Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN İRANA RƏSMİ SƏFƏRİ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 19-da, Tehrana səfərinin ikinci günü ayətullah Xomeyninin məqbərəsinini ziyarətə gəldi. Dövlətimizin başçısını hərarətlə, mehribanlıqla qarşıladılar. 

Burada Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri ifa olundu.

Azərbaycan Prezidenti Heydər Əliyev İran inqilabının rəhbəri ayətullah Xomeyninin məqbərəsinə əklil qoydu, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

“İran İslam Respublikasının rəhbəri Ayətullah Xomeyninin qəbrini ziyarət edərək, onun xatirəsinə böyük hörmət və ehtiramımı bildirirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

19 may 2002-ci il”.

X X X

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev elə həmin gün İran İslam Respublikasının ali dini rəhbəri Seyid Əli Xameneinin iqamətgahına gəldi. İİR-in ali dini rəhbəri dövlətimizin başçısını səmimiyyətlə, mehribanlıqla qarşıladı.

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev ilə İranın ali dini rəhbəri Seyid Əli Xamenei arasında görüş oldu. Görüşdə İran İslam Respublikasının Prezidenti Məhəmməd Xatəmi də iştirak edirdi.

Söhbət zamanı Azərbaycan-İran əməkdaşlığının daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar, Xəzərin statusu, bölgədə vəziyyət və hər iki ölkəni maraqlandıran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.

X X X

Mayın 19-da dövlətimizin başçısı Heydər Əliyev İran İslam Respublikasının parlamentinə - İslam Şurası Məclisinə gəldi. İslam Şurası Məclisinin sədri Mehdi Kərrubi Azərbaycan Prezidentini mehribanlıqla salamladı. Sonra respublikamızın rəhbəri Heydər Əliyev ilə cənab Mehdi Kərrubi arasında görüş oldu.

Görüşdə Azərbaycan-İran əməkdaşlığının perspektivləri, ölkələrimizin parlament əlaqələrinin daha da möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, bölgədə vəziyyət və hər iki tərəfi maraqlandıran digər məsələlər barədə müzakirələr aparıldı.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev elə həmin gün onun üçün ayrılmış iqamətgahda İranın xarici işlər naziri Kamal Xərrazini qəbul etdi.

Görüşdə Azərbaycan-İran iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi, Şimal-Cənub dəhlizinin perspektivləri, Azərbaycan-İran müştərək iqtisadi komissiyasının fəaliyyəti və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə geniş müzakirələr oldu.

Görüşdən sonra Kamal Xərrazi jurnalistlərin suallarına cavab verdi.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev mayın 19-da ölkəmizin Tehrandakı səfirliyinə gəldi. Dövlətimizin başçısını burada hərarətlə, gül-çiçəklə qarşıladılar. Azərbaycan Prezidenti səfirliyin əməkdaşları ilə mehribanlıqla görüşdü. Səfirliyin əməkdaşlarının uşaqları vətənə, müdrik Prezidentimizə həsr olunmuş şerlər söylədilər.

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev çıxış edərək, səfirliyin əməkdaşları qarşısında duran vəzifələrdən danışdı, tövsiyələrini verdi.

Daha sonra tanınmış ifaçılar, respublikamızın əməkdar artistləri Simarə İmanova, Mənsum İbrahimov, əməkdar artistlər tarzən Zamiq Əliyevin və kamanca çalan Ədalət Vəzirovun iştirakı ilə konsert oldu. Konsertdən sonra dövlətimizin başçısı Heydər Əliyev səfirliyin əməkdaşları, uşaqlar və incəsənət ustaları ilə xatirə şəkli çəkdirdi.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev həmin gün axşam Tehranda onun üçün ayrılmış iqamətgahda İranın kooperasiya naziri Əli Sufini qəbul etdi.

Görüşdən sonra Əli Sufi jurnalistlərin suallarına cavab verdi.

X X X

Elə həmin gün axşam Azərbaycan Prezidenti Heydər Əliyev Tehranda onun üçün ayrılmış iqamətgahda İİR-in tikinti və şəhərsalma naziri Əli Əbdüləlizadəni qəbul etdi.

X X X

Mayın 20-də səhər Azərbaycan Prezidenti Heydər Əliyev İran Prezidentinin iqamətgahına gəldi. Burada Azərbaycan Prezidenti Heydər Əliyevin İİR Prezidenti Məhəmməd Xatəmi ilə görüşü oldu.

Görüşdən sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sənədlərin imzalanması mərasimi oldu. Prezident Heydər Əliyev və Prezident Məhəmməd Xatəmi “Azərbaycan Respublikası ilə İran Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında” müqavilə imzaladılar.

Daha sonra ölkələrimiz arasında avtomobil daşımaları haqqında, hava nəqliyyatı haqqında sazişlər, gömrük sahəsində əməkdaşlığa dair saziş, baytarlıq haqqında memorandum, bitki karantini haqqında saziş, mədəniyyət sahəsində əməkdaşlığa dair memorandum, təhsil və tədqiqat sahəsində saziş, standartlaşma haqqında memorandum, idman sahəsində əməkdaşlığa dair saziş imzalandı. Sənədləri Azərbaycanın və İranın əlaqədar nazirliklərinin rəhbərləri imzaladılar.

Azərbaycan Prezidentinin İrana rəsmi səfərinin yekunlarına dair birgə bəyanat yayıldı.

İmzalanma mərasimindən sonra Azərbaycan Prezidenti Heydər Əliyev və İran Prezidenti Məhəmməd Xatəmi jurnalistlərin suallarına cavab verdilər.

X X X

Mayın 20-də Azərbaycan Prezidenti Heydər Əliyevin Tehrana rəsmi səfəri başa çatdı.

İran Prezidentinin iqamətgahı qarşısında rəsmi yolasalma mərasimi keçirildi. İqamətgahın qarşısındakı meydanda fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Sonra prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident Heydər Əliyev İranın rəsmi şəxsləri, Prezident Məhəmməd Xatəmi Azərbaycan nümayəndə heyətinin üzvləri ilə sağollaşdılar.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev maşın karvanının müşayiəti ilə İran paytaxtının Mehrabad hava limanına gəldi. Hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı Heydər Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi təyyarənin pilləkəni yanında İranın kooperasiya naziri Əli Sufi, xarici işlər nazirinin müavini Möhsün Əminzadə, İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfəri, Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov, İranın Bakıdakı səfiri Əhəd Qəzai mehribanlıqla yola saldılar. Respublikamızın rəhbərinə gül dəstəsi təqdim olundu.

X X X

X X X

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İran İslam Respublikasına rəsmi səfərini başa çatdıraraq, mayın 20-də vətənə qayıtmışdır.

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV Binə hava limanında jurnalistlərə qısa müsahibə verdi:

-Hörmətli jurnalistlər, sizi xoş gördük. Yəqinki, mənim səfərim sizə məlumdur. Çünki mənə dedilər ki, Azərbaycan televiziyası ilə oradakı görüşlərin çoxunu veriblər, görmüsünüz, eşitmisiniz. Ancaq sizə onu deyə bilərəm ki, mən bu gün orada mətbuat konfransında da dedim - səfər çox uğurlu oldu. Təbiidir ki, səfər edən bizik, bizi qəbul edən İran tərəfidir. Həm bizim üçün, həm də onlar üçün uğurludur. Biz çox əhəmiyyətli görüşlər keçirdik, danışıqlar apardıq.

Əlbəttə, birinci növbədə Prezident cənab Xatəmi ilə çox səmərəli danışıqlar apardıq, bir sıra görüşlər keçirdik və bir çox məsələləri müzakirə etdik. İqtisadi məsələləri, siyasi məsələləri və başqa məsələləri müzakirə etdik. Gələcəkdə İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf etdirilməsinin yollarını birgə müəyyən edik.

Hesab edirəm, - orada cənab Xatəmi də bunu bir neçə dəfə təkrar etmişdir - bu səfər İran-Azərbaycan əlaqələrində bir dönüş nöqtəsidir, yeni mərhələnin başlanğıcıdır, bizim əlaqələrimizin inkişafına güclü təkan vermişdir. Mən bu səfərdən çox məmnunam. Hiss etdim ki, İran tərəfi də çox məmnundur, razı qalıbdır. Onlar, bəlkə də, səfərimizi belə gözləmirdilər. Mən də düşünürdüm ki, bəlkə belə olmayacaqdır. Amma həm onların tərəfindən çox böyük səylər göstərildi, həm də bizim siyasətimiz açıq siyasətdir. Heç bir şeyi gizlətmirik, hər şeyi açıq deyirik.

Mən dəfələrlə demişəm və bu gün də deyirəm ki, İran bizim qonşumuzdur, İran böyük dövlətdir. Biz İranla həm iqtisadi sahədə, həm də başqa sahələrdə çox sıx əməkdaşlıq etməliyik. Bu, həm İranın xeyrinədir, həm də bizim xeyrimizədir. Hesab edirəm ki, bunları hərəkətə gətirmək üçün bu istiqamətdə biz çox faydalı iş gördük.

SUAL: Cənab Prezident, Bakıya çatan məlumatlara görə, danışıqlar zamanı Azərbaycan tərəfi “Alov” və “Şərq” yataqlarında işləri dayandırmaq barədə razılığa gəlibdir. Bu, nə dərəcədə doğrudur?

CAVAB: Belə şey, razılıq yoxdur.

SUAL: Cənab Prezident, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar haqqında nə deyə bilərsiniz?

CAVAB: Xəzərin statusu ilə bağlı danışıqlar apardıq. Bizim ekspertlər orada İran ekspertləri ilə bir yerdə işləmişdilər. Mən buradan Xəzər məsələlərini yaxşı bilən bir qrup adam aparmışdım. Onlar orada dünən bütün günü, axşam saat 10-a qədər onlarla bir yerdə işlədilər. Ekspertlərin mənə verdiyi məlumata görə, mövqelərin müəyyən qədər yaxınlaşması meyli görünür. Müsbət nəticə ondan ibarətdir ki, artıq biz qərar qəbul etdik - ekspertlərin bu görüşləri bundan sonra da ardıcıl surətdə davam etməlidir. Məsələn, Bakıda ekspertlərin görüşlərini iyunun 11-nə təyin etmişik.

SUAL: Cənab Prezident, sentyabrda İran Prezidentinin Azərbaycana gəlməsi gözlənilirmi?

CAVAB: Bilirsiniz, mən İran Prezidenti cənab Xatəmini dəfələrlə Bakıya dəvət etmişdim. O da məni dəvət etmişdi. Mənə deyirdi ki, əvvəlcə sən gəl. Mən də belə düşünürdüm ki, bəlkə əvvəlcə mən getməliyəm. Mən də bu səfəri etdim. İndi o, çox böyük həvəslə Azərbaycana gələcəyi haqqında bəyanat verdi. Amma nə vaxt gələcək, onu hələ müəyyənləşdirəcəkdir.

SUAL: Cənab Prezident, Ermənistan-Azərbaycan münaqişəsinin nizamnamlanmasında İranın iştirakı nə dərəcədə realdır?

CAVAB: Mən sizin sualınızı başa düşdüm. Siz bilirsiniz ki, Minsk qrupu İrana məlumatlar veribdir. İran da hesab edir ki, bu prosesdə iştirak etməlidir. İndi baxaq görək, necə olur.

SUAL: Cənab Prezident, konsulluğun açılması ilə bağlı razılıq oldumu?

CAVAB: Biz bu məsələyə toxunmadıq.

SUAL: Cənab Prezident, Roma papasının Azərbaycana qarşıdakı səfərini necə qiymətləndirirsiniz?

CAVAB: Yaxşı qiymətləndirirəm. Bu, tarixi hadisədir.

SUAL: Cənab Prezident, İran tərəfi ikinci dəfədir Sizin rəsmi səfərinizin proqramına Təbrizi ziyarət etməyi salmayıbdır. Bunu necə qiymətləndirirsiniz?

CAVAB: Yox, bu düzgün deyildir. Mən bu dəfə Təbrizə özüm getmək istəmədim. Çünki hesab etdim ki, Tehrandan kənara çıxmamalıyıq. İşlərimizi Tehranda görməliyik. Onlar mənə Təbrizi, Ərdəbili təklif etmişdilər. Amma mən özüm getmədim.

SUAL: Cənab Prezident, İranın dini rəhbəri ilə də görüşmüsünüz. Azərbaycanda İran təmayüllü dini məsələlərlə bağlı fikir mübadiləsi apardınızmı?

CAVAB: Bilirsiniz, mən dövlətlərarası münasibətlər haqqında söhbət etdim. O, İranın ali rəhbəridir. Biz dövlətlərarası məsələləri müzakirə edirdik dini məsələləri müzakirə etmirdik. Axı, bu mənim işim deyildir. Bizdə din dövlətdən ayrıdır. Din məsələlərinə mən baxmıram və onu müzakirə etmirəm. Sağ olun.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı