RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Məsul vəzifəyə - Baş nazir vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən, ürəkdən təbrik edirəm. Biz Azərbaycan Respublikası prezidentinin növbəti seçkilərinə Sizin namizədliyinizin irəli sürülməsinə də şadıq.
Siz daha yaxşı həyat şəraiti yaratmaq xəttini ardıcıl surətdə aparan, öz həmvətənlərinə, sözün əsl mənasında, qayğı göstərən, yaradıcı və qurucular olan siyasətçilər və rəhbərlər kateqoriyasını təmsil edirsiniz. Azərbaycan xalqının rifahı naminə uğurlu fəaliyyətiniz mahaçqalalılara yaxşı məlumdur.
Dağıstanlılarla azərbaycanlıların talelərində oxşar cəhətlər olduqca çoxdur. Bizi bərəkətli Qafqaz torpağında birgə yaşayışın çoxəsrlik tarixi birləşdirir və bu, prinsipcə yeni tarixi reallıqların, mədəni-ideoloji və siyasi meyllərin, qardaş xalqlarımızın və dövlətlərimizin gələcəkdə qarşılıqlı münasibətlərinin və əməkdaşlığının inkişafının dərk edildiyinə inam yaradır.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, həyatda və Azərbaycan Respublikasının bütün vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Əminik ki, Siz Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin layiqli davamçısı olacaqsınız.
Sizə əmin-amanlıq və firavanlıq diləyirik!
Səid Əmirov
Mahaçqala Şəhər İcra Hakimiyyətinin
başçısı, Dağıstan Yerli Hakimiyyətlər İttifaqının sədri
Mahaçqala, 29 avqust 2003-cü il.