AZƏRBAYCAN VƏ ŞARCA ƏMİRLİYİ TİCARƏT VƏ SƏNAYE PALATALARI ƏMƏKDAŞLIQ HAQQINDA MEMORANDUM İMZALAMIŞLAR
Dekabrın 21-dən 23-dək Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində islam ölkələri iş adamlarının 9-cu forumu keçirilmişdir. Forum çərçivəsində İslam Ticarət Sərgisi isə dekabrın 26-dək davam edəcəkdir.
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən AZƏRTAC-a demişlər ki, hər iki tədbir Şarca əmirliyinin hökmdarı Şeyx Sultan Bin Məhəmməd Əl Qasiminin himayəsi altında təşkil edilmişdir.
Tədbirlərdə Azərbaycanı respublika Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev və palatanın vitse-prezidenti Mehman Əhmədov təmsil etmişlər.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Şarca əmirliyinin hökmdarı Şeyx Sultan Bin Məhəmməd Əl Qasimi, Şarca Ticarət və Sənaye Palatasının sədri Əhməd Məhəmməd Əl Midfa və palatanın baş direktoru Səid Obeyd Əl Carvanla, həmçinin Türkiyənin ticarət naziri Gürşat Tüzmenlə və İranın ticarət naziri Məhəmməd Şəriətmədari ilə ikitərəfli görüşlər keçirmişdir. Şarca hökmdarı ilə görüş zamanı ona Azərbaycan haqqında məlumat verilmiş, hər iki dövlət arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində lazımi işlərin görülməsinin vacibliyi vurğulanmış, hökmdara Azərbaycan Ticarət və Sənaye Palatasının hədiyyəsi təqdim edilmişdir.
Dekabrın 22-də Azərbaycan və Şarca ticarət və sənaye palataları arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]