Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANDA HUMANİTAR VƏ İCTİMAİ ELMLƏR SAHƏSİNDƏ YARANMIŞ VƏZİYYƏTƏ HƏSR OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Bakı, 21 noyabr (AZƏRTAC). Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə ölkədə humanitar elmlərlə məşğul olan alim, müəllim, elm və təhsil ocaqlarının rəhbərləri, təhsil naziri, Milli Elmlər Akademiyası prezidentinin iştirakı ilə müşavirə keçirilmişdir.

Müşavirədə Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətlə bağlı məsələ müzakirə olunmuşdur.

Prezident İlham Əliyevin ictimai elmlər sahəsində yaranmış vəziyyətdən narahatlığını diqqətə çatdıran Ramiz Mehdiyev demişdir: “İlk növbədə qeyd etmək istərdim ki, bizim toplantı cənab Prezident İlham Əliyevin bilavasitə tapşırığı əsasında keçirilir. Prezident hesab edir ki, müzakirə üçün çoxlu problemlər yığılıb qalıb. Onlar haqqında ətraflı söhbətə ehtiyac vardır”.

Prezident Administrasiyasının rəhbəri qeyd etmişdir ki, Azərbaycanın iqtisadi yüksəlişi və iqtisadiyyat sahəsində keçid mərhələsini başa çatdırması yeni hədəflər müəyyənləşdirmişdir. “Danılmaz faktdır ki, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. İnkişafın bugünkü səviyyəsinə çatmaq üçün xalqımız çox çətinliklər dəf etmiş, çox sınaqlardan keçməli olmuşdur. Bu müddət ərzində biz mürəkkəb, eyni zamanda şərəfli yol keçmişik. Bu yol bizə möhkəm əsaslar üzərində dövlətçilik formalaşdırmaq imkanı vermişdir.

Akademik Ramiz Mehdiyev 90-cı illərin ideologiyasızlığı və oriyentasiyasızlığının artıq arxada qaldığını vurğulayaraq demişdir ki, milli mədəni-mənəvi oriyentasiyanın olmaması, xarici dövlətlərin stereotip inkişaf modellərinə kor-koranə riayət edilməsi hökmən millətin öz simasını itirməsi ilə nəticələnir. Ancaq Azərbaycanda cəmiyyəti səfərbər etmək mümkün olmuşdur. Bu məsələdə ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayan akademik demişdir: “Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı illərin çətinliklərini artıq geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşayırıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir. İndi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi vardır. Dünyanı bürümüş indiki maliyyə və iqtisadi böhran şəraitində bu, çox böyük nailiyyətdir”.

Prezident Administrasiyasının rəhbəri indiki şəraitdə fəlsəfənin və ümumiyyətlə ictimai elmlərin aktuallığının artdığını qeyd edərək demişdir ki, bu salonda əyləşənlər qarşısında daha bir mühüm vəzifənin həlli məsələsi dayanır. Bugünkü müşavirə ictimai elmlərdə yaranmış vəziyyətə və təhsil sahəsində qarşıda duran problemlərin qısa zamanda həlli yollarının müəyyən olunmasına həsr edilmişdir. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə və ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalıdır.

Akademik Ramiz Mehdiyev mövcud problemlərin həlli istiqamətində atılan addımlar sırasında Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunu xüsusi qeyd etmişdir. Fondun əsas məqsədi elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elm məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etməkdir. Bundan əvvəl isə dövlətimizin başçısı elmin inkişaf strategiyasının əsas müddəalarını təsdiq etmişdir.

Bildirilmişdir ki, Prezident İlham Əliyevin YUNESKO-nun Baş direktoru Koişiro Matsuura ilə əldə etdiyi razılıq əsasında beynəlxalq ekspertlər qrupu Azərbaycan elminin idarə edilməsi, maliyyələşdirilməsi və təşkilinə dair hazırlıq işləri aparır. Bu ilin sonuna yekun hesabat və təkliflər təqdim olunacaqdır.

