Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” layihəsinə start verilib

Bakı, 8 iyul, AZƏRTAC

Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və Avropanın ən yaxşı təcrübəsinə əsaslanan reabilitasiya sisteminin yaradılması məqsədi daşıyan “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” layihəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyi olan şəxslərin reabilitasiyasının, onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasının, bu sahədə xidmətlərin daha da təkmilləşdirilməsinin Azərbaycan hökumətinin prioritet fəaliyyət istiqamətlərindən olduğunu, ölkəmizdə bu sahədə davamlı işlərin həyata keçirildiyini qeyd edib.

Ölkəmizin 2008-ci ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına ilk qoşulan ölkələrdən biri olduğunu vurğulayan S.Babayev nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15 reabilitasiya müəssisəsinin son illərdə müasir tələblərə uyğun qurulduğunu və reabilitasiya mərkəzlərinin potensialının üç dəfə artırıldığını nəzərə çatdırıb.

Postmüharibə dövründə reabilitasiya mərkəzlərində 2 min 500 müharibə iştirakçısı reabilitasiya xidmətləri, 1400-dən çox müharibə əlilliyi olan şəxs 19,3 min reabilitasiya vasitəsi, 44 günlük Vətən müharibəsinin 200 qazisi, ümumən 300 müharibə əlilliyi olan şəxs son nəsil müasir protezlərlə təmin edilib.

S.Babayev ölkəmizdə həmən kateqoriyadan olan vətəndaşlara xüsusi qayğının nümunəsi kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış əlilliyi olan şəxslərin, o cümlədən, müharibə əlillərinin, şəhid ailələri üzvlərinin, habelə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına dəstək məqsədi daşıyan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətindən bəhs edib.

Yeni layihənin də ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara əhəmiyyətli dəstək verəcəyinə ümidvar olduğunu bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Piter Mixalko layihənin məqsədinin əlilliyi olan şəxslərin öz hüquqlarından istifadə etmələrinin, əlilliklə bağlı ehtiyaclarından asılı olmayaraq cəmiyyətdə və iqtisadi həyatda iştirakları üçün bərabər imkanlara malik olmalarının və ayrı-seçkiliyə məruz qalmamalarının təmini olduğunu vurğulayıb. O, əlilliklə bağlı yeni islahatların əlilliyi olan şəxslərin sosial inteqrasiyasına və dayanıqlı məşğulluq imkanlarının yaradılmasına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin sözlərinə görə, əlillik təkcə qəza və ya bədbəxt hadisə nəticəsində baş vermir. Qarşısı alına biləcək müəyyən xəstəliklər var ki, vaxtında aşkarlanıb onlara uyğun tədbirlər görülərsə, əlillik aradan qaldırıla bilər: “Bu istiqamətdə bir çox profilaktik testlər həyata keçirir, boy inkişafı problemi olan uşaqları boy hormonu preparatları ilə təmin edirik. Bu günə qədər 617 uşağa belə preparatlar təqdim olunub. İrsi xəstəliklərin müəyyənləşdirilməsi məqsədilə “topuq” və “tər” testləri aparılır. Bundan sonra da profilaktik tədbirlər davam etdiriləcək.

Agentliyin son zamanlar ən çox gördüyü işlərdən biri də Vətən müharibəsi iştirakçıları ilə bağlıdır. Ötən il 8 min 500-dən çox Vətən müharibəsi iştirakçısına 120 mindən çox tibbi xidmət göstərilib. Bu il də proses davam edir. Psixoloji yardım mərkəzləri yaradılıb və onlara həmin mərkəzlərdə xidmət göstərilir”.

TƏBİB-in İdarə Heyətinin sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov reabilitasiya sahəsinin vaxtilə ölkəmizdə ən axsayan sahələrdən biri olduğunu, son dövrlərdə həyata keçirilən islahatlar nəticəsində əlillərin reabilitasiyası ilə bağlı kifayət qədər çox işlər görüldüyünü bildirib. Onun sözlərinə görə, TƏBİB-in tabeçiliyində olan üç tibb müəssisəsində həm əlillər üçün, həm də əlilliyi olmayan şəxslərə tibbi reabilitasiya xidmətləri göstərilir: “Reabilitasiya xidməti daim yenilənən, inkişaf edən sahələrdəndir. Odur ki, tibb müəssisələrimizə daha savadlı, daha peşəkar kadrların cəlb olunması ilə məşğuluq. Məqsədimiz əlilliyi olan şəxslərin həyat fəaliyyətlərini daha yaxşı davam etdirə bilmələridir. Bu gün təqdimatı olan layihə sayəsində daha əhəmiyyətli işlər görüləcəyinə əminəm”.

Səhiyyə nazirinin müavini İlqar Qasımov əlilliyi olan şəxslərə tibbi reabilitasiya ilə yanaşı, sosial reabilitasiyanın da vacib olduğunu diqqətə çatdırıb. O, Azərbaycan Tibb Universitetində həkim-reabilitoloqların yetişdiriləcəyini və bu zaman Avropa İttifaqının zəngin təcrübəsindən istifadə olunacağını bildirib.

Sonra layihə üzrə komanda rəhbəri Mişel Mur layihənin təqdimatını edib. O, ölkəmizdə sosial müdafiə sahəsində həyata keçirilən islahatları, eləcə də əlilliyi olan şəxslərin hüquqları və inklüzivliyinin təmin edilməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib, “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” layihəsi barədə ətraflı məlumat verərək bildirib ki, layihə 2023-cü il oktyabrın 15-dək icra olunacaq. Həmin müddət ərzində ən yaxşı beynəlxalq təcrübə əsasında əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində ənənəvi tibbi modeldən sosial modelə keçidlə bağlı sənəd, metodlar hazırlanacaq. Həmçinin reabilitasiya mərkəzlərinin yeni strukturunun, işçi heyəti təkmilləşdiriləcək, təlimlər həyata keçiriləcək.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB VİDEO

Agentlik: Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən azad edilib

Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağsuda vətəndaşları dinləyib

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb

“Dərələyəzim” əsəri Topkapı sarayında

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası olub

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Nigeriyada terror aktları nəticəsində azı 18 nəfər həlak olub

İKTA sədri: Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib

Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq

“Sabah” klubu mərakeşli futbolçu ilə vidalaşıb

Türkiyə Qara dənizdə qaz hasilatını artırır

Azərbaycan şirkətləri "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumunda iştirak edəcək

Şahmat Tacı uğrunda oyuna ev sahibliyi edəcək ölkə açıqlanıb

Gəncədəki aptekdə qulaq damcısı bioloji aktiv qida məhsulu kimi göstərilib

Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub

Azərbaycan dövlətinin dəstəyi ilə Rustavidə açılan Mərkəzdə kursları bitirən şagirdlərə sertifikatlar təqdim olunub

Həvəskar balıqçılar üçün balıq ovuna icazə verildi, mövsümdən gözləntilər nədir? REPORTAJ VİDEO

İcbari tibbi sığorta ilə 26 min 494 qasıq yırtığı əməliyyatı icra edilib

Qabiliyyət imtahanları davam edir

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1179-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Balmoral qəsri bu gün ictimaiyyətə açılıb

Türkiyədəki Göbekli-Tepe məbəd kompleksini 2,8 milyon turist ziyarət edib

® Xəzərin Bilgəh sahili “Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə tullantılardan təmizlənib

® “Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu

Mərkəzi Bankın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb

Dövlət qulluğu vəzifələri üzrə imtahanın nəticələri açıqlanıb: 408 nəfər müsabiqə şərtini ödəyib

Azərbaycan İdman Akademiyasının tələbələri Çexiyada təcrübə keçiblər

Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi açılacaq

Güclü küləklə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatı

® “HUAWEI nova 12i”: Dəbin və gücün yeni erası

Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

B.Q.Hacıyevin Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Almaniyada bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı artır

Nazir Emin Əmrullayev və AQTA sədri Qoşqar Təhməzli BMU-nun laboratoriyaları ilə tanış olublar

Fövqəladə Hallar Nazirliyi tərəfindən metroda təlim keçirilib VİDEO

Ukrayna altı ayda 14 milyard dollara yaxın xarici yardım alıb

Azərbaycan avarçəkənləri Avstriyada beş medal qazanıblar

® “AccessBank” yenilənmiş konseptli “20 Yanvar” filialını istifadəyə verib

Naftalanda COP29 çərçivəsində veloyürüş təşkil olunub

Sertifikatlar sahiblərinə təqdim olunub