Azərbaycan və Pakistan futbol sahəsində əməkdaşlığa başlayır
Bakı, 5 dekabr, AZƏRTAC
DÇ-2026-nın püşkatma mərasimində iştirak üçün ABŞ-ın paytaxtı Vaşinqtonda olan AFFA-nın prezidenti Rövşən Nəcəf səfər zamanı Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Mohsen Gilani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı AFFA və PFF arasında futbol sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Sənədin imzalanmasında məqsəd iki ölkənin milli assosiasiyaları arasında tərəfdaşlığın möhkəmləndirilməsi, futbolun inkişafı və beynəlxalq əlaqələrin daha da gücləndirilməsidir.
Memorandum çərçivəsində tərəflər təlim-məşq toplanışlarının təşkili, müxtəlif yaş qruplarından ibarət milli komandalar arasında yoldaşlıq oyunlarının keçirilməsi, qadın futbolu, futzal, çimərlik və əlillər futbolunun dəstəklənməsi, eləcə də hakimlərin mübadiləsi və təhsili sahəsində əməkdaşlıq edəcək.
Bildirilib ki, bu razılaşma hər iki ölkədə futbolun inkişafına, gənc futbolçular, məşqçilər və hakimlər üçün yeni imkanların yaranmasına xidmət etməklə yanaşı, AFFA və PFF arasında dostluq, qarşılıqlı etimadın daha da güclənməsinə təkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]
Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb
- 28.09.2026 [10:22]
ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb
- 28.09.2026 [10:21]