Azərbaycan Ulyanovskda keçirilən “İdman aləmi-2021” uşaq idman festivalında təmsil olunub
Moskva, 13 sentyabr, AZƏRTAC
Rusiyanın Ulyanovsk şəhərində “İdman aləmi-2021” beynəlxalq idman festivalının təntənəli açılışı olub.
AZƏRTAC xəbər verir ki, festivalda MDB-nin 11 ölkəsindən, o cümlədən Azərbaycandan olan yığma komandaların heyətində 400-dən çox gənc idmançı iştirak edir.
Ümumrusiya Məktəb İdmanı Federasiyasının prezidenti, “Uşaq idmanı” federal layihəsinin əlaqələndiricisi, üçqat Olimpiya çempionu İrina Rodnina da festivalın açılışında iştirak edib.
Komandalar bir neçə gün ərzində basketbol, voleybol, stolüstü tennis, badminton, şahmat kimi müxtəlif idman növləri üzrə mübarizə aparacaqlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva