AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə, hökumətinizə və Azərbaycan xalqına öz adımdan, Avstraliya hökuməti və xalqı adından ən səmimi arzularımı yetirirəm.
Avstraliya bu yaxınlarda Azərbaycanda partlamamış minaların təmizlənməsinə dair NATO-nun Etimad Fondu layihəsi çərçivəsində əməkdaşlıq etmək fürsətini alqışlayır və ölkənizdə sülhün və təhlükəsizliyin inkişafına kömək etməkdən məmnunluq duyur.
Ümidvaram ki, biz ölkələrimiz arasında ikitərəfli iqtisadi və ticari, xüsusilə də təhsil, səhiyyə və tibb, neft və qaz sənayesi sahələrində əlaqələrimizi genişləndirmək məqsədi ilə birlikdə əməkdaşlıq edə bilərik.
İcazə verin, ölkələrimiz arasındakı dostluq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə inamımı ifadə edim.
Zati-aliləri, xahiş edirəm, mənim şəxsi təbriklərimi və yüksək ehtiram hisslərimi qəbul edəsiniz.
Səmimiyyətlə,
Maykl Ceffri
Avstraliyanın general-qubernatoru
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]