AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə inandırıcı qələbəniz göstərdi ki, Azərbaycan xalqı ölkənin inkişafı üçün Sizin təklif etdiyiniz ölcülüb-biçilmiş proqramı və Azərbaycanın xarici siyasət xəttini dəstəkləyir.
Dövlətlərimizin mənafelərinin strateji uyğunluğunu, Rusiya ilə Azərbaycan arasında dostluğun və ənənəvi tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün əlverişli imkanlar olduğunu, bu yaxınlarda Yaltada keçirilən görüşdəki kimi, bir daha vurğulamaq istərdim. Bütün bunlar xalqlarımızın mənafelərinə cavab verir və Qafqaz regionunun təhlükəsizliyi və inkişafının vacib amilidir.
Fəal əməkdaşlığımıza və Heydər Əlirza oğlu ilə intensiv və səmərəli şəkildə apardığımız məzmunlu dialoqun davam etdiriləcəyinə ümid bəsləyirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə dövlət başçısı vəzifəsində məsul fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə xoşbəxtlik və tərəqqi arzulayıram.
Hörmətlə,
Vladimir Putin,
Rusiya Federasiyasının Prezidenti
Moskva, Kreml, 16 oktyabr 2003-cü il.