Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYAYA İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə iyunun 8-də Sankt-Peterburqa işgüzar səfərə yola düşmüşdür. 

Prezident HEYDƏR ƏLİYEV yola düşməzdən əvvəl hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə vermişdir:

-Salam əleyküm, sabahınız xeyir olsun. Mənim Sankt-Peterburqa səfərim sizə məlumdur, elan olunubdur. Mən yanvarda Moskvada səfərdə olduğum zaman Rusiya Prezidenti Vladimir Putin təklif etdi ki, biz iyun ayının 9-da, - gününü də o vaxt təyin etdi, - görüşək, Nizami Gəncəvinin heykəlini birlikdə açaq. Mən bu təklifi qəbul etdim. İndi də Prezident Putinin dəvəti ilə Sankt-Peterburqa yola düşürəm.

Məqsəd, birincisi, Nizami Gəncəvinin heykəlini təntənəli surətdə açmaqdır, ikincisi də, iki prezidentin - Prezident Putinin və Prezident Əliyevin görüşüdür, bizi maraqlandıran məsələlər haqqında fikir mübadiləsi, müzakirələr aparmaqdır.

Mən bu səfəri çox əhəmiyyətli hesab edirəm. Birincisi, ona görə ki, Azərbaycanın dahi şairi, filosofu, mütəfəkkiri Nizami Gəncəvinin Sankt-Peterburqda heykəlinin ucaldılması bizim xalqımız, millətimiz, ölkəmiz üçün çox böyük qiymətə layiq hadisədir.

Sankt-Peterburq adi şəhər deyil, onun yaşı az, 300 il olsa da, bütün mənalarda, o cümlədən memarlığına, monumental heykəltəraşlıq əsərlərinə görə, dünyada çox məşhur muzeylərinə, bu muzeylərdə dünyanın ən böyük sənət adamlarının əsərlərinin olmasına görə, bir də siyasi tarixinə görə çox zəngin ənənələri olan şəhərdir. Ona görə belə bir şəhərdə bizim şairimiz Nizami Gəncəvinin heykəlinin ucaldılması, təbiidir ki, qürur hissi doğurur.

İkincisi də ki, Rusiya Prezidenti Putinlə görüşüb danışmaq, həmişə faydalı olur. Hesab edirəm ki, bizim bu görüşümüz də faydalı olacaqdır. Hər görüşdə danışmaq, söhbət etmək, müzakirələr, fikir mübadiləsi aparmaq üçün çoxlu mövzular var. Ona görə ikimiz də bundan istifadə edəcəyik.

SUAL: Cənab Prezident, Xəzərin statusu, koordinatların müəyyən edilməsi ilə bağlı sənəd nə üçün imzalanmayacaq, problemlərmi var?

CAVAB: Heç bir problem yoxdur. Rusiya ilə bizim aramızda razılaşdırılmamış heç bir məsələ, problem yoxdur. Sadəcə, 2-3 xırda məsələ vardı, amma vaxt itirildi. Onlarda xüsusi rejim var, məsələn, imzalanacaq sənəd müəyyən vaxta qədər hazırlanıb paraflanmayıbsa, həmin sənəd artıq konveyerdən çıxır. Ona görə də bu, çıxdı. Güman edirəm ki, gələcəkdə münasib vaxtlarda bunu imzalayacağıq.

SUAL: Cənab Prezident Rusiya Prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaqmı? Rusiya mətbuatı bu barədə artıq məlumat yaymışdır.

CAVAB: Təbiidir, aparılacaqdır. Bu, bizim əsas mövzularımızdan biridir.

SUAL: Hansı istiqamətlərdə aparılacaqdır?

CAVAB: Bütün istiqamətlərdə.

SUAL: Cənab Prezident, əgər mümkündürsə, Nardaran hadisələrinə münasibətinizi bildirərdiniz.

