Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib

Bakı, 30 aprel, AZƏRTAC 

Aprelin 30-da Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev hesabat məruzəsi ilə çıxış edib.

Bildirilib ki, hesabat ilində görülən işlərin bir hissəsi yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olub. Hər il olduğu kimi Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyəsinə əsasən oktyabrın 15-dən 21-dək “Azərbaycanda Yerli demokratiya həftəsi" tədbirləri həyata keçirilib.

Qeyd olunub ki, 2018-ci ildə ölkənin şəhər bələdiyyələrində keçirilən 1188 görüşdə 76889 nəfər iştirak edib, bələdiyyələrdə 6223 nəfər vətəndaşın qəbulu təşkil olunub. Ötən il “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 68 şəhər bələdiyyəsi tərəfindən 19 istiqamətdə, 365 layihə üzrə, 4439710 manatlıq layihələr icra olunub. Ötən il ölkənin şəhər bələdiyyələrinin gəlirləri əvvəlki ilə nisbətən 16 faiz artaraq 15206291 manat, xərclər isə 17,5 faiz artmaqla 14805917 manat təşkil edib. Başqa sözlə, 2018-ci ildə şəhər bələdiyyələri əvvəlki ilə nisbətən 2097691 manat artıq gəlir əldə edərək, hesabat ilini 2207223 manat artıq xərclərlə başa vurublar. Yerli büdcə gəlirlərinin formalaşmasından danışarkən, “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” üzrə aparılan işlərin əhəmiyyətini xüsusilə qeyd etməliyik. Məlumdur ki, Prezident Administrasiyasının dəstəyi ilə Milli Assosiasiyaların hazırladığı bu Proqram artıq üçüncü ildir ki, ölkənin bələdiyyə sektorunda tətbiq olunur. “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” üzrə layihəni həyata keçirərkən əsas hədəflərimiz ondan ibarət olub ki, bələdiyyə ərazilərindəki tədiyyəçilərin vergi uçotunun dəqiq qurulması ilə, indiyədək istifadə edə bilmədiyimiz maliyyə resurslarımızı hərəkətə gətirək, onların aktivliyini eləcə də iqtisadi potensialımızın torpaq satışından asılı olmayan dayanıqlı mənbələr üzərində qurulmasını təmin edək. “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nə daxil olan məlumatların təhlilləri göstərir ki, 2018-ci ildə şəhər bələdiyyələrinin büdcə gəlirlərinin 84,3 faizi yerli vergi və ödənişlərdən, 12,3 faizi dövlət tərəfindən verilən dotasiya, 3,4 faizi bələdiyyələrin digər gəlirləri hesabına formalaşıb. Təqdirəlayiq haldır ki, ayrıca götürdükdə şəhər bələdiyyələrinin vergi və ödənişlər üzrə gəlirləri ötən il 23,2 faiz artıb. 2018-ci ildə yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 8,5 faiz, küçə (divar) reklamının yayımı üçün ödəniş 91,3 faiz azalsa da, fiziki şəxslərdən əmlak və torpaq vergiləri 1,1 dəfə, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlər 1,4 dəfə, nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üzrə ödənişlər 1,4 dəfə, stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlər üzrə ödənişlər 2,7 dəfə, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi üzrə ödənişlər 1,5 dəfə, bələdiyyə mülkiyyətinin icarəsi üzrə ödənişlər isə 5,7 dəfə artıb.

Sonra nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.

Daha sonra bir sıra şəhər bələdiyyə sədrlərinin hesabatları təqdim edilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov bələdiyyələrin öz fəaliyyətlərini mövcud çağırışlara uyğun qurmalı olduqlarını bildirərək deyib: “Bələdiyyələr yerli büdcə məsələsinə ciddi əməl etməlidirlər. Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcların bir hissəsi büdcə sisteminə əməl edilməməsi səbəbindən meydana gəlib. Bu gün bələdiyyələrin iqtisadi imkanlarının artırılması məsələsi gündəmdədir. Lakin, bəzən qanunvericiliyin verdiyi imkanlardan səmərəli şəkildə istifadə edilmir. Bu imkanlardan lazımi şəkildə istifadə edilsə, bələdiyyələrin iqtisadi imkanları xeyli artar. Bələdiyyələrlə bağlı şikayətlərin əksəriyyətində hesabatlılığın olmaması, qanunvericiliyin tələblərinə əməl edilməməsi kimi məsələlər yer alır”.

Çıxış edən Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrlə bağlı bir neçə qanuna ciddi düzəlişlər edildiyini söyləyib. Bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri”, “Qəbiristanlıqlar və qəbir yerləri” haqqında qanunlar bu qəbildəndir.

A.Rəhimzadə qeyd edib ki, yerli idarəetmə sisteminə maraq ildən-ilə azalır. Bu, bələdiyyələrə seçkilərdə seçicilərin sayında da özünü göstərir. Bələdiyyələr əhali ilə mütəmadi təmasda olmalıdırlar. KİV-lərdə bələdiyyələrlə bağlı mütəmadi xəbərlər getməli, verilişlər hazırlanmalıdır. Bələdiyyələr tez-tez müxtəlif sosial layihələrlə çıxış etməlidirlər. Bələdiyyələr böyük qüvvədirlər. Bu qüvvədən ideoloji sahədə də istifadə etmək olar.

Ötən bir ildə Azərbaycanda xeyli uğurların qazanıldığını vurğulayan Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bələdiyyələrin fəaliyyəti ilə bağlı məsələlərə toxunaraq deyib: “Bələdiyyələrin büdcə gəlirlərində qismən azalma müşahidə edilir. Yerli büdcənin azalmasına müxtəlif səbəblər göstərilsə də, bu problem əsasən obyektlərin uçot işinin düzgün aparılmamasından qaynaqlanır. Tədiyyəçilərin uçot işi düzgün aparılmır. Buna görə də, yerli büdcə gəlirləri azalır”.

E.Eyvazov deyib ki, şəhər bələdiyyələrinin büdcə gəlirləri 18 faiz çoxalıb. Lakin, bunlarla kifayətlənmək olmaz. Təhlillər göstərir ki, yerli büdcədə 0,3 faiz əmlak, 4,8 dəfə mənfəət və 18,3 faiz mədən vergiləri artıb. Əminəm ki, bu rəqəm də ilbəil artacaq.

Sektor müdiri qeyd edib ki, bələdiyyələrin problemlərinin aradan qaldırılması aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Dövlətimiz bələdiyyələri diqqətdə saxlayır. Bələdiyyə sədrləri daha məsuliyyətli olmalı, işlərində dönüş yaratmalıdırlar.

Sonra iclasın qərarı oxunub, qərar layihəsi və nəzarət-təftiş komissiyasının hesabatı qəbul edilib.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 2019-cu il büdcəsi təsdiqlənib.

Sonra bir sıra təşkilati məsələlər səsə qoyularaq qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Fars”: İran hələ ABŞ ilə razılaşmanın heç bir mətnini təsdiqləməyib

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO