AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı – Respublika günü ilə əlaqədar Çin xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi təbriklər və xoş arzular yetirirəm.
Əməksevər və müdrik Azərbaycan xalqı öz müstəqilliyinin 15 ili ərzində dövlət quruculuğu işində parlaq uğurlar qazanmışdır. Mən bu uğurlara şadam və əminəm ki, Zati-alinizin müdrik rəhbərliyi ilə Azərbaycan tərəqqiyə və firavanlığa doğru inamla irəliləyəcək, beynəlxalq və regional işlərdə mühüm rol oynayacaqdır.
Ölkələrimiz arasında dostluq münasibətləri yaradıldığı gündən Çin-Azərbaycan əlaqələri daim inkişaf edir və müsbət dinamikasını saxlayır. Tərəflər arasında qarşılıqlı siyasi etimad dərinləşir, əməkdaşlığımızın bütün sahələrində uğurlar göz qabağındadır.
Zati-aliləri, Çin-Azərbaycan ənənəvi dostluq münasibətlərini durmadan inkişaf etdirməkdən, ölkələrimizin xalqlarından ötrü firavanlıq yaradılması üçün mən Sizinlə birlikdə səy göstərməyə hazıram.
Ölkənizə sabitlik və tərəqqi, xalqınıza əmin-amanlıq arzulayıram.
Sizə möhkəm cansağlığı diləyir və ən xoş arzularımı yetirirəm.
Xu Szintao
Çin Xalq Respublikasının Sədri