AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dost və qardaş Azərbaycan Respublikasının yeni Baş naziri təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Layiq görüldüyünüz bu müqəddəs işdə müvəffəqiyyət qazanmağınızın ən böyük diləyimiz olduğunu səmimi duyğularla ifadə etmək istəyirəm.
Hörmətli Prezidentimiz Zati-aliləri möhtərəm Heydər Əliyevin zəkasının işığında Azərbaycanı mütərəqqi dövlətlər səviyyəsinə gətirəcəyinizə və Qafqaz bölgəsində sülh və əmin-amanlıq yaradacağınıza olan inamım sonsuzdur.
“Alarko” şirkətlər qrupu olaraq, Azərbaycan iqtisadiyyatına töhfələr verəcək layihələri yaxından izləmək qərarımızı bir daha nəzərinizə çatdırmaq istəyirəm. Münasib bildiyiniz bir vaxtda Zati-alinizi Bakıda ziyarət etməyi arzulayıram.
Ən dərin hörmətlə,
İshak Alaton
“Alarko” şirkətlər qrupu İdarə
heyətinin sədri
İstanbul, 2 sentyabr 2003-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]