AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Əminik ki, son illər fəal inkişaf edən Rusiya-Azərbaycan münasibətləri milli, regional və qlobal səviyyədə təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət də daxil olmaqla, bütün istiqamətlərdə əlaqələrin dərinləşməsi üçün yeni təkan alacaqdır.
Bu istiqamətdə dövlətlərimizin siyasətində mövcud olan müsbət dinamikanın və varisliyin qorunub saxlanması xalqlarımız arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, dinc və yaradıcı əmək üçün şəraitin formalaşmasına kömək edəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayırıq.
Hörmətlə,
Vladimir Ruşaylo
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi
Moskva, 17 oktyabr 2003-cü il.