AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı kimi xoş münasibətlə mən Zati-alilərinizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi qardaşlıq təbriklərimi və arzularımı çatdırmaq istəyirəm.
Bu fürsətdən istifadə edərək, İslam Konfransı Təşkilatına öz
məqsədlərinə nail olmaqda göstərdiyiniz dəstəyə görə Zati-alilərinizə və Azərbaycan Respublikası hökumətinə minnətdarlığımı bildirmək istəyirəm.
İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin iyun ayında Bakıda keçiriləcək 33-cü iclası ölkənizin İKT-yə və onun proqramlarına verdiyi dəstəyin bariz nümunəsidir. Bu tədbir islam ümmətinin yüksək maraqlarını təşviq etmək, eləcə də, İKT-nin ülvi məqsədlərinə nail olmaq baxımından Azərbaycan ilə İKT arasında mövcud olan səmimi münasibətləri daha da möhkəmləndirəcəkdir.
Mən qüdrətli Allahdan Zati-alilərinizin müdrik rəhbərliyi altında qardaş Azərbaycan xalqına davamlı tərəqqi, Sizə isə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Zati-aliləri, ən dərin hörmət və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Professor Ekmələddin İhsanoğlu
İslam Konfransı Təşkilatının baş katibi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]