AZƏRBAYCAN ZABİTLƏRİ TƏDBİRLƏRDƏ İŞTİRAK EDİRLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində martın 17-dən 20-dək Verona şəhərində (İtaliya) “COOPERATİVE BEST EFFORT-03” təlimlərinə hazırlıq üzrə əsas seminar, martın 17-dən 21-dək Budapeşt şəhərində (Macarıstan) NATO-nun Regional Mülki-Hərbi Əməkdaşlığının Əməliyyat Əlaqələndirilməsi üzrə kurs və Oberammerqau şəhərində (Almaniya) qərargah zabitləri üçün tanışlıq kursu, martın 17-dən 27-dək Brüssel şəhərində (Belçika) NATO-nun Beynəlxalq Hərbi Qərargahı tərəfindən Əlaqələndirmə Qrupu ilə “Tərəfdaş qərargah zabitləri ilə tanışlıq proqramı” mövzusunda birgə seminar keçirilir.
Bundan əlavə, 17-dən 28-dək Brunsum şəhərində (Hollandiya) qərargah zabitləri üçün ingilis dilinin hərbi terminologiyası üzrə kurs, Münhen şəhərində (Almaniya) hərbi ingilis dili müəllimləri üçün ingilis dilinin terminologiyası və tədris metodları üzrə kurs, Ankara şəhərində (Türkiyə) SNT təlimlərinin planlaşdırılması üzrə kurs və martın 18-dən 22-dək Brüssel şəhərində (Belçika) “COMBİNED ENDEAVOR-2003” təliminin Yekun planlaşdırma konfransı keçirilir.
NATO ilə Azərbaycan arasında imzalanmiş fərdi proqrama uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də bu tədbirlərdə iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]