Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİ GENERAL-POLKOVNİK SƏFƏR ƏBİYEVİN MƏRUZƏSİ

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Cənab generallar, zabitlər və kursantlar!

Hörmətli mərasim iştirakçıları!

Bu gün biz burada, bu möhtəşəm sarayda Silahlı Qüvvələrimizin həyatında əlamətdar bir hadisəni, Cəmşid Naxçıvanski adına hərbi litseyin 30 illik yubileyini qeyd edirik. Mən hər şeydən əvvəl istərdim ki, bu əlamətdar bayram münasibətilə mərasim iştirakçılarını, bütün xalqımızı təbrik edim. Çünki bu yubiley yalnız litsey məzunlarına, bu gün orada təhsil alanlara və çalışanlara aid deyildir. Bugünki bayram xalqımızın arzu və iradəsinə əsaslanan, o zaman respublikaya rəhbərlik edən möhtərəm Prezidentimiz Heydər Əliyevin müdrik siyasətinin əməli təntənəsidir. Bu bayramı bizə bəxş etdiyinə görə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab Heydər Əliyevə Silahlı Qüvvələrin şəxsi heyəti adından dərin minnətdarlığımı bildirirəm.

Çünki cənab Heydər Əliyev müasir tariximizdə yeni səhifə olan bu litseyin yaradıcısı olmaqla bərabər, həm də bugünki təntənənin təşəbbüskarıdır. Məhz onun 2002-ci il 19 noyabr tarixli Sərancamı ilə Cəmşid Naxçıvanski adına hərbi litseyin 30 illik yubleyi respublika miqyasında qeyd olunur. Başlanan işin uğurlu nəticəsini görmək hər bir insanın arzusu və təbii istəyidir. Bu mənada yubleyini qeyd etdiyimiz litseyin yaradılmasını cənab Heydər Əliyevin xalqımız üçün gördüyü əzəmətli işlərdən birinin böyük nəticəsi kimi dəyərləndirmək olar. Çünki Sovet rejiminin ən güclü vaxtlarında milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına başlamaqdan ötrü böyük iradə, cəsarət, ardıcıllıq və uzaqgörənlik tələb olunurdu. Xalqımızın arzusundan, istəyindən, milli hərbi ənənələri davam etdirməsi zərurətindən doğan bu ağır işi başlamaq asan deyildi. 30 ildir ki, xalqımız Heydər Əliyevin uzaqgörənliyinin, Heydər Əliyevin zəhmətinin tarixi nəticələrinin sevinci ilə yaşayır. İllər keçdikcə bu təhsil ocağının xalqımız və ölkəmiz üçün böyük əhəmiyyəti daha da aydınlaşacaqdır. Onun yaradıcısının adı bu litseyin hər bir uğuru ilə qoşa çəkiləcəkdir. Mən bütün bunlara görə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevə bir daha dərin minnətdarlığımı bildirirəm. Cəmşid Naxçıvanski adına hərbi litseyin 30 illik yubleyi münasibətilə möhtərəm Prezidentimizi təbrik edirəm. Eləcə də bu məktəbin formalaşmasında əməyi olmuş yurddaşlarımızı, litseydə təhsil alan övladlarımızın valideynlərini təbrik edirəm.

Hörmətli mərasim iştirakçıları!

Milli zabit kadrlarının hazırlanması hər bir xalq üçün strateji əhəmiyyət kəsb edən bir məsələdir. Milli hərbi kadrlar olmadan öz xalqına, dövlətinə etibarlı, konstitusiyadan irəli gələn vəzifələrin icrası üçün sədaqət nümayiş etdirən ordu yaratmaq mümkün deyildir. Ordu elə bir qurumdur ki, onun yaradılmasında qabaqcıl dünya təcrübəsi milli dəyərlərlə vəhdət təşkil etməlidir. Belə hərbçilərin yetişdirilməsi isə məqsədyönlü iş, ardıcıl şəkildə həyata keçirilən siyasət tələb edir.

