Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda bərpa olunan enerji mənbələrinin mühüm istiqamətlərindən biri kiçik çaylarda SES-lərin tikilməsidir

Bakı, 16 may (AZƏRTAC). Alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi hazırda bütün dünyanın diqqət mərkəzindədir. Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik su elektrik stansiyaları (SES), termal sular, biokütlə enerjisi) geniş istifadə olunur. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tuturlar. Statistikaya görə, inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrinin payına (su elektrik stansiyaları daxil olmaqla) ümumi istehsal olunan enerjinin 13,5 faizi düşür.

Bərpa olunan enerji ehtiyatından, ilk növbədə çayların enerji potensialından istifadə olunması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda zəngin su resurslarından istifadə etməklə elektrik enerjisi istehsalı üçün çox böyük imkanlar mövcuddur. İlkin hesablamalara görə, respublikanın müxtəlif bölgələrində dağ çayları və kanallar üzərində ümumi gücü 600 meqavat (MVt) olan 300-ə yaxın kiçik SES-lərin tikintisi iqtisadi cəhətdən səmərəlidir. Azərbaycanın ümumi enerji sistemində SES-lərin istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir.

Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar vardır. Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində respublikadakı çayların tam hidroenerji potensialının 40 milyard kilovat-saat (kVt.s), texniki cəhətdən əlverişli potensialın isə 16 milyard kVt.s olduğu müəyyən edilmişdir ki, bunun da 5 milyard kVt.s kiçik SES-lərin payına düşür.

SES-lərin tikintisi - sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin həllində mühüm rol oynayır. Azərbaycanda çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarla kiçik SES-lər yerləşdirmək olar ki, onların da istehsal etdiyi elektrik enerjisi ildə 3,2 milyard kVt.s təşkil edə bilər. Yaxın perspektivdə 61 kiçik SES-in tikintisi məqsədəuyğun hesab edilir. Bu SES-lər irriqasiya kanalları üzərində, axını tənzimlənməmiş çaylarda və tikiləcək su anbarlarının yanında yerləşdirilə bilər. Ölkədə, həmçinin vahid enerji sisteminin elektrik xətlərindən və yarımstansiyalarından uzaqda yerləşən obyektlərin, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizində mikro SES-lərdən də istifadə olunması elektrik enerjisi problemləri ilə yanaşı, digər sosial məsələlərin də həllinə imkan yarada bilər.

Lakin kiçik SES tikintisi üzrə ölkəmizi digər dövlətlərdən fərqləndirən cəhətlər də mövcuddur. Bunlar ölkə ərazisinin nisbətən kiçik olması, əksər çayların mənbələrini qonşu dövlətlərin ərazisindən götürməsi, su potensialının bölgələr üzrə qeyri-bərabər paylanması, karbohidrogen ehtiyatlarının çox olması və sairədir.

Respublika ərazisində hidroqrafik şəbəkə olduqca qeyri-bərabər bölünmüşdür. Çayların şəbəkəsinin orta sıxlığı hər kvadratkilometrə 0,33 km təşkil edir.

Azərbaycanda çayların ümumi sayı 8 min 359-dur. Onlardan 8 min 188-nin uzunluğu 26-50 km, 40-nın 51-100 km, 22-nin 101-500 km, 2-nin isə 500 km-dən çoxdur. Uzunluğu 100 km-dən çox olan çayların 11-i tranzit çaylardır.

Göründüyü kimi, respublikada kifayət qədər çaylar mövcuddur və bu çayların hidroenergetika potensialından istifadə edilməsi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması barədə” və s. imzaladığı sənədlər bu məsələnin aktuallığını bir daha təsdiq edir.

Ölkədə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması istiqamətində layihələrin reallaşması üçün ilk addımlar atılmışdır. Artıq dağ çaylarında kiçik SES-lər quraşdırılır.

Ötən il təməli qoyulmuş “Göyçay-1”, “Balakən-1” və “Qusar-1” kiçik SES-lərdə tikinti işləri davam etdirilir.

Bununla bərabər, dağ çayları və kanalların üzərində ilkin olaraq toplam gücü 16,3 MVt olan kiçik SES-lərin tikintisinə hazırlıq işlərinə başlanılmışdır. Ümumiyyətlə, 2015-ci ilədək respublika üzrə iri və kiçik SES-lərin tikintisi layihələrinin həyata keçirilməsi 2 milyon tondan artıq şərti yanacağa qənaət olunmasına, eyni zamanda, atmosferə atılan karbon qazının miqdarının nəzərəçarpacaq dərəcədə azaldılmasına imkan verəcəkdir.

Hazırda Kür çayı üzərində ümumi gücü 400 MVt olan Tovuz SES-in tikintisinə başlanılması üçün hazırlıq işləri görülür. Bu çox böyük və mühüm layihədir. Bu stansiyanın tikintisi su resurslarından daha səmərəli və daha çevik istifadə olunmasına imkan yaradacaqdır.

Gücü 25 MVt olan Füzuli SES-in tikintisi cari ildə başa çatdırılacaqdır.

Uzun illərdən bəri istismarda olan Mingəçevir və Varvara SES-lərin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir. Yenidənqurma işləri nəticəsində bu stansiyalarda 90 MVt əlavə generasiya gücü əldə ediləcəkdir.

SES-lərlə yanaşı, alternativ enerji mənbələri olan külək və günəş enerjisindən istifadə olunması istiqamətində də respublikada tədqiqat işləri aparılır. Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi vardır. Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır.

Xatirə Cəfərova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

Danimarka mediası PISA nəticələri barədə: Bəşəriyyət sadəcə olaraq getdikcə daha da səfehləşir

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir

Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub

“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək

Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib

Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü olub

Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir

“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq

"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb

® “Yango Ride”ın Hesabatı: Fəaliyyət göstərdiyi bazarlarda ağır yol hərəkəti qaydaları pozuntuları 31 faiz azalıb

“Brent” neftinin qiyməti 100 dolları ötüb

“Himayədar ailə” modeli təbliğ olunur

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib

Daniele Violetti: İndiyədək aparılan müzakirələrdən bir mesaj aydın görünür: həllər mövcuddur

Bu il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının dəyəri açıqlanıb

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

® “Azercell” ilk yeni nəsil diler mağazasını istifadəyə verir

David Higgins: Beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb VİDEO

David Higgins: Beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb VİDEO

PISA 2025: Fransanın təhsil nəticələri rekord səviyyədə gerilədi – ölkə 18 pillə aşağı düşdü

Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar VİDEO

Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar VİDEO

Növbəti peşə tanınması imtahanı sentyabrın 29-da keçiriləcək

Sabirabadda qəsdən yanğın törədən şəxs müəyyən olunub

Fransada yanğınsöndürənlər tətilə başlayıblar

Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq VİDEO

Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq VİDEO

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir VİDEO

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir VİDEO

Brüssel aeroportu Almaniyanın Köln şəhəri ilə yüksəksürətli dəmir yolu əlaqəsinə qoşulub

QHT-lər üçün rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb VİDEO

QHT-lər üçün rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb VİDEO

Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb

Saymon Stil: Təmiz enerjiyə keçid prosesi artıq dönməzdir

Sabah bəzi yerlərdə yağış yağacaq

Mahir Emreli hücum keyfiyyətlərinə görə Polşa çempionatının ən yaxşı futbolçuları sırasındadır

BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb

Azərbaycan Respublikası Ədliyyə Nazirinin 2002-ci il 9 aprel tarixli 7-T nömrəli əmri ilə təsdiq edilmiş “Tərbiyə müəssisələrində valideynlər komitəsinin fəaliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI