AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Prezident,
Türk milli komandasının futbol üzrə 17-ci dünya çempionatında üçüncü yerə çıxması münasibəti ilə göndərdiyiniz nəzakətli təbrik məktubuna görə Sizə təşəkkürümü bildirirəm.
Türk xalqının bu böyük sevincinin qardaş Azərbaycan xalqı tərəfindən də bölüşdürülməsi xoşbəxtliyimizi daha da artırmışdır.
Fürsətdən istifadə edərək, səmimi qəlbdən Zati-alinizə cansağlığı və səadət, dost və qardaş Azərbaycan xalqına rifah və tərəqqi naminə ən xoş diləklərimi yetirirəm.
Əhməd Necdət Sezər
Türkiyə Respublikasının Prezidenti