AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
İclasda 15 oktyabr prezident seçkilərindən sonra respublikada yaranmış ictimai-siyasi vəziyyət, bəzi partiyaların Bakı şəhərində törətdiyi kütləvi iğtişaşlar, ölkə vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Təhlükəsizlik Şurasının iclasında çıxış edən respublika hüquq-mühafizə orqanlarının rəhbərləri və başqa Şura üzvləri son günlər yaranmış vəziyyət və görülmüş tədbirlər haqqında məlumat vermişlər.
Baş nazir İlham Əliyev Təhlükəsizlik Şurasının iclasına yekun vurmuş, Bakı şəhərində yaranmış gərginliyin aradan qaldırılması, ictimai asayişin təmin olunması, vətəndaşların təhlükəsizliyinin qorunması, həyati əhəmiyyət kəsb edən obyektlərin ahəngdar işinin təmin edilməsi üçün müvafiq dövlət qurumlarının rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.