Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu!
Tatarıstanlılar adından və şəxsən öz adımdan Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Siz görkəmli atanız, çox hörmətli Heydər Əliyevin layiqli davamçısısınız, onun “İnsanın nəbzi Vətənin nəbzi ilə sinxron döyünməlidir” müdrik sözlərinə müvafiq olaraq yaşayır və işləyirsiniz. Siz əsası onun tərəfindən qoyulmuş möhkəm dövlətçilik ənənələri və sarsılmaz milli mənəvi dəyərlər əsasında, doğma xalqınızla vəhdətdə və onun qeyd-şərtsiz dəstəyi ilə müasir dövlət qurursunuz. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi, beynəlxalq nüfuzunun möhkəmləndirilməsi yolu ilə dinamik şəkildə irəliləyir. Səmərəli dövləti fəaliyyətinizin nəticələri uzaqgörən siyasi xadim, güclü rəhbər, öz ölkəsinin əsl vətənpərvəri kimi Sizin nüfuzunuzu möhkəmlətmişdir. Arzum budur ki, qəlbiniz gələcəkdə də doğma ölkənizin həyat ahəngi ilə birgə döyünsün, Sizə xas olan ruh yüksəkliyi, quruculuq əzmi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq qətiyyəti Azərbaycan Respublikasının inkişafının bütün strateji planlarını həyata keçirməyə kömək etsin.
Bu xoş fürsətdən istifadə edərək Sizə Tatarıstana göstərdiyiniz diqqətə görə, xalqlarımız arasında qarşılıqlı anlaşma və etimada əsaslanan qarşılıqlı fəaliyyət ənənələrinin möhkəmlənməsinə Sizin böyük şəxsi töhfənizə görə təşəkkür edirəm. Ümid edirik ki, biz bundan sonra da Tatarıstan-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin praktiki məsələlərinin həllində Sizin dəstəyinizə güvənə bilərik, ümumi səylərimizlə ikitərəfli əlaqələrə yeni məzmun verə biləcəyik, bu əlaqələr Rusiya-Azərbaycan tərəfdaşlığının dərinləşməsinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə tatarıstanlıların Sizə səmimi rəğbət və hörmət hisslərini, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik və firavanlıq arzularını qəbul edin.
Hörmətlə,
Rüstəm Minnixanov
Tatarıstan Respublikasının Prezidenti