Zabit peşəsi şərəfli olduğu qədər də ağırdır. Bu peşəyə yiyələnmək üçün təkcə fiziki cəhətdən yox, həm də daxilən, mənəvi cəhətdən hazır olmaq lazımdır. Zabit olmaq istəyən şəxs özünü buna uzun müddət hazırlamalıdır. Cəmşid Naxçıvanski adına hərbi litseyin fəaliyyətinin başlıca dəyərlərindən biri də budur.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Cəmşid Naxçıvanski adına hərbi litseyin 30 illik yubileyi haqqında imzaladığı Sərəncamda Azərbaycanda milli hərbi kadrların hazırlanması tarixinin mənzərəsi öz əksini tapmışdır. Orada deyildiyi kimi, Azərbaycan xalqının çox zəngin hərbi tarixi vardır. Ən qədim zamanlardan bəri xalqımızın arasından çıxmış çoxlu sayda hərbi istedadlar, sərkərdələr tariximizdə özünə əbədi yer tapmışdır. Lakin XIX əsrdə Şimali Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi ilə xalqımızın ordu saxlamasına qadağa qoyuldu. Mövcud olan hərbi strukturlar buraxıldı, əyalət xalqı kimi baxılan azərbaycanlılara silah etibar edilməsi də təhlükəli sayıldı. Yəni xalqımızın malik olduğu hərbi ənənələrin unudulmasına cəhd göstərildi. Yalnız çox az sayda olan yurddaşlarımız Rusiyanın hərbi məktəblərində təhsil almaq imkanı qazandı və onlar çar Rusiyası ordusunun tərkibində xalqımızın hərbi sahədə nəyə qadir olduğunu bacarıqla nümayiş etdirdilər. Rusiyada çar hakimiyyətinin süqutundan sonra xalqımızın varlığını qorumaq, onun başı üzərinə almış təhlükəni sovuşdurmaq üçün silah işlətməyi, müdafiə işini təşkil etməyi bacaran hərbçilərin hazırlanmasına cəhd göstərildi. Bunun nəticəsi kimi, Gəncədə və Şuşada ictimai əsaslarla fəaliyyət göstərən kurslar yaradıldı. 1918-ci ilin əvvəlində müsəlman korpusunun komandanlığı onun Bakıda yerləşən birinci diviziyasının nəzdində milli hərbi kadrlar hazırlayan məktəb açılması barədə qərar qəbul etdi. Lakin Bakıda mövcud olan mürəkkəb hərbi-siyasi vəziyyət və 1918-ci ilin mart qırğınları bu məktəbin açılmasına imkan vermədi. Yalnız Azərbaycanın müstəqilliyi elan edildikdən sonra, 1918-ci ilin iyununda Gəncədə ilk milli hərbiyyə məktəbi açmaq mümkün oldu.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, respublikamız bir müddət formal olsa da, müstəqil atributlara və dövlət orqanlarına malik idi. Bir sıra digər strukturlar kimi, respublika Hərbi Komissarlığı da yeni rejimin tələblərinə uyğun qurularaq, fəaliyyətini davam etdirdi. Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın dövlət rəhbərliyi və eləcə də Xalq Hərbi Komissarlığı milli hərbi kadrların hazırlanması istiqamətində müəyyən cəhdlər göstərirdilər.

Cümhuriyyət dövründə təməli qoyulmuş hərbiyyə məktəbi öz fəaliyyətini sovet dövründə də davam etdirməkdə idi. Bununla bərabər, məktəb yaşlı gənclərin hərb işinə hazırlanması sahəsində də bəzi tədbirlər həyata keçirilirdi. 1921-ci ildə Bakıda Birinci Azərbaycan kadet korpusu açıldı. 1922-ci ildə isə Nuxada - indiki Şəkidə İkinci Azərbaycan kadet korpusu açıldı. Bunlarda məktəb yaşlı uşaqlar ümumtəhsil savad almaqla bərabər hərb işinin ilkin biliklərinə və vərdişlərinə yiyələnirdilər. Oranı uğurla başa vuranlar hərbi məktəblərə daxil olmaq üçün böyük üstünlüklər əldə edirdilər.

