Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Sizin əlli yaşınız tamam olan gündə ən səmimi və hərarətli təbriklərimi və ən xoş arzularımı - cansağlığı, xoşbəxtlik, bütün niyyətlərinizin və təşəbbüslərinizin həyata keçməsi diləklərimi qəbul edin.
Mən qəti əminəm ki, Sizə xas olan istedadlı siyasətçi və rəhbər keyfiyyətləri, dövlət başçısı kimi yüksək və məsul vəzifədə Sizin səmərəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının fasiləsiz inkişafına, ölkənizin həyata keçirdiyi daxili və xarici siyasətdə prioritet məqsədlərə uğurla nail olmağa xidmət edəcəkdir.
Əmin olduğumu bildirirəm ki, biz birgə səylərimizlə ənənəvi dostluq, qarşılıqlı anlaşma və konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslanan Moldova-Azərbaycan münasibətlərinə lazımi dinamizm gətirməyə nail olacağıq.
Hörmətli cənab Prezident, icazə verin bir daha Sizə, yaxınlarınıza uzun ömür, uğurlar və firavanlıq diləyim.
Hörmətlə,
Marian Lupu
Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən