Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib
Bakı, 10 avqust, AZƏRTAC
Həftəsonu təqribən 230 qeyri-leqal miqrantı daşıyan kiçik qayıq La-Manş boğazını keçərək Böyük Britaniyaya tək bir qayıqla gələn insanların sayına görə rekord qırıb.
AZƏRTAC xəbər verir ki, BBC-nin məlumatına görə, qayıq şənbə günü Böyük Britaniyaya çatıb və iyul ayında 165 nəfərin tək bir gəmidə La-Manşdan keçdiyi əvvəlki rekordu keçib.
Böyük Britaniya Daxili İşlər Nazirliyi şənbə günü La-Manşdan Böyük Britaniyaya keçən dörd qayıqda cəmi 258 miqrantın olduğunu təsdiqləyib. Nazirliyin sözçüsü BBC-yə bildirib ki, bu son hadisə cinayətkar dəstələrin tətbiq etdiyi ehtiyatsız və təhlükəli taktikaları nümayiş etdirir, onlar getdikcə daha çox insanı dənizdə yararsız qayıqlara sığışdıraraq qanunsuz miqrantların həyatlarını təhlükəyə atmağa davam edirlər.
Tək bir qayıqda rekord sayda miqrantın olmasına baxmayaraq, bu il La-Manşdan ümumi keçidlər azalıb. Belə ki, Britaniya DİN-in ilkin məlumatlarına görə, indiyə qədər təxminən 14.820 nəfər Böyük Britaniyaya kiçik qayıqlarla çatıb ki, bu da illik müqayisədə 43 faiz, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 16 faiz azalma deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]