1922-ci ildə Azərbaycan SSRİ-nin tərkibinə daxil olmaqla müstəqilliyini tamamilə itirdi. Milli ruhlu hərbi kadrların yetişdirilməsi isə Mərkəzin maraqlarına heç də cavab vermirdi. Ona görə də Azərbaycanda kadet korpusları tezliklə ləğv edildi. Bir müddət sonra komandir kadrları hazırlayan hərbiyyə məktəbinin fəaliyyətinə də son qoyuldu. Bununla da Azərbaycan xalqı milli hərbi kadrların hazırlanmasına, azərbaycanlıların kütləvi şəlkildə hərb işinə cəlb edilməsinə imkan verən təhsil bazalarından məhrum oldu. 1930-cu illərdə Azərbaycan milli diviziyası da ləğv edildi. Mərkəz bununla da kifayətlənmədi. Respublikamızdan hərbi xidmətə cağırılan azərbaycanlıların çoxu xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə göndərilirdi.

Məlumdur ki, Böyük Vətən müharibəsi dövründə Azərbaycan xalqı da 600 min övladını cəbhəyə yola salmışdı. Əsasən, azərbaycanlılardan ibarət 4 milli diviziya yaradılmışdı. Bu diviziyalarda və digər hərbi hissələrdə xidmət etmiş azərbaycanlıların o zaman dövlətin ən yüksək mükafatlarına layiq görülməsi sübut etdi ki, xalqımızın övladları yüksək hərbi istedada malikdirlər. Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanov, İsrafil Məmmədov, Gəray Əsədov, Ziya Bünyadov, Məlik Məhərrəmov və başqalarının adı hərbi peşəni seçmiş gənclərmiz üçün bu gün də qüqur mənbəyidir.

Böyük Vətən müharibəsindən sonra tezliklə bütün milli diviziyalar kimi, Azərbaycan diviziyaları da ləğv edildi. Çünki milli əhval-ruhiyyənin və ənənələrin yüksək olduğu hərbi birləşmələr mərkəzdə müəyyən xof və qorxu yaradırdı.

Möhtərəm Prezidentimiz cənab Heydər Əliyev 1969-cu ildə respublikanın rəhbəri seçildikdən sonra bu sahədə vəziyyət dəyişməyə başladı. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olan azərbaycanlıların sayı ildən-ilə çoxaldı. Gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə qayğı artırıldı.

Nəhayət, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü orta internat məktəbin əsası qoyuldu. Bu təhsil ocağının açılması cənab Heydər Əliyevin respublika rəhbəri kimi fəaliyyətinin 2-ci ilinə təsadüf edirdi. Respublikanın iqtisadi, ictimai-siyasi və digər sahələrində mövcud olan ciddi problemlərin həlli ilə bağlı Azərbaycan rəhbərliyi qarşısında böyük vəzifələr dayansa da, milli hərbi kadrların yetişdirilməsi strateji əhəmiyyətli vəzifələr sırasına daxil edildi, onun reallaşdırılması sahəsində məqsədyönlü işlər görüldü.

Müttəfiq respublikalarda kütləvi milli hərbi kadrlar hazırlanması isə mərkəzin siyasətinə cavab vermirdi.

Məhz buna görə də Cəmşid Naxçıvanski adına internat məktəb tipli bir təhsil ocağının açılması iradə, cəsarət, əzmkarlıq və ardıcıllıq tələb edirdi. Cəmşid Naxçıvanski adına internat məktəbin açılması ilə Azərbaycanın hərb tarixinə son dərəcə qiymətli yeni bir səhifə yazıldı. Beləliklə, Bakının Zığ qəsəbəsi yaxınlığında yerləşən 2 nömrəli səkkizillik internat məktəbin bazasında respublika hərbi təmayüllü internat məktəbinin əsası qoyuldu. O vaxt Azərbaycanın rəhbəri olan möhtərəm Prezidentimiz cənab Heydər Əliyev məktəbə bayraq təqdim etdi və ona görkəmli sərkərdəmiz Cəmşid Naxçıvanskinin adı verildi.

Hörmətli mərasim iştirakçıları !