Akademik Ramiz Mehdiyev diqqətə çatdırmışdır ki, milli mənəvi dəyərlərin qorunması indi ən ümdə vəzifələrdən biridir. Lakin milli dəyərlərin qorunub saxlanmasından danışarkən biz heç də onların konservasiyasını nəzərdə tutmuruq. Biz daim irəliyə, gələcəyə baxmalı, insani, maddi və mənəvi resurslarımızı səfərbər etməliyik. Millətin tarixi keçmişi onun gələcəyə doğru uğurla addımlaması üçün həm zəmin, həm də ibrət dərsidir. Yeni inkişaf yolunu müəyyən edən strategiyada, sözsüz ki, varisliklə novatorluq vəhdət təşkil etməlidir.

Prezident Administrasiyasının rəhbəri elm sahəsində vəziyyəti ciddi təhlil etmişdir. Onun sözlərinə görə, Milli Elmlər Akademiyasında və ali məktəblərdə müxtəlif sahələr üzrə kifayət qədər elmlər doktoru və elmlər namizədi hazırlanmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə isə belə bir vəziyyət müşahidə olunur ki, həmin potensial zəruri tədqiqatların aparılmasından uzaqdır və ümumən ölkənin gələcək inkişaf strategiyasının elmi əsaslandırılması baxımından bir növ istifadəsiz qalmışdır. Bu gün elmə gələn bəzi insanların əksər hallarda şəxsi keyfiyyətləri, təhlil qabiliyyətləri dünya standartlarından çox-çox uzaqdır. Beynəlxalq tərkibli elmi şuralar yoxdur. Mövcud elmi şuralar öz iclaslarında elmin müxtəlif sahələrinə həsr olunmuş xüsusi müzakirələr keçirmirlər. Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına və müdafiəsinə, elmdən uzaq adamlara elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumurlar. Müdafiə olunan dissertasiyaların böyük bir qisminin sanballı elmi tutumu və yeni elmi ümumiləşdirmələri yoxdur. Çox təəssüf ki, belə faktlar var və onların sayı azalmır, əksinə, artır.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxışının sonunda konkret təkliflərə də toxunmuşdur. Qeyd olunmuşdur ki, Milli Elmlər Akademiyasının hər bir institutu və ali məktəblərin müvafiq qurumları ictimai və humanitar elmlərlə bağlı öz inkişaf konsepsiyasını və fəaliyyət proqramını altı ay ərzində hazırlayıb Elmin İnkişafı Fonduna təqdim etməlidir.

İkincisi, Milli Elmlər Akademiyası 2010-2015-ci illərdə həyata keçiriləcək tədqiqatların ümummilli proqramını hazırlamalıdır. Belə bir real, ölkə həyatı ilə bağlı proqramın maliyyələşməsini Azərbaycan dövləti təmin edə bilər.

Üçüncüsü, gənc tədqiqatçılar üçün kiçikhəcmli qrantlar sistemi tərtib olunmalı və bununla yanaşı, gənclərin elmə cəlb edilməsinə dair konkret təkliflər işlənib hazırlanmalıdır. Bu işi Təhsil, Gənclər və İdman nazirlikləri öz üzərlərinə götürə bilərlər.

Dördüncüsü, Azərbaycan üçün ictimai və humanitar elmlər üzrə prioritet sahələr müəyyən edildikdən sonra xaricdə təhsil proqramı çərçivəsində elmi kadrların magistratura və doktoranturada hazırlığı müvafiq qurumların verdiyi təkliflər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən həyata keçirilə bilər.

Nəhayət, Milli Elmlər Akademiyası Dağlıq Qarabağ problemi ilə bağlı konseptual materialların hazırlanması, tədqiqatların və monoqrafiyaların çapı üçün xüsusi qrant ayıra bilər.

Mövzu ilə bağlı keçirilən müzakirələrdə təhsil naziri Misir Mərdanov, MEA-nın prezidenti akademik Mahmud Kərimov, akademiyanın Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, filosof-alim Zümrüd Quluzadə, akademiyanın müxbir üzvləri, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov, Səlahəddin Xəlilov və Slavyan Universitetinin rektoru Kamal Abdulla, MEA-nın Şərqşünaslıq İnstitutunun direktoru professor Gövhər Baxşəliyeva, Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev fikirlərini bölüşmüş, təkliflərini bildirmişlər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub