AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi hərarətlə və ürəkdən təbrik edirəm.
Prezident seçkilərində Sizin qələbəniz güzəştsiz mübarizədə, kəskin rəqabət şəraitində qazanılmışdır. Sizin Azərbaycan Prezidenti seçilməyiniz Prezident Heydər Əlirza oğlu Əliyevin apardığı siyasi xəttin Azərbaycan xalqı tərəfindən dəstəklənməsinin parlaq nümayişidir. Azərbaycan Respublikasına sabitliyi, inkişafı, əmin-amanlığı məhz onun siyasəti gətirmişdir. Onun təşəbbüsü ilə aparılmış islahatlar nəticəsində Azərbaycan demokratik quruculuq yoluna qətiyyətlə qədəm qoymuşdur, iqtisadiyyat yüksək sürətlə inkişaf edir. Azərbaycan Respublikası beynəlxalq aləmdə layiqli yerini tutmuşdur.
Azərbaycan xalqı Sizə bu xəttin layiqli davamçısı kimi səs vermişdir. Mən Heydər Əlirza oğlunun belə bir fikrinə tam və bütünlüklə şərikəm və dəstəkləyirəm ki, Siz yüksək intellektuallı, praqmatik təfəkkürlü, enerjili və təşəbbüskar şəxsiyyətsiniz, müasir dünya siyasətinə və iqtisadiyyatına yaxşı bələdsiniz. Əminəm ki, Prezident vəzifəsində fəaliyyətiniz Azərbaycan Respublikasına siyasi və sosial-iqtisadi inkişafda, Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı surətdə faydalı dövlətlərarası əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsində yeni uğurlar qazanmağa imkan verəcəkdir.
Prezident seçkilərində qələbə münasibətilə təbrik sözlərimə bütün işlərinizdə Sizə səmimiyyətlə uğurlar, möhkəm cansağlığı və firavanlıq arzuladığımı da əlavə edirəm. Əminəm ki, Sizin əsas nailiyyətləriniz hələ irəlidədir.
Sıx əməkdaşlıq edəcəyimizə və aramızda tam qarşılıqlı anlaşma olacağına ümid bəslədiyimi bildirirəm.
Səmimi hörmətlə,
Yuri Yarov,
MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi
16 oktyabr 2003-cü il.