İftixar hissi ilə bildirirəm ki, bu il aprelin 19-da biz hərbi litseyə ikinci dəfə bayraq təqdim edilməsinin xoş anlarını yaşadıq. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı litseyə müstəqil Azərbaycan dövlətinin bayrağını təqdim etmişdir. Həmin günü hərbi litseyin kursantları, müəllim-zabit heyəti, eləcə də Silahlı Qüvvələrin əsgər və zabitləri heç zaman unutmayacaqlar. Cənab Heydər Əliyev təkcə bu litseyin yaradıcısı deyil, həm də onun hamisi və fəaliyyətinin təşkilatçısıdır. Möhtərəm Prezidentimiz dəfələrlə litseyə gəlmiş, özü yaratdığı bu təhsil ocağının fəaliyyəti ilə birbaşa tanış olmuş və onun işinin daha yaxşı qurulması üçün atalıq qayğısını əsirgəməmişdir.

Cəmşid Naxçıvanski adına hərbi litseyin əsasının qoyulması həm gənclərimizin buraya axışmasına, həm də respublikada hərbi vətənpərvərlik tərbiyəsinin genişlənməsinə, hərb işinə marağın artmasına bir təkan oldu. 1971-1972-ci illər bu təhsil ocağının ilk tədris ili idi. İlk 2 ildə hərbi təmayüllü internat məktəb onuncu sinif şagirdləri ilə komplektləşdirildi. İnternat məktəbin tədris bazası 320 nəfər üçün nəzərdə tutulmuşdu, 12 sinif otağından ibarət tədris korpusu vardı. Məktəbin yataqxanası da 320 nəfər üçün nəzərdə tutulmuşdu, yeməkxanası isə 360 nəfərlik idi. Bundan başqa, internat məktəbin köhnə qazanxanası və kitabxana üçün ayrılmış kiçik bir otağı da vardı. Bütünlükdə hərbi təmayüllü internat məktəb 5 hektarlıq bir ərazini əhatə edirdi. Yeni yaradılmış məktəbə respublika gəncləri arasında böyük maraq var idi. Elə birinci il burada 400 nəfər təhsil alırdı. Bu da normadan artıq idi.

1972-ci ildə məktəbin ilk buraxılışı oldu. Onun məzunları arasında ali məktəblərə sənəd verən çox idi. Yalnız 5 nəfər ali hərbi məktəblərə daxil olmuşdu. Görünür, o vaxtlar azərbaycanlıların ali hərbi məktəblərə daxil olması üçün mövcud olan maneə və çətinliklərə görə ilk buraxılışın məzunları arasında belə məktəblərə üz tutanların sayı da az oldu. Lakin respublika rəhbərliyinin qayğısı sayəsində, sonrakı illərdə bu rəqəm sürətlə artmağa başladı. Təkcə onu demək kifayətdir ki, ötən 30 ildə hərbi litseyin 30 buraxılışının 6522 nəfər məzunundan 6026 nəfəri ali hərbi məktəblərə daxil olmuşlar. Bu məzunların 116 nəfəri hərbi litseyin Naxçıvan filialını bitirmişdir.

Hələ yarandığı ilk illərdə burada SSRİ Maarif Nazirliyi bu təhsil ocağında yoxlamalar aparmış, təhsilin təşkili ilə yaxından tanış olmuşdur. İnternat məktəb dəfələrlə nazirliyin fəxri fərmanları ilə təltif edilmişdi. Bu, onu göstərirdi ki, respublika rəhbərliyinin qayğısı nəticəsində Cəmşid Naxçıvanski adına məktəb hələ keçən əsrin 70-ci illərində SSRİ miqyasında öz işini uğurla qurmuş təhsil ocaqlarından biri idi.

