İDMAN
Azərbaycan “Tokio 2020” Yay Olimpiya Oyunlarına 5 lisenziya qazanıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan 2020-ci ildə Tokioda təşkil olunacaq Yay Olimpiya Oyunlarına 5 lisenziya qazanıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 21-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında çıxış edən sərbəst güləşçimiz Şərif Şərifov (97 kq) ölkəmizin aktivinə beşinci lisenziyanı yazdırıb.
Bundan əvvəl atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçümüz Maksim Şemberev, qadın güləşçi Mariya Stadnik (50 kq) və bədii gimnast Zöhrə Ağamirova Olimpiadaya vəsiqəni təmin ediblər.
“Tokio 2020” gələn ilin avqustun 24-dən avqustun 9-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]