AZƏRBAYCAN TRASEKA NƏQLİYYAT DƏHLİZİ İLƏ DAŞIMALARDAN 85 MİLYON MANATDAN ÇOX GƏLİR ƏLDƏ ETMİŞDİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan 2008-ci ilin ilk beş ayında Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizində daşımalardan 85,1 milyon manat gəlir əldə etmişdir.
Dəhlizin Azərbaycan hissəsində 15,7 milyon ton yük, 61,2 milyon nəfər sərnişin daşınmışdır. Yük daşınmasında dəmir yolu nəqliyyatı 54,8 faiz, avtomobil nəqliyyatı 31,1 faiz, dəniz nəqliyyatı 14,1 faiz paya malik olmuşdur.
Daşımalardan 85,1 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz çox gəlir əldə edilmişdir. Artım dəmir yolu nəqliyyatında 8,5 faiz, dəniz nəqliyyatında 27,6 faiz, avtomobil nəqliyyatında 13,4 faiz səviyyəsində müşahidə olunmuşdur.
Dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 28 faizini təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:34]
Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]