1973-cü ildə bu təhsil ocağına ümumrespublika statusu verildi. 1976,1978 və 1981-ci illərdə məktəbin fəaliyyətinin yaxşılaşdırılması, onun maddi-tədris barzasının genişləndirilməsi və möhkəmləndirilməsi üçün respublika rəhbərliyi tərəfindən əlavə tədbirlər həyata keçirildi. Bu, məktəbin fəaliyyətinin təşkilinə, təlim-tədrisin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərdi. Bütün bunların nəticəsi idi ki, məzunlar arasında ali hərbi məktəblərə daxil olanların sayı ildən-ilə artırdı. 1981-ci ildə bu məktəbin məzunları arasından SSRİ-nin müxtəlif şəhərlərində yerləşən nüfuzlu ali hərbi məktəblərə daxil olanların sayı artıq 100-ü ötmüşdü. 1986-cı ildə 14-cü buraxılışın məzunlarından isə 200-dən çoxu SSRİ-nin ali hərbi məktəblərinə daxil olmuşdu. Hər ötən il məktəbin şərəfli tarixinə yeni səhifə yazırdı. Bütünlükdə isə bu tədris ocağının məzunları SSRİ-nin 54 ali hərbi məktəbində və hərbi akademiyalarında təhsil almışlar.

Xalqımız da Cəmşid Naxçıvanski adına məktəbin əhəmiyyətini lazımınca qiymətləndirirdi. Məhz bunun ifadəsi kimi, 1981-ci ilin sonlarında respublikamız internat məktəbin yaranmasının 10 illiyini böyük təntənə ilə qeyd etdi. Yubiley şənlikləri dekabr ayının 9-da indiki Şəhriyar adına Mədəniyyət mərkəzinin binasında təntənəli mərasimlə başa çatdı. O vaxt Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev mərasimə təşrif gətirərək nitq söylədi və bu təhsil ocağının ötən tarixi yoluna nəzər salmaqla bərabər, onun qarşısında yeni vəzifələr qoydu. Bu vəzifələr təlim-tədris prossesini təkmilləşdirərək, məktəbə qəbul olunanların sayının 500 nəfərə çatdırılmasından ibarət idi. Respublika rəhbərliyi tərəfindən qarşıya qoyulan bu vəzifə tezliklə yerinə yetirildi. Hərbi təmayüllü internat məktəbdə təhsil alanların sayı çoxaldı.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra məktəb respublika Müdafiə Nazirliyinin sərəncamına verildi və Cəmşid Naxçıvanski adına ibtidai hərbi məktəb adlandırıldı. Müstəqilliyini bərpa etməklə xalqımız tarixinin yeni bir mərhələsinə qədəm qoydu. Müstəqil ordu quruculuğuna başladı. Bu ordunu qurmaq üçün Azərbaycana çoxlu sayda milli hərbi kadrlar lazım idi. Vaxtilə hərbi təmayüllü internat məktəbi bitirdikdən sonra ali hərbi məktəblərdə təhsil almış neçə-neçə yurddaşımız milli ordunun sıralarına yazıldılar.

Onlar Milli Ordunun ilk hərbi hissələrinin zabit heyətinin əsasını təşkil etdilər. Lakin təəssüf ki, müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan anarxiya, özbaşınalıq həm bu yurddaşlarımızın çəkdikləri zəhməti çox zaman nəticəsiz qoyurdu, həm də Cəmşid Naxçıvanski adına məktəbi zəruri qayğılardan məhrum etdi.

Şükürlər olsun ki, belə vəziyyət uzun sürmədi. Möhtərəm Prezidentimiz yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra həm ordu quruculuğunda vəziyyət dəyişdi, həm də bu məktəb zəruri dövlət qayğısı ilə əhatə olundu. Bu tədris ocağında aparılan təlim-tərbiyə işi milli hərbi kadrların hazırlanması prosesinin tərkib hissəsinə çevrildi. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli Sərəncamı ilə hərbi təmayüllü orta internat məktəbin adı dəyişdirilərək, Cəmşid Naxçıvanski adına hərbi litsey adlandırıldı.

