Azərbaycan sahibkarları “AYSAF-2022” sərgisinə dəvət olunur
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 16-19-da İstanbul şəhərində Ayaqqabı və Dəri Məmulatları Sərgisi - “AYSAF-2022” keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, sərgidə ayaqqabı istehsalı ilə məşğul olan yerli və beynəlxalq şirkətlər iştirak edəcək. 80-dən çox ölkədən 300-dən çox şirkətin iştirakının planlaşdırıldığı sərgidə ayaqqabı istehsalı üzrə müasir texnologiyalar, məhsullar nümayiş olunacaq, sahibkarlar arasında işgüzar görüşlər keçiriləcək. Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları ətraflı məlumatla https://www.aysafexpo.com/ linkdən tanış ola bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:19]
Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur
- 23.09.2026 [13:11]