CAVAB: Nardaran hadisələri ilə bizim hüquq mühafizə orqanları məşğul olur. Bilirsiniz ki, indi Nardaranda da hər şey sakitdir. Onlar məşğul olub qurtaracaqlar, mənə məruzə edəcəklər. Ondan sonra mən münasibətimi bildirəcəyəm.

SUAL: Cənab Prezident Rusiyada yaşayan azərbaycanlıların xüsusi statusu ilə bağlı Prezident Putinlə fikir mübadiləsi aparılacaqmı?

CAVAB: Status haqqında bilmirəm, amma yəqin ki,mən Sankt-Peterburqda yaşayan azərbaycanlıların bir hissəsi ilə görüşəcəyəm.

SUAL: Cənab Prezident, nardaranlıların ağsaqqaları çox xahiş etmişdilər ki, Sizinlə görüşsünlər. Siz onları qəbul edəcəksinizmi?

CAVAB: Bilirsiniz, mən heç vaxt mənə edilən müraciətlərə laqeyd qalmıram.

SUAL: Bu səfərinizdə Dağlıq Qarabağ probleminin həlli məsələsində Rusiyadan lazımi dəstək ala biləcəyikmi?

CAVAB: Danışıqlar aparacağıq.

SUAL: Cənab Prezident, Rusiya Dövlət duması Xəzəryanı ölkələrin parlamentlərinə müraciət edərək, sahilyanı dövlətlərin parlament assambleyasının yaradılması təşəbbüsünü irəli sürmüşdür...

CAVAB: Ona bizim parlament baxacaqdır.

SUAL: Cənab Prezident, Ermənistan Prezidenti Robert Koçaryan bazar ertəsi “Ailə kanalı”na müsahibəsində demişdir ki, yaxın vaxtlarda Sizinlə görüşəcək, xarici işlər nazirləri bu görüşün vaxtını dəqiqləşdirirlər. Onun dediyinə görə, hətta razılıq əldə olunubdur ki, danışıqların təfsilatı gizli saxlanılacaqdır. Bu ay ərzində danışıqları gözləmək olarmı? Hesab etmək olarmı ki, ictimaiyyətin bilmədiyi digər təkliflər müzakirə ediləcəkdir?

CAVAB: Güman etmirəm ki, biz bu ay ərzində görüşək. Amma görüşəcəyik.

SUAL: Cənab Prezident, Azərbaycanın işğal olunmuş ərazilərində antiterror əməliyyatları aparmaq lazımdırmı? Buna Sizin münasibətiniz necədir?

CAVAB: Bilirsiniz, bu, əsassız fikirdir ki, beyninizə salmısınız. İşğal olunmuş torpaqlarda indi antiterror əməliyyatı aparmaq, müharibəni başlamaq deməkdir. Axı, bilmədiyiniz şeyləri niyə deyirsiniz?

SUAL: Bəs, Avropa Birliyinin dörd rayonla bağlı təklifi necə, müzakirə obyekti ola bilərmi?

CAVAB: Onların belə təklifi yoxdur, belə bir söhbət var.

SUAL: Cənab Prezident, danışıqlar zamanı Ayaz Mütəllibovun Azərbaycana ekstradisiyası məsələsinə toxunulacaqmı? Çünki Rusiyanın da qoşulduğu saziş var, Azərbaycan lazımi sənədləri göndərə bilsə, o, Azərbaycana qaytarılmalıdır. Rusiya həmin sazişə əməl etmək istəmir, yoxsa, hansısa problem var?

CAVAB: Sizə lazımdırmı ki, Ayaz Mütəllibov buraya ekstradisiya edilsin? Lazımdırsa, mən onda deyim ki, bizim ictimaiyyət və xüsusilə jurnalistlər çox istəyirlər ki, Mütəllibovun elə orada qollarını bağlasınlar, gətirsinlər buraya, bizim jurnalistlər onunla söhbət etsinlər. Sağ olun.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, digər rəsmi şəxslər yola saldılar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı