103-cü ildönümü böyük ehtiramla anılıb

WUF13 Azərbaycan: Festivalın növbəti dayanacağı Xankəndi olub VİDEO

WUF13 Azərbaycan: Festivalın növbəti dayanacağı Xankəndi olub VİDEO

Balakəndə Ulu Öndər Heydər Əliyevə sevgi və ehtiram daim sonsuz olub VİDEO

Balakəndə Ulu Öndər Heydər Əliyevə sevgi və ehtiram daim sonsuz olub VİDEO

Ər-Riyadda Heydər Əliyevin zəngin dövlətçilik irsi yad olunub

Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır

Qazaxda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Yaddaşın zirvəsində – Keşikçidağda mədəni irsə səyahət VİDEO

Yaddaşın zirvəsində – Keşikçidağda mədəni irsə səyahət VİDEO

Azərbaycan xalqı yeni əsrə Heydər Əliyev zəkasının işığında qədəm qoyub

Zelenski: Rusiya iki gündür genişmiqyaslı hücumlar həyata keçirmir

Lənkəranda Heydər Əliyevin əziz xatirəsi yad olunub

Braziliyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan Avropa Həftəsində təmsil olunub

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Aktotı Raimkulova: Azərbaycan xalqının Ümummilli Lideri Türk dünyasının qəlbində əbədi yaşayacaq VİDEO

Aktotı Raimkulova: Azərbaycan xalqının Ümummilli Lideri Türk dünyasının qəlbində əbədi yaşayacaq VİDEO

Premyer Liqa: "Neftçi"dən asan qələbə

Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO