SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 iyul tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 10 sentyabr 2002-ci il tarixli 144 nömrəli qərarına əsasən “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmamışların İşləri üzrə Komissiyanın təşkil edilməsi haqqında” Nazirlər Kabinetinin 1997-ci il 29 aprel tarixli 32 nömrəli qərarına aşağıdakı dəyişikliklər edilmişdir:
Qərarın adı aşağıdakı redaksiyada verilmişdir:
“Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkil edilməsi haqqında”;
Qərarın preambulası aşağıdakı redaksiyada verilmişdir:
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 iyul tarixli 735 nömrəli Fərmanı ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:”;
1-ci bənddə “Yetkinlik Yaşına Çatmamışların İşləri üzrə Komissiya” sözləri “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya” sözləri ilə əvəz edilmişdir;
Qərara əlavədə “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmamışların İşləri üzrə Komissiyanın tərkibi” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın” sözləri ilə əvəz edilmişdir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.