Azərbaycan şahmatçıları məktəblilərin yeddinci dünya çempionatında 5 medal qazanmışlar
Bakı, 10 may (AZƏRTAC). Polşanın Krakov şəhərində şahmat üzrə məktəblilərin yeddinci dünya çempionatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, çempionatda 6 yaş qrupu üzrə 36 ölkədən 420 şahmatçı iştirak etmişdir. Yarışda ölkəmizin idman şərəfini 24 şahmatçı qorumuşdur.
Çempionatda Ucar rayon Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova və Sumqayıt şəhər Şahmat Məktəbinin idmançısı Fərid Aslanov qızıl medallar qazanmışlar. Digər şahmatçılarımız İzzət Kənan, Oğuz Abışlı gümüş, Aqil Pirverdiyev bürünc medallara sahib olmuşlar.
Komandamızın rəhbəri beynəlxalq dərəcəli hakim İbrahim Məmmədov və Lənkəran şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru İdrak Dadaşov isə yarışda ölkəmizi hakim qismində təmsil etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]