AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Prezidentim,
Bir millətin bir neçə dövləti və ya fərqli qurumu, quruluşları, təşkilatları və oxşar fəaliyyətləri ola bilər. Ancaq təqdir etdiyiniz və gələcəkdə də başda türk millətinin, bütün insanlığın, heç şübhəsiz, böyük bir təvəccöhlə təqdir edəcəyi bir millətin iki əlifbası və fərqli dilləri ola bilməz. Çünki əlifba fərqli olarsa, dili fərqli, ədəbiyyatı fərqli, fəlsəfəsi fərqli, xülasə, kimliyi fərqli və nəticədə milləti fərqli olar, millətlərin tarixində hər zaman müsbət və mənfi çox hadisələr meydana çıxar. Bu önəmli, çətin anlarda çox vacib qərarlar verilməsi gərəkdir. Belə anlarda böyük dövlət adamları hər bir çətinlik və əngəllərə baxmayaraq, təbiətində olan həqiqəti tanıma və qərarvermə bacarığına görə davranar və millətlərin taleyində böyük rol oynayarlar.
Yaxın tariximizdə Mustafa Kamal Atatürk bu cür tədbirlərin ən gözəl nümunələrini ortaya qoymuş bir şəxsiyyətdir.
Siyasi həyatınız boyunca göstərdiyiniz böyük xidmətləri Azərbaycan dövlətinin və böyük türk millətinin minnətdarlıqla yad edəcəyinə əminəm. Bu duyğu və düşüncə ilə əlifba dəyişikliyinin başda Azərbaycan olmaq üzrə bütün türk millətinə və bütün insanlıq aləminə xeyirli olmasını arzulayır, əslən azərbaycanlı olan bir ailənin övladı kimi də ayrıca təşəkkür edir, ehtiramımı bildirirəm.
Arslan Aydar
Qars millət vəkili