AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanlı qardaşlarımızın böyük sevgisi nəticəsində qazandığınız prezident seçkisi zəfərini yalnız demokratiyanın və ölkənizin xeyrinə yozmaq düzgün deyildir. Çünki Zati-alinizi böyük səs çoxluğu ilə seçən azərbaycanlı qardaşlarımız atanız, Zati-aliləri möhtərəm Prezident Heydər Əliyevin qoyduğu işıqlı yolu davam etdirməkdə qərarlı olduqlarını göstərmişlər. Sizi təbrik edirik. Azərbaycanlı qardaşlarımızı təbrik edirik.
Böyük Atatürk Cümhuriyyətimizin 10-cu ildönümündə, yəni vəfatından 5 il qabaq Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında demişdi: “Mənim fani vücudum, əlbəttə ki, bir gün torpaq olacaqdır. Amma Türkiyə Cümhuriyyəti əbədiyyətə qədər mövcud olacaqdır”.
Türk milləti böyük Atatürkdən sonra onun qurduğu Cümhuriyyəti və yaratdığı əsərləri necə yaşatmışsa, bu seçkilərdə azərbaycanlı qardaşlarımız da Zati-alinizi seçməklə Heydər Əliyevi və əsərlərini yaşatmağa qərarlılığını ortaya qoymuş və bir bayram əhval-ruhiyyəsi içində seçimlərini etmişlər.
Böyük bayramınızı təbrik edir, Azərbaycan Respublikasının Prezidenti və Mərmərə Qrupu Vəqfinin fəxri sədri Zati-aliləri Heydər Əliyevə də şəfa diləyir, bu bayram günündə ona ən səmimi arzularımızı yetiririk.
Təbriklərimizi ərz edərkən ailənizə xoşbəxtlik, azərbaycanlı qardaşlarıma səadət arzulayıram.
Ən dərin hörmətlə,
Doktor Akkan Suvər,
Mərmərə Qrupu Strateji və Sosial
Araşdırmalar Vəqfinin sədri.
17 oktyabr 2003-cü il.