İQTİSADİYYAT
“Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
![“Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib](/files/2021/3/1200x630/16407895174398365047_1200x630.jpg)
Bakı, 29 dekabr, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) “Bravo” Supermarketlər şəbəkəsinin də daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin tədavül müddəti 3 təqvim ili olan AZ2002023524 dövlət qeydiyyat nömrəli, 10 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 1002.549 AZN (11.1185 faiz) və 1055.0898 AZN (8.9812 faiz) olan 14 sifariş təqdim edilib. Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1054.5834 AZN (9.0012 faiz), orta ölçülmüş qiyməti 1054.6035 AZN (9.0004 faiz) müəyyən edilib. İstiqrazın illik faiz dərəcəsi 10,5 faiz, faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödəniləcək. İstiqrazlar 2024-cü il oktyabrın 28-də ödəniləcək. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 14 milyon 496 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.