Azərbaycan və Tacikistan arasında ticarət və investisiya imkanları müzakirə edilib
Bakı, 28 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Tacikistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə videokonfrans formatında görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soliyev, Tacikistanın İnvestisiyalar və dövlət mülkiyyətinin idarə olunması üzrə komitəsinin sədr müavini Xurşeda Kodir və digərləri ölkələrimiz arasında ticarət və investisiya imkanlarına dair fikir və təkliflərini bildiriblər.
Görüşdə Azərbaycanın biznes və investisiya mühiti, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, həmçinin Tacikistanın investisiya potensialı barədə məlumat verilib, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]