Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev humanizm və insanpərvərlik prinsiplərinə, azadlıq və demokratiya ideallarına inamını bir daha təsdiq edərək, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, hüququn aliliyinə və ədalətə əsaslanan cinayət-hüquq siyasətini həyata keçirərək, İkinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə amnistiyanın elan edilməsi məqsədi ilə qanunvericilik təşəbbüsü ilə çıxış etmişdir. Azərbaycan Respublikasının Milli Məclisi dövlət başçısının bu insanpərvər addımını dəstəkləyərək, 2003-cü il 6 may tarixdə amnistiya elan etmişdir.

Bu, son dövrdə qəbul edilmiş yeddinci amnistiya qərarı olmaqla, ölkə Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu sahəsində aparılan humanist siyasətin təzahürüdür.

Cinayət qanunvericiliyinin humanistləşdirilməsi, müasir standartlara cavab verən yeni Cinayət və Sinayət-Prosessual Məcəllələrinin qəbulu, bir çox əməllərin dekriminallaşdırılması, cinayətlərə görə müəyyən edilmiş sanksiyaların yüngülləşdirilməsi, Azərbaycan Respublikasının “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulması, ölkəmizin Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını tanıması, cəzaçəkmə müəssisələri sisteminin yenidən qurulmasının müasir və mütərəqqi penitensiar sistem çərçivəsində məhkumların islah olunmalarına müsbət təsiri və növbəti amnistiyanın elan edilməsi - bütün bunlar həmin siyasətin tərkib hissəsidir.

Amnistiya haqqında qərarın mahiyyəti və əhəmiyyətinin ictimaiyyətə çatdırılması üçün kütləvi informasiya vasitələrində geniş izahat işləri aparılmış, amnistiyanın icrasının vaxtında və düzgün yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Ali Məhkəməsi, Baş Prokurorluğu və amnistiyanı tətbiq edən digər orqanlar tərəfindən tədbirlər hazırlanıb həyata keçirilmiş, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və xüsusi müəssisələrdə məhkumlarla görüşlər keçirilmiş, azadlıqdan məhrumetmə yerlərindən azad olunan şəxslərin sosial reabilitasiyası məqsədi ilə müvafiq tədbirlər görülmüşdür.

Hazirda cəzaları icra edən orqanlar tərəfindən bu qərarın icrası üçün amnistiya aktında nəzərdə tutulmuş üç aylıq müddət başa çatmışdır. Aparılmış ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, bu müddət ərzində Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin müəssisələrində cəza çəkən 3206 şəxs cəzadan tam azad edilmişdir. 1929 məhkumun cəzası azaldılmış və ya daha yüngül cəza növü ilə əvəz edilmişdir. Bundan əlavə, azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalara məhkum olunmuş 5707 şəxs cəzadan azad edilmişdir. Təhqiqat, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən ibtidai araşdırma və məhkəmə baxışı mərhələsində olan işlər üzrə 2880 şəxsə amnistiya tətbiq edilmişdir.

Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin müəssisələrindən azad edilmiş məhkumlardan 2430 şəxs cəzaçəkmə müəssisələrindən, 776 şəxs isə xüsusi müəssisələrdən azad edilmişdir. Bunlardan azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi altı aydan artıq olmayan 1462 şəxs törətdikləri cinayətlərdən və amnistiya aktında nəzərdə tutulmuş məhdudiyyətlərdən asılı olmayaraq, cəzadan azad edilmişdir. Həmçinin, qəsdən cinayət törətdiklərinə görə 3 ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş 409 şəxsin cəzalarının çəkilməmiş müddətinin üçdə bir hissəsi azaldılmışdır. 1520 şəxsin azadlıqdan məhrumetmə cəzası azadlığın məhdudlaşdırılması və ya intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə əvəz edilmişdir.

Amnistiyanın tətbiqi nəticəsində intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkən 89 nəfər cəzalarından tam azad edilmişdir. Əsas və əlavə cəza kimi cərimə cəzasından azadetmə ilk dəfə olaraq məhkəmə nəzarətçiləri tərəfindən həyata keçirilərək, 3241 şəxs 4384 milyon manat məbləğində cərimədən azad edilmişdir.

Vətəndaşlıq borcunu tam dərk etməyərək, hərbi xidmət keçmə qaydası əleyhinə cinayət törətmiş 417 hərbi qulluqçu barəsində amnistiya tətbiq edilərək, onların Vətən qarşısında öz müqəddəs borclarını yerinə yetirmələrinə şərait yaradılmışdır.

Ümumiyyətlə, barələrində amnistiya tətbiq edilərək cinayət məsuliyyətindən və ya cəzadan azad edilmiş, cəzaları azaldılmış və ya daha yüngül cəza növü ilə əvəz edilmiş 13722 şəxs bu qərarın təsiri altına düşmüşdür.

Təhqiqat, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən “İkinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2003-cü il 6 may tarixli qərarının tətbiqi davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti əmin olduğunu bildirmişdir ki, amnistiya aktına əsasən, cinayət məsuliyyətindən və cəzadan azad olunmuş şəxslər öz vətəndaşlıq borcunu və vəzifələrini layiqincə yerinə yetirəcəklər, qanunlara hörmət ruhunda davranaraq, Vətənə və xalqa sədaqətlə xidmət edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir