AZƏRBAYCANDA ETNOQRAFİYA MUZEYİ YARADILACAQDIR
AZƏRTAC xəbər verir ki, Bakı şəhəri yaxınlığında açıq səma altında Azərbaycan Etnoqrafiya Muzeyi yaradılacaqdır. Bu barədə Prezident İlham Əliyev iyulun 11-də Sərəncam imzalamışdır.
Sərəncamda deyilir ki, etnoqrafik baxımdan rəngarəngliyi ilə səciyyələnən qədim Azərbaycanda yaşadılan el sənəti sahələri, maddi və mənəvi mədəniyyət nümunələri tarixi inkişaf prosesinin ayrı-ayrı mərhələlərini aydın əks etdirir. Etnoqrafik incilər xəzinəsinə çevrilmiş Azərbaycanın özünəməxsus koloriti ilə seçilən tarixi-etnoqrafik bölgələri əsrlər boyu qarşılıqlı vəhdətdə nadir milli mədəniyyətin formalaşmasına təsir göstərmişdir.
Bütün bunlar yerli əhalinin keçmişini və bu gününü özündə yaşatmaqla, onun milli simasını müəyyən edən xarakterik həyat tərzinin, məişət və mərasim xüsusiyyətlərinin, həmçinin xalq yaradıcılığı formalarının dolğun mənzərəsini canlandıran Azərbaycan Etnoqrafiya Muzeyinin təşkili zərurətini meydana çıxarır.
Muzeyin yaradılmasından məqsəd Azərbaycan xalqının zəngin etnoqrafiyasını layiqincə təbliğ etməkdir.
Sərəncama əsasən, AMEA, Mədəniyyət və Turizm Nazirliyi birlikdə muzeyin etnoqrafiyanın və muzeyşünaslığın müasir tələblərinə uyğun fəaliyyətinə dair təklifləri dörd ay müddətində Azərbaycan Prezidentinə təqdim edəcəklər. Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirlikləri və aidiyyəti yerli icra hakimiyyəti orqanları birlikdə Azərbaycan Etnoqrafiya Muzeyinin kolleksiyalarla və ekspozisiya üçün zəruri olan digər materiallarla təchiz edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]