Hazırda litsey tarixinin ən şərəfli anlarını yaşayır və qazandığı nailiyyətlərlə öyünməyə haqqı vardır. Onun məzunlarının bir çoxu Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Litseydə belə zabitlərimiz minnətdarlıqla yad olunur. Kursantlar onların yollarını davam etdirəcəklərini vəd edirlər. Litseyin məzunlarından 100 nəfərindən çoxu göstərdikləri igidliklərə görə respublikanın orden və medalları ilə təltif olunmuşdur. 8 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Litseyin məzunları arasından indiyədək 5 nəfər general və bir kontr-admiral, onlarca yüksək rütbəli zabit yetişmişdir. Bu generallar və zabitlər Azərbaycan Silahlı Qüvvələrində, Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, milli təhlükəsizlik orqanlarında və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı strukturlarda çox məsuliyyətli vəzifələr tutaraq, xalqımıza sədaqətlə xidmət edirlər.

Hərbi litseyin şəbəkəsi genişlənməkdədir. Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixil Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında da Cəmşid Naxçıvanski adına hərbi litseyin filialı açılmışdır. Muxtar respublikanın hərbçi peşəsinə yiyələnmək arzusunda olan gəncləri müvəqqəti yaranmış nəqliyyat problemləri ilə üzləşmədən burada təhsil alırlar. Hazırda hərbi litseydə 1775 kursant, o cümlədən Naxçıvan filialında 444 kursant təhsil alır. Tədrisin təşkilinə kifayət qədər zabit və müəllim heyəti cəlb edilmişdir. Əvvəlki illərdən fərqli olaraq, indi litseyin 2000 nəfərlik yeməkxanası, müasir qazanxanası, camaşırxanası, 3 yataqxana korpusu, örtülü hovuzu, trenajor salonları, 2 idman salonu, 2 sıra meydanı, avtoparkı və atıcılıq tiri vardır.

Tədris prossesinin uğurla aparılması üçün litseydə yüksək tələblərə cavab verən maddi-texniki baza yaradılmışdır. 2 müasir tədris korpusu, kompüter otaqları, fənn laboratoriyaları və zəngin kitabxana kursantlara xidmət edir. Litseydə xarici dil kimi ingilis, alman, fransız və rus dilləri tədris olunur. Bütün bunlar Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin gənc hərbi kadların yetişdirilməsinə göstərdiyi qayğının nəticəsidir.

Bu qayğını hər an biz də hiss edirik və litseyin zabit, müəllim və kursant heyəti də hiss edir. Bu qayğı minnətdarlıqla qarşılanır. Bildirmək istərdim ki, hərbi litseyin yaradıcısı və onun böyük hamisi cənab Heydər Əliyevin ömür yolu burada diqqətlə öyrənilir. Təlim- tədris prosesinin mərkəzində məhz, kursantlara öz xalqına və vətəninə Heydər Əliyev kimi xidmət etmək inamının aşılanması dayanır. Bu işi biz gələcəkdə də davam etdirəcək və çalışacağıq ki, litseydə gənclərimizin təlim-tərbiyəsi üçün ən müasir tələblərə cavab verən şərait yaradaq.

Eyni zamanda, əmin etmək istərdim ki, Cəmşid Naxçıvanski adına hərbi litseyi bitirənlər dövlət rəhbərimizin onlara bəslədiyi inamı doğruladacaqlar. Yəni Cəmşid Naxçıvanski adına hərbi litseyin məzunlarının elə respublika daxilində öz hərbi təhsillərini davam etdirmək üçün hər cür şərait vardır. Biz şübhə etmirik ki, onlar bu yüksək səviyyəli təhsil ocaqlarını da uğurla başa vuracaqlar. Lakin yaradıcısı cənab Heydər Əliyev olan hərbi litseyin məzunları olduqlarını heç vaxt yaddan çıxarmayacaqlar.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısında dayanan başlıca vəzifələrdən biri işğal olunmuş ərazilərimizin azad edilməsidir. İcazə verin, Sizi əmin edim ki, göstərdiyiniz qayğının nəticəsində Azərbaycan Silahlı Qüvvələri respublikamızın müstəqilliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsi naminə bütün tapşırıqlarınızı yerinə yetirməyə hazırdır. Sıralarında Cəmşid Naxçıvanski adına hərbi litseyin minlərlə məzunu olan Azərbaycan Silahlı Qüvvələri öz xalqının, Prezidentinin və Ali Baş Komandanın ümidlərini həmişə doğruldacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir