AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi Gürcüstan Dövlət İdman Departamenti, ölkənin idman ictimaiyyəti, idman veteranları, olimpiya oyunları, dünya, Avropa çempionları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Sizə və Sizin simanızda bütün dostlarınıza və yaxın adamlarınıza, xeyirxahlarınıza və silahdaşlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və novatorluq planlarınızın həyata keçirilməsində uğurlar arzulayıram.
Mən ürəkdən əminəm və inanıram ki, ölkələrimizin xalqlarını bir-birinə bağlayan çoxəsrlik dostluq daha da möhkəmlənəcək, işgüzar əlaqələr və qardaşcasına əməkdaşlıq isə genişlənəcək və inkişaf edəcəkdir.
İdman və olimpiya hərəkatı sahəsində əlaqələrimizin genişlənəcəyinə ümid bəslədiyimi xüsusi qeyd etmək istəyirəm.
Sizi bir daha təbrik edirəm, Sizə və Azərbaycan xalqına hər cür firavanlıq və buludsuz səma arzulayıram.
Hörmətlə və səmimiyyətlə Sizin,
İrakli Medzmariaşvili,
Gürcüstan Dövlət İdman Departamentinin sədri.
Tbilisi, 17 oktyabr 2003-cü il.