Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri
Bakı, 20 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün dekabrın 20-də Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.