AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əminəm ki, iki ölkənin yeni hərtərəfli və dostluq münasibətləri cənab Heydər Əliyevin Prezidentliyi dövründə bünövrəsi qoyulduğu kimi, daha dinamik və yüksələn xətlə inkişaf edəcəkdir. İran İslam Respublikası - Azərbaycan Respublikası əlaqələrinin üfüqlərində ikitərəfli, regional və beynəlxalq əməkdaşlığın inkişafı üçün böyük potensial imkanlar açılacaqdır. Təbii ki, cənabınızın verəcəyi dəstək sayəsində yeni dövr münasibətlərimiz daha dinamik və güclü olacaqdır.
Sonda cənabınızı İran İslam Respublikasına səfərə dəvət etməklə, böyük Allahdan Sizə cansağlığı və günbəgün artan uğurlar, şərafətli Azərbaycan xalqına isə səadət və başucalığı diləyirəm.
Seyid Məhəmməd Xatəmi
İran İslam Respublikasının